155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Bir ovuc ihya / Adəm ŞAHİN

      Share

      Miladi 1058 - ci ildə dünyaya gəlib 1111 - ci ildə vəfat edən İmam Qəzzalinin ən böyük -təxminən 4500 səhifə-  əsəri İhya-u Ulumiddindir.

      "Hər əsər keçmişdən gələcəyə bir məktubdur" sözü bizim üçün bir məktub olub, bu məktubu açıb içindən bir ovuc İhya təqdim etmək istəyirik. Bu təqdimi edərkən də özümüzü, içənlərə həyat bəxşedən bir stəkan suya ev sahibliyi edən, stəkanın soyuqluğunda və eşitməzliyində hiss edirik. Su başqa, istəkan başqa.

      Bu yazıda İhya kitabında qeyd olunan İmam Qəzzalidən əvvəlki dövürlərdəki müsəlman cəmiyyətlərinin adət, ənənə və dini məntalitətlərini ortaya qoyan cümlələri və sözləri çıxartmağa və günümüzdəki cəmiyyət ilə mantalitet fərqliliyini və ya ayrılığını gösdərməyə çalışdıq. Bir növ bu qısa-qısa olan seçmə cümlələri İslam cəmiyyətlərinin paradiqmalarını və paradiqmalarındakı dəyişikliyi ortaya qoymağa çalışmaqdadır.

      İhya dolu ovuc, dil və ürəklərin çoxalması ümidi ilə buyurun...

      1 - Beləcə keçmiş əsrlərdə din zəyifləməyə başladı. "Bu zəmanə haqqında qənaətin nədir?" deyə soruşsan deyərəm ki: "İş elə bir səviyyəyə gəldi ki, bu cürə xətaları düzəltmək istəyənlərə dəli deyəsi səviyyəyə çatdırdılar. Bu zamnda ən yaxşısı insanın sükut edib öz nəfsi ilə məşğul olmağıdır"… (cild 1, səh 201)

      2 - Keçmış zamanda insanlar bugünkülərin soruşduqları şeyləri soruşmağa ehtiyyac görməzdilər. Alimlər də "Bu haram, bu halal "deməzdilər." Bu müstəhab, bu məkruhdur" deyərdilər. Yəni halal ilə haramı hər kəs bilir, axtarılan və soruşulan müstəhab ya da kərahət olardı. (cild 1, səh 203)

      3 - İlk müsəlmanlar görüb bildikləri pis şeylərdən uzaqlaşmaqda ən xırda ehtimallara əsla qiymət verməzlər, ancaq riya və zülümün incəliklərini fikirləşir və bundan qorunmağın çarələrini axdarardılar. (cild 1, səh 338)

      4 - Sələf iftitah təkbirinə çata bilməyənlərə üç gün, bir vaxt camaata çata bilməyənlərə isə bir həftə baş sağlığı verərdilər. (cild 1, səh 407)

      5 - Cümənin fəzilətinə sahib olmaq üçün gecəni məsciddə keçirənlər olardı. (cild 1, səh 491)

      6 - Mədinə xalqı biri o birinə pis söz söylədiyi vaxt "Sən Cümə günü yuyunmayan adamdan daha pissən" deyərdilər. ( cild 1, səh 492 )

      7 - İlk bidat məscidlərə tezdən getməmək olmuşdur. ( cild 1, səh 495 )

      8 - Sədəqəni gizlədərək verməkdə o qədər irəliyə getmişdilər ki, bəziləri korlara vermiş, bəziləri fağırların yoluna  və ya oturduqları yerə qoymuş, yatarkən fağırların paltarına tikənlər belə olmuşdur... Riya: göstərmə yolu ilə, Süma: eşitdirməklə olar. (cild 1, səh 596)

      9 - Hicaza gedən hacıları yola salmaq, gələnləri də qarşılayıb gözlərindən öpmək və onlardan dua istəmək sələf-i salihinin gözəl adətlərindəndir. (cild 1, səh 687)

      10 - Sələf bu üç şeyə əhəmiyyət verməzdilər. Çox pul verərdi və bu işlərdə qiymət düşürməyi xoş qarşılamırdılar: Hədyyə qurbanı, vacib olan qurban, kölə azad etmək üçün verilən pul… (cild 1, səh 755)

      11 - Hz. Osman Qur`an-i Kərimi çox oxuduğu üçün iki Qur`an köhnəltmişdir. Səhabələrin əksəriyyəti Qur`an-i Kərimi üzündən oxuyardılar. Hətda bir gün ötürsələr, müshafa baxmasalar canları sıxılar, kədərlənərdilər. (cild 1, səh 791)

      12 - Səhabə-i Kiram bir yerdə toplaşdıqları vaxt özlərindən birisinə bir surə oxumağı əmr edərdilər. ( cild 1, səh 793 )

      13 - Belə deyilmişdir: Bir vaxt gələcək o zamankı insanların ən məqbul ibadətləri yuxu və sükut olacaqdır. Bu zaman insanların ibadətlərində ixlasları (səmimiyyətləri) olmayıb,  riyakar olduqları zamandır. (cild 1, səh 985)

      14 - "Sələf-i Salihin işlərindən ayrıldıqları vaxt salamatı yuxuda tapardılar." Süfyan-ı Sevri. (cild 1, səh 985)

      15 - Həsən-i Bəsri deyir ki: Sələf-i Salihin axşam vaxtına səhər vaxtından daha çox əhəmiyyət verərdilər. Onlar gündüzün ilk vaxtını dünya məişəti, son vaxtını da axirət üçün ayırardılar. (cild 1, səh 988)

      16 - Sələf-i Salihinin yuxuya getmələri, yuxunun tamamilə qələbə çaldığı; yeməkləri tamamilə acdıqları, sözləri də zərurət olanda idi. (cild 1, səh 996)

      17 - Sələf-i Salihin bir xurma, bir parça çörək sədəqə vermək və ya qısa bir vaxtda qohum-əqrabanı ziyarət etmək kimi cüzi bir xeyir işləməyərək günlərinin boş keçmələrini xoş qarşılamazdılar. (cild 1, səh 1006)

      18 - Səhabə Qur`an- Kərim oxumaq üçün bir yerə toplanar və axırda yüngül bir şeylər yeməyərək ayrılmazdılar. (cild 2, səh 26 )

      19 - Sələf, daxilindən niyyət hasil olmadığı üçün, nafilə ibadətlərdən kənar durar və "içimizə niyyət doğmadığı üçün vaz keçdik" deyərdilər. Hətda Ibn Şirin Həsən Basrinin cənazə namazını qılmamış və "İçimdə belə bir niyyət hasil olmadı" demişdir. (cild 4, səh 672)

      20 - "Əvvəllər yeməyə cömərd davranar, fəqət patlar və ev əşyalarına əhəmiyyət verməzdilər." (cild 2, səh 124)

      21 - İlk İslam qadınları, yoldaşı evdən çıxarkən qız uşaqları ilə birlikdə "Aman yoldaşım, bizə haram nafaqa gətirmə, bu dünyada aclıq və sıxıntılara dözərik fəqət

      22 - Köhnə dostlardan bəziləri, ahbabları öldükdən sonra 40 il keçdiyi halda oğul-uşaqlarını axtarar və onların ehtiyyaclarını qarşılamağa çalışardılar. Uşaqlar yalnız bu sayədə atalarını itirmiş olur, digər mövzularda bəlkə atalarından da daha rahat yaşayardılar. Onlar dostlarının uşaqlarına o dərəcədə baxardılar ki, hər gün evlərinə baş çəkər: "Yeməyiniz-içməyiniz varmı, nə əksiyiniz var? Deyə soruşardılar. Bax qardaşlıq şəfqəti belə olmalıdır. (cild 2, səh 436)

      23 - Atəş-i Küfri belə demişdir: "Biz cənazələrə iştirak edərik fəqət kimə baş sağlığı verəcəyimizi bilməzdik. Çünki hər kəs kədərli olardı". (cild 2, səh 530)

      24 - Sələf, suallarında daha çox dini cəbhəni, qəlbin hallarını və o şəxsin Allah-u Təala ilə münasibətini araşdırırdı… (cild 2, səh 588)

      25 - Səfərdən qayıdarkən hədiyyə ilə gəlmək mövzusunda "Heç bir şey tapa bilməyən çantasına gəldiyi yerin daşından gətirsin" deyilmişdir. (cild 2, səh 651)

      26 - Sələfi salihin bizim haramdan qaçmağımızdan daha çox halaldan qaçardılar. (cild 3, səh 589)

      26 - Əvvəlkilər bir-birilərinə bu məqsədlə hal və xətir soruşardılar. Onların məqsədi bir-birilərini Allaha şükr etdirmək və bu minvalla həm şükr edənin, həm də şükr etdirənin savab qazanmasıdır.  (cild 4, səh 161)

      27 - Əvvəlkilər mərifətullah elmini, varlı olanların ağızlarından eşitmək istəməzdilər. (cild 4, səh 376)

      28 - Sələflərdən bir nəfər bir şəhərdə bir məscid gördü və dedi ki: "Mən bu məscidin xurma budağından və yaprağından tikildiyini gördüm. Sonrakı inkişafda sadə divardan tikildiyini gördüm. Bu dəfə isə kərpic ilə tikildiyini gördüm. O adi divarları tikənlər bu kərpicdən tikənlərdən, xurma budağından divar tikənlərdə o sadə betondan tikənlərdən daha xeyirlidirlər" dedi. (cild 4, səh 432)

      29 - "Bədir savaşında iştirak edənlərdən 70 nəfəri gördüm, sizin haramdan qaçdığınız kimi onlar halaldan qaçardılar." Həsən-i Bəsri (cild 4, səh 439)

       

      • Hits: 596 clicks

      Tecox component by www.teglo.info