Öldürücü Zəhərdən Daha Təsirlidir / Kamran Məmmədov

      Share

      Uzun yoldan gələn bir nəfər alim olan dostunu ziyarətə getdi. Yanına çatanda:

      - Mən bura Allahın sənə ehsan etdiyi elmdən faydalanmaq üçün gəldim, -dedi və bu sualları verdi:

            - Göylərdən daha ağır olan nədir?

            - Yerdən daha geniş olan nədir?

            - Dənizdən daha dərin nədir?

            - Atəşdən daha yandırıcı olan nədir?

            - Zəmhərirdən daha soyuq nə var?

            - Yetimdən daha zəyif kimdir və ya ən öldürücü zəhərdən təsirli olan nədir?

      Alim verilən sualları belə cavablandırdı:

      - Təmiz və namuslu adama atılan iftira, göylərdən ağırdır.

      - Haqq yerdən genişdir.

      - Qənaətkar qəlb dənizdən daha dərindir.

      - İnsandakı ehtiras atəşdən daha yandırıcıdır.

      - İnsanın möhtac olduğunu əldə edə bilməməsi zəmhərirdən daha soyuqdur.

      - Söz gəzdirənin sirləri açılanda o, yetimdən daha pərişan olur.

      - Başqaları haqda daşımaq ən öldürücü zəhərdən daha təsirli bir zəhərdir.

       

      Əfv edə-edə əfv edilmək

       

      Vaxtilə bir ölkədə gözəl əxlaqlı bir adam yaşayırdı. Pis xasiyyətli olanlar ilə də gözəl keçinər, onlar haqqında dedi-qodu etməzdi. Vaxt gəldi hər fani kimi o gözəl adam da vəfat etdi. Bir müddət sonra insanlar onu yuxuda görməyə başladı. Hər kəs ondan:

      “- Halın necədir? O dünyada sənə nə etdilər?” -deyə soruşurdu.

      Gözəl adamsa bu ibrətli cavabı verir:

      “- Həyatımda başqaları ilə necə rəftar etdimsə, mənimlə  də elə rəftar etdilər!”

       

       

      HİKMƏTLƏR

      Şeytanın yardımçıları

       

      Həsəd edən kəs beş yolla Rəbbinə qarşı gəlmiş olar:

      1. Özündən başqasında nemət görsə, onu qısqanclıqla qarşılayar.
      2. Qismətindən küsər. Bununla da sanki Rəbbinə belə deyər: “Filankəsə niyə bu qisməti verdin?”
      3. Allahın verdiklərində xəsislik edər. Halbuki, Allah dilədiyinə verər.
      4. Allahın vəli qulunu alçaltmaq istəyər.
      5. Nemət sahibinin rüsvay olmasını, əlindəki nemətlərin əlindən getməsini istəyər.

       

       

       

      Gəncliyin şəri

       

      Bir gün Hz. Ömər (r.a) bir gəncə baxıb bunları söylədi:

      - Ey Gənc! Əgər üç şeydən özünü qoruya bilsən, gəncliyin şərindən özünü qorumuş olarsan. Bunlar: Dilin şərindən, ədəb yerinin şərindən və mədənin şərrindən qorunmaqdır.

       

       

      BİR ÖKÜZ UĞRUNDA

          Oğulunun oxuması üçün tövləsindəki bütün inəkləri satan bir kəndli, onun bir şey öyrənə bilmədiyini görüncə:

      - Mən nə bədbəxt adamam, deyə deyinir. Bir öküz uğrunda nə inəklər fəda etdim.

       

      SAĞLAM  İŞ

          Mehmed Akif Berlindən qayıdanda soruşurlar ki:

          - Berlində nə var-nə yox, ustad!

          Belə cavab verir:

      - Gördüyüm qədəriylə işləri dinimiz kimi sağlam; dinləri isə işlərimiz qədər çürükdür.

       

      XOŞBƏXTLİK

          Tolstoydan "necə xoşbəxt olursunuz?" deyə soruşduqda bu cavabı verir:

      - Sahib olduğum şeylərə sevinərək, sahib olmadıqlarımı isə heç düşünməyərək.

       

      GÖZƏL İNSANLAR

          Səhabələrdən biri Hz. Əbu Bəkrin yanına gələrək:

          - Çox günahkarım, -deyir. Mənim üçün dua edərsinizmi?

          Hz. Əbu Bəkr (r.a):

        - Ya Rəbbi, bir günahkar başqa bir günahkardan dua istəyir. Sən hər ikisini də əfv et! –deyə dua edir.

       

      İNSANI MÜSİBƏTLƏR VƏ ÇİLƏLƏR KAMİLLƏŞDİRİR

      Pakistabnlı dahi mütəfəkkir və elm xadimi Məhəmməd İqbal ideal və kamil insanı tərif edərkən onun çilələrlə yöğrulan, dərd və iztirablardan heç bir zaman şikayət etməyən, əksinə “dərdini sevən insan” olduğunu ifadə edir. İqbal ideal və kamil insanın ancaq dərdlər və iztirablar içində formalaşa biləcəyinə, müsibət və çilələr içində yetişəcəyinə inanırdı. Bu xüsusda bəhs etdiyi bu hekayə olduqca diqqətçəkicidir:

      “Bir ceyran başqa bir ceyrana halından şikayət edir:

      “Artıq mən bu ovçuların şərindən bezdim. Ovalıqlarda pusqu qurub gecə-gündüz biz ahuların izindədirlər. Bizi öldürmək üçün fürsət axtarırlar. Bu qədər səksəkə içində yaşamaqdan cana doymuşam artıq. Buna görə də artıq ömrümün geri qalan hissəsini Həramda yaşayacağam. Məkkədə ovçuların ovlanması qadağandır. Orda yatıb-durar, istədiyim kimi rahatlıqla otlayaram. Artıq ovçu dərdindən qurtulmaq istəyirəm!..”

      Bunlara qulaq asan təcrübəli və dünyagörmüş başqa bir ceyranda belə cavab verir:

      “Ey dostum! Yaşamaq istəyirsənsə təhlükə içində yaşa! Özünü daima bülöv daşına vur, xammaddəsi təmiz olan qılıncdan daha kəskin yaşa.Təhlükə qüdrəti imtahan edər. Yəni təhlükələr, çilələr və müsibətlər sənin şəxsiyyətini, xarakterini və imanını imtahan edər. cism və canın nələrə qadir olduğunu o çilələr bildirərş”

       

      • Hits: 653 clicks

      Tecox component by www.teglo.info