Mesaj Kağizda – Kağiz Ağacda / Adem Şahin

      Share

      Şəkil-1

      Yer üzünün hər tərəfi bizə məscid qılındı. Namaz vaxtı girdikdə olduğunuz yerdə namaz qılın (Müslim) deyən, oğlu İbrahimin qəbrindəki əyriliyin yatana deyil, baxana xoş görünməyəcəyi üçün düzəldilməsini istəyən Peyğəmbərin ümmətiyik. Madam ki, yer üzü məscid hökmündədir, ağacların da məsciddəki səflər və əsgərlər kimi yan-yana olması lazımdır.

       

      Şəkil-2

      Əmr olunduqları kimi dosdoğru olan Quran hafizləri əlifdirlər, əlif kimi yaşarlar. Əlifi (doğruluğu) öyrədirlər. Belə hafizlərin qəbirlərində sərv ağacları olmasa da addımladıqları yerlərdə, girdikləri könüllərdə görünən və görünməyən sərvlər heç vaxt əskik olmaz.

      Hafizin qəbri olan bağçada bir gül varmış… Hər gün yenidən açarmış qanayan rəngiylə… Ölüm asudə bir bahardır bir rində… Və sərin sərvlər altında qalan qəbrində… hər səhər bir gül açar, hər gecə bir bülbül oxur… (Bax: Əliabadlı Musab)

       

      Şəkil-3

      Payızda tökülməyə, qışda qırılmağa təəccüblə baxılmaz. Ömrünün baharında aşağı əyilərək yüksələ bilməyənlərin halına acımaq lazım. Başım hara, ayağım ora demişlər. Ağacın da başı hara əyilsə, gövdəsi o tərəfə gedər. Bütün döyüşlərdə ilk hədəf başlardır.

       

      Şəkil-4

      Budaqların qırılan başın yerini almaq üçün zirvəyə can atışını şəkildən görmək mümkündür. Eyni hal hansı coğrafiyada, hansı zaman kəsiyində yaşanmamışdır ki? Başsızlıq halı qorxuncdur. Həyatda başların ayaq, ayaqların da baş olduğu zamanlar da olur. Niyə də olmasın axı? “soğan başı da olsan bir baş ol”, “baş olan boş olmaz”, “ata quyruq olmaqdansa siçana baş olmaq yaxşıdır” fəlsəfəsinə sahib insanlar hər zaman olmuşdur.

       

      Şəkil-5

      Kölgəsinin olmadığı rəvayət olunan Peyğəmbərin ümmətiyik. Əyri olanın kölgəsi də əyridir. Red Kit öz kölgəsinə belə silah çəkər və kölgəsini vuraraq ortadan qaldırır. Öz kölgəsini belə vuran anlayış ətə-sümüyə nələr etməz görən?

      Axirət həyatı əsasdır. Dünya isə o əsasın kölgəsi hökmündədir.

      Ey bizi nemətləriylə ruziləndirən! Bizə göstərdiyin kölgələrin əsillərini göstər!

       

       

      Şəkil-6

      Qiyamətin qopduğunu duysaq belə, əlimizdəki fidanı əkməliyik. Meşəyə gedərkən baltasını örtərək ağaclardan gizlədən həssas bir mədəniyyətə sahibik. Qurbanlıq heyvana bıçaq göstərilmədiyi kimi ağaclara da balta göstərilməzmiş “Yaş kəsən baş kəsər” demişlər. Yəni gərəksiz yerə yaş ağac kəsmək cinayətdir.

      Son söz: Uşaq saflığı ilə şam ətirli salamlar…

      • Hits: 680 clicks

      Tecox component by www.teglo.info