Ağac, Torpaq Və Qəbir / Dr. İbrahim BAZ

      Share

      Payiz fəsli insana sonunu söylər. Və ən çox ağacın diliylə danışır payız. Məhz buna görə də gözlərimi yumub Zaqataladan çıxaraq Şəkiyə getməyə qərar verdim. 

      Bu yolun iki tərəfindəki hər cür qalınlıqda olan ağacların söhbətinə çox şahid olmuşdum. Yol qət etdikcə sanki iki tərəfimdən axıb gedən ağaclar zamanın, yəni ömrün sürətindən xəbər verirdi əslində. Əliabaddan keçərkən gözüm gülər üzünü görməsə də Adem Şahinə ürəkdən bir əl elədim və yoluma davam etdim. Ağaclar zaman, yol ömürdü. Nəfəs aldıqca yaşarkən bir yandan da öldüyümüz kimi yol qət etdikcə ömrü tükədirdik. Bunu mənə aralarından keçdiyim ağaclar deyirdi. Uzun müddət yol getdikdən sonra ani bir qərarla Hacı Muradın məzarəna doğru döndüm. Həyat kimi uzun incə o yoldan sonra məhşəri andıran meydandakı qəbrin başına gəldim. Ölüsünü də müqəddəs sayan dinimin adəti olaraq salam verib qəbrin başına keçdim və uzun-uzadı dua etdim…

      Məzarın başucunda oturub Qafqaz dağları istiqamətindəki ulu ağaca baxmağa başladım. Vaiz olaraq insana ölüm kifayət etsə də başucunda olduğum məzardan daha gülcü gəldi ağacın ölümdən xəbər verən görkəmi və söhbəti.

      Ağac qocalmışdı. Payız isə onu saraltmış, çılpaq qoymuşdu. Doğumdan və ölümdən xəbərlər verirdi. Lakin bir zamanlar onun da bir baharı vardı. Yamyaşıl və dimdik dururdu. İşığın rəqsi vardı yarpaqlarında. Kölgəsi məhşərdəki kölgəni xatırladırdı yaz günündə insanlara. Meyvəsi cənnətdən ilhamlar verməkdəydi və ən ləziz süfrələrin başında durmaqdaydı. Bir zamanlar gəlib-keçən quşlar qonur, civiltilərinə baxarsaq ana qucağındakı uşaqların səadətini yaşayırdılar ağacın qucağında. Bəzisi yuvasını da onun budaqlarında qurmuşdu. Demək ki, ağacı əmin görmüşdülər. Balalarını ona əmanət edib yenidən təslim alırdılar. Güvənilməyən insanların ağacın nəsihətinə nə qədər də ehtiyacı vardı.

      Gövdəsi dimdik dururdu. Budaqları və yarpaqları qonaq olan quşları qorxutmadan ən qızmar yay istisində və qışın donduran soyuğunda, yəni çətin anlarda belə usanmadan, yorulmadan vəzifəsini görür, bəhanələrin arxasında gizlənmirdi. Dimdik və dosdoğru dayanırdı yolunda. Özünə güvənənləri yarıyolda qoymurdu. O ağacdan yola çıxaraq bütün ağacları düşünməyə başladım öz-özümlə danışaraq.

      Səssiz sözlərin və daima faydalı olmağın ilhamı vardır ağacda. Varlığı mütləq var olana çağırmaqdadır. Gözlərə göyü göstərən bir kəlamdır ağac. Budaqlarının hər adımdı göyə doğrudur. Yarpaqları göyə açılmış əllərdir. Göy üzündən xəbərsiz çərpələng uçurdanlara göyləri göstərən, başları daima başımız üstə olan göylərə çevirən bir carçıdır. “Təkcə uçana və ucu əlinizdə olana baxmayın, üfüqlərin arxasında olsun gözünüz və könlünüz” deyən bir xəbərçi.bir ayə və bir aləmdir ağac adəmə alim olandan. Təfəkkürə dəvət edən bir hərf, bir kəlmə və bir kitabdır ağac. Qələm olan, amma qələm kimi kəlamı olmadan danışan bir xitabdır.

      Göz yalnız gördüyünü var sayır. Mən də nə qədərdən sonra ağacın köklərini xatırlaya bildim. Gözüm görmədən onları düşündüm dərin-dərin. Kökdə heç riya yoxdu. Nə rəngində, nə şəklində bir gözəllik vardı. Parlaq deyildi, matdı. Heç kimin diqqətini çəkmirdi. Ancaq onlar yaşatmaq üçün yaşayırdılar. Qaranlığın çiləsinə, soyuq və nəm toprağa onun üçün qatlanırdı: Yaşatmaq üçün yaşamaq.gözlərdən uzaqdı, ancaq onun çəkdiyi çiləydi ağacı dimdik ayaqda tutan. Onun səbriydi açan çiçəklərə və yaşıllaşan yarpaqlara damla-damla göz yaşı tökürmüş kimi su, yəni həyat verən. Onun sayəsində tumurcuqlar kamala çatıb əlimidə meyvə olurdu. Qələm ağladığı zaman kağız güldüyü kimi, göylər ağladığında köklər gülür, köklər ağladığında da ağac gülürdü. Və köklər yalnız toprağın qoynunda yaşaya bilirdilər, gözlərdən və göstərişdən uzaq. Onların yaşadığı riyasız həyatdı.

      Köklər yaşataq üçün yaşamağı torpaqdan öyrənmiş olmalıydı. Daima səssiz-sadəsız verən torpaqdan. Belə, kürəyə səsini çıxartmadan, özünə bir buğda verənə yüz sünbül verən torpaqdan. Qarnına qoyulan pislikləri yox edən və gözəlliklə cavab verən torpaqdan. Kül tökənə də gül verən torpaqdan. Üstündə gəzməyimizə səs çıxarmayan torpaqdan. Sonra toprağın qəbir, yəni dosta açılan qapı olduğu gəldi ağlıma.

      Bir yandan Hacı Muradın yaşadıqları, bir yandan ağacın dedikləri, bir yandan da toprağın qəbir oluşunu düşündüm. Ancaq susa bildim.

      Həmişə gözlərimiz ətrafımızda al-əlvan olanlara yönəlirdi və danışanları dinləyirdi qulaqlarımız. Hərfsiz, hərəkətsiz və dəbdəbəsiz danışanlara nə qədər az qulaq kəsilirdik. Ağaca, toprağa heç qulaq asdıqmı görəsən? Ərənlərin sirri torpaqda gizlidir deyirlər. Heç sirrin ardınca düşdükmü? Bir addım gələnlərə yüz addım atanları tanıdıqmı, bildikmi qədirlərini?

      Heç ətrafınızda könlü göyə bağlı neçə kökün olduğu ilə maraqlandınızmı? Yaşatmaq üçün yaşayan köklər. Heç onların acılarına ortaq olmağı düşündünüzmü? Yoxsa onların çilələrindən, ayrılıqlarından, acılarından bixəbər halda ağac kimi ana, torpaq kimi yol olmağı yalnız onların vəzifəsi sandınız?

      İnsan ağacı oxuyub qəlbinə və qəbrinə yaxın yaşadıqca insan olur.

                 

       

      Dr. İbrahim BAZ

       

       

      • Hits: 749 clicks

      Tecox component by www.teglo.info