Gülər Üzlü, Gözəl Sözlü Ol, Ey Can / Salih Zeki Meriç

      Share

      Təsəffüv ədəbiyyatı baxımından əhəmiyyətli bir yerə sahib olan İbrahim Haqqı həzrətlərinin şeirləri kamil bir mömin olma yolunda çıraq kimidir.

       Şeirlərindəki mənəvi ab-hava və duyğu dərinliyi fərqli bir coşqunluq meydana gətirir. Onun məşhur “Tövfiznamə”sindəki nəsihətləri və təmas etdiyi mövzular başlı-başına bir əsərdir.

      Bu yazımızda İbrahim Haqqı həzrətlərinin şeirləri arasında yer alan və kəriməsi Hənifə xatına nəsihət mahiyyətində yazdığı “Ey Can” şeirinə diqqət çəkəcəyik.

      Şeir on üç bənddən ibarətdir.  Kamil insan olmaq yolunda bir növ məhək daşı rolu oynayır.  Mərifətnamə əsəri ilə Mövla sevgisini qazanmağın yollarını izah edən İbrahim Haqqı həzrətləri bir cəmiyyət adamı olmaqla yanaşı bir psixoloq, bir sosioloq və eyni zamanda bir İslam alimi olaraq mənəvi öndərlərimizin arasında öz yerini tutmuşdur.

      İlk bənd ümumi tövsiyə xüsusiyyəti daşıyır. Hər misra “Ey can” deyə bitir:

      Könüldən çün dilə vardır yol, ey can,

      Mülayim söylə, şirin söz bul, ey can,

      Acı söz demə, hilm ilə dol, ey can,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

      Şeirin digər bəndlərində kamil bir mömin portreti çəkilir. Bir atanın övladına, bir müəllimin tələbəsinə ən səmimi duyğularla nəsihətləri şəklində möhkəm bir xarakter inşa edilir bir növ.

      Namazlarını vaxtında əda et,

      Həm əhlinin hər sözün tut, dövlətə yet,

      Nə yol kim göstərirsə ol yola get,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

      Burada Rəsulullahın “Gözümün Nuru” dediyi namazın ədası xatırladılır. Çünki möminin ən mühüm vəzifəsi namazdır. Namaz insana istiqamət verir. Çünki mömin namazın hər rükətində Rəbbindən istiqamət üzrə olmağı istəyir. Namazı ilə itaəti öyrənən mömin ictimai həyatında da münasib xarakterə sahib olar. Bu uyğunlaşma və itaət mədəniyyətinə sahib olan mömin üçüncü bənddə deyildiyi kimi məşvərət şüuruna sahib insan deməkdir. Həzrət belə davam edir:

      Böyüyünlə hər işdə məşvərət qıl,

      Ki ağlına uyan peşman olur bil,

      Sözün tut görmə sən bir işi müşkil,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

       

      Böyüyündür əziz ana niyat et,

      Sakın naz etmə hizmətli firaz et,

      Sözün az et həmişə kətmi-raz et,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

      İnsanı kamil olmanın təməlləri olan insanın özünü haramlardan qoruması və hər cür pislikdən uzaq olma səyi davam edən beytlərdə təmas edilən xüsuslardandır. Gözün, könlün, dilin qorunması təsəvvüfün əhəmiyyətli prinsiplərindəndir. “Əlinə, dilinə, belinə sahib ol!” anlayışı bütün təsəvvüfü anlayışlarda sərlövhə halına gəlmişdir. İbrahim Haqqı həzrətləri qızına ithafən yazdığı bu şeirində təsəvvüfün təməl prinsiplərini mənzum formada dilə gətirmişdir.

      Gözəl sözlərlə tətyibi-qulub et,

      Sükut u samt ilə sətri-uyub et,

      Yetərsə qüdrətin kəşfi-qürub et,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

       

      Digər bəndlərdən birində insana xidmətin Allaha xidmət olduğu ifadə edilir. Eyni zamanda Allaha riayətin də qüsurları bağışlamaq olduğunu ifadə edir. Səbir, qənaət və bunun kimi gözəl xüsusiyyətlərin də Allahın bir lütfü olduğunu ifadə etməkdədir.

      Qula xidmətdir Allaha ibadət,

      Qüsurun əfvdir haqqa riayət,

      Xudanın lütfüdür səbrü-qənaət,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

      Dilin fəlakətləri də təsəvvüf kitablarında ayrı başlıqla ələ alınmışdır. İnsanın başına gələn fəlakətlərin bir çoxuna ağızndan çıxan sözlər səbəb olar. Həzrət buna diqqət çəkmək üçün belə deyir:

      Dilin hifz et, qeybət etmə, ey yar,

      Və yıxma bir könül bir sözlə zinhar,

      Sən etmə sirri nası nasa izhar,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

      Həmçinin təsəvvüfün əhəmiyyətli ölçülərindən biri olan incitməmək və inciməmək prinsipi də şeirdə əks olunur. Təsəvvüf bu mənada müvazinət quran bir nizamıdır. Heç kimi incitməyəcək, heç kimdən də inciməyəcəksən. Bilərək və ya bilməyərək özünü tərifləyici söz və hərəkətlərdən uzaq olacaqsan. Çünki təsəvvüf son dərəcədə gizlillik istəyir. Təsəvvüfdə insanın bədəni ortadadır ancaq nəfsi, mənliyi ortada olmamalıdır. Zatən, nəfs tərbiyəsində bütün mübarizə də insanın mənliyindən imtina edə bilmək mübarizəsi deyilmi?

      Sakın bir kimsəyi incitmə, söymə,

      Və sən bir kimsədən incinmə, dövmə

      Dəxi sən kəndini söhbətdə övmƏ,

      Gülər üzlü, gözəl sözlü ol, ey can.

       

      Şeir uzun olduğu üçün hamısına burada yer verə bilmirik. Ancaq bütün beytlərə baxdığımız zaman bu ana başlıqları ön plana çıxara bilərik:

      Təsəvvüfün məqsədi möminin kamil bir xarakterə sahib olması üçün Quran və sünnənin işığında prinsiplər mənzuməsi ortaya qoymaqdır.

      Mömin cəmiyyətdə nümunə və ən ideal insandır.

      Namaz mömini ən mühüm vəzifəsidir. Namaz möminə mənəvi istiqamət qazandırır. Namazın ədası möminliyin nişanəsidir.

      Məşvərət möminin həyatında mühüm yer tutmalı, mömin məşvərətin bərəkətinə inanmalıdır.

      Az danışmaq, az yatmaq, az yemək Rəsulullahın həyat tərzidir. Mənəvi tərəqqinin ən əhəmiyyətli mərhələləridir.

      İnsana xidmət Allaha xidmətdir.

      Dilin fəlakətləri insanı içindən çıxılmaz girdablara sürükləyər. İnsan ağzından çıxan hər sözdən məsuldur.

      İncitməmək və inciməmək təsəvvüfün ana prinsiplərindən biridir. Nə qəlb qıracaqsan, nə də qəlbin qırılacaq.

      Bütün bu prinsiplər insanın mənliyinin, başqa cür desək, nəfsinin tərbiyə edilməsi üçündür.

      28.08.2012

      • Hits: 1103 clicks

      Tecox component by www.teglo.info