Tədbiri "İrfan" jurnalının baş redaktoru Nurlan Məmmədzadə açıq elan edərək Türkiyədən gələn qonaqları tədbir iştirakçılarına təqdim etdi. Qonaqlara söz verməmişdən əvvəl tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ürək sözlərini iştirakçılarla bölüşdü.
Sonra qonaqlara söz verildi. Necdet Tosun təsəvvüfün kamil insan yetişdirməyə verdiyi əhəmiyyətini vurğulayaraq, qəlb tərbiyəsinin zərurətindən söz açdı. İslamın eyni zamanda bir əxlaq məktəbi olduğunu vurğulayan Necdet Tosun günümüzdəki bəzi problemlərin baş verməsinin səbəbi kimi insanların əxlaqi-etik qaydalardan uzaqlaşmasının nəticəsi barədə danışdı.
Daha sonra Osman Nuri Küçük tarixi şəxsiyyətlərdən nümünə gətirərək, mənəviyyat və əxlaqın inkişafından bəhs etdi. Böyük şəxsiyyətlərin həyatlarından bəhs edərək insanın bəsirət gözünün açıq olmasının əhəmiyyətini vurğuladı.