Əyri Körpü / Adem Şahin

      Share

      Şəki-Zaqatala arasındakı çayın adı əyri olmayıb, düz çay olsa idi zehnimizdə çayların əyri axdığı fikri hər zaman vardır.

      Yolların və çayların əyri olmasına heyrət edilməz. Heyrət ediləcək olan əyri çayların üstündə inşa edilən əyri körpülərdir. İnsaf gözüylə baxaraq əyri çayların üstündə düz körpülər inşa etmək nə qədər doğrudur?.. Sözlərində əyriyə əyri, doğruya doğru deyərək hər kəsə layiq olduğunu verməyə çalışanların əyri çaya doğru körpünü layiq görməyərək əyriyə əyri yaraşır, elə isə əyri çaya əyri körpü olmalı deyəcəklərindən əminəm.

      Körpü və düzgün yol ifadəsi suların dəlicəsinə axmadığı asfalt və beton yolların olmadığı zaman, məkan və coğrafiyalarda da müsəlmanların gündə ən az beş vaxt gündəmində olmuşdur.

      İslam əqaidində sirat körpüsü vardır. Cəhənnəmin üstündə qurulacaq olan bu körpü tükdən incə, qılıncdan itidir. Fatihə surəsində Allahdan düzgün yolda (sirati-müstəqim) olmağı təmənna edirik. Doğru yolun ziddi əyri yollardır. Sirat körpüsü və sirati-müstəqim məfhumlarını belə, insanların əyri körpünün varlığını yadırğayacaqlarına əminəm. Sivasda nazlana-nazlana axan Qızılirmaq üzərində əyri körpü vardır. Nazlanaraq axmaq sürəti azaltmaq, ziqzaq çəkmək, sağa-sola meyillənmək, başqa bir ifadə ilə əyri axmaq mənasına gəlir. Əyri körpünün tikilmə hekayəsi belədir.

      “Bir zamanlar bir usta ilə şəyirdi varmış. Aradan zaman keçmiş, şəyirdlə ustanın arası dəymiş. Şəyird ustanın yanından ayrılmağa qərar vermiş. Sonra da Sivasdakı bir körpünün inşasını boynuna götürmüş. Körpünün inşası bir müddət davam etdikdən sonra, onu görən və ustanı tanıyanlardan biri ustanın yanına gələrək şəyirdinin Sivasda çox gözəl bir körpü saldığını söyləmiş. Körpünün marağına düşən usta Sivasa gələrək gizlicə inşaata baxır. Körpünün inşasından xoşu gəlir və şəyirdini qarşısına alaraq bunları söyləyir:

      “Usta idik olduk şakirt

      Al bardağı suya segirt

      Hiç nazardan korkmadınmı?

      Köprünü egri çevirt.”

      Bu sözlərdən sonra şəyird ustasının xətrinə körpünün tikintini əyərək davam edir. Anadoluda ev tikərkən hər şeyin mükəmməl olmasına çalışmazlar. Baxanların gözü dəyməsin deyə inşası bitmiş evin boya, suvaq kimi işlərini yarımçıq qoyarlar ki, nəzəri o tərəfə çəksinlər.

      Körpülər qovuşdurma və ayırma dualizminə sahibdir. “Körpüləri atmaq” ifadəsi ilə türk dilində əlaqələri kəsməyi qəsd edirik. Körpünü keçənə qədər ayıya dayı deməyi məharət sayan makyevalistlər hər zaman olmuşdur.

      Həbsxana divarları hər nə qədər körpülərlə eyni maddədən inşa edilsə də, biri qovuşdurur, digəri ayırır. İntihar etmək istəyənlərin ağlına ilk növbədə körpülər gəlir. Özünü aşağı atanlar saniyələr içində qovuşma və ayrılma dualizmini eyni anda yaşayarlar. Bu mənada körpülər və həbsxanalar bir-birinə zidd funksiyadadırlar.

      Körpü insan məfhumu vardır. Keçmişdən gələcəyə, şərdən xeyrə körpü olmaq mümkündür. Körpü insanlar xeyirdə və ya şərdə insanlara keçiş etdirirlər. körpü insan məfhumunu ikiyə ayıra bilərik:

      1. Xeyirdə körpü insanlar: Əsasən insanların, ümumiyyətlə isə aləmlərin fəlahı və sülhü üçün cəhd edərək öndə gedən hər insan bu qismə daxildir. Peyğəmbərlər və onların həqiqi varisləri olan alimlər kimi.

      2. Şərdə körpü insanlar: Əsasən insanlar arasında, ümumiyyətlə isə bütün aləmlərin zülm, ədalətsizlik və mərhəmətsizlik alovları altında qovrulması üçün cəhd edərək öndə gedənlərdir. Şeytanlar və ona tabe olaraq eyni sifətə bürünənlər kimi. Şeytan da bu cins insanlara belə deyər: “Usta idik olduk şakirt...”

      Hər işdə bir xeyir var məntiqi ilə baxarsaq əyriliklərdə də doğruluq, fayda və hikmət tapa bilərik. Hər əyrilik pisdir və zərərlidir deyə bilmərik. Oxun düzlüyü təriflənsə də, yayın əyriliyinə olan ehtiyacı heç kim inkar edə bilməz. Dünya 23 dərəcə əyri olmasaydı mövsümləri yaşaya bilməzdik.

      Doğru olub-olmadığını bilmirəm, amma Məscidi-Nəbəvidəki Yaşıl Qübbənin yanındakı minarədə əyrilik olduğunu deyirlər. Bilərək elə tikilib ki, zəlzələ olarsa, Yaşıl Qübbənin, yəni Rəsulullahın mübarək qəbri-şərifinin üstünə aşmasın. Belə əyrilikləri düşünənlərə, edənlərə can qurban.

      İnsan öz nöqsanını bilmək kimi irfan olmaz deyirlər. Əyri çayı və Əyri körpünü tanıyıb öz əyriliklərimizdən xəbərsiz olmaq bizə Kaşqarlı Mahmudun Divani-Lüğətit-Türk adlı əsərində yer alan əski türk atalar sözünü xatırladır: “İlan öz əyrisini bilməz, dəvəyə boynun əyridir deyər.”

      Çaylar, yollar və körpülər əyri olsa da insan doğru yoldan getməlidir. “Əyri gəmi, doğru səfər” sözü bu mənada işlənir. Başqa bir ifadə ilə əyri bacadan çıxan düz tüstü kimi olmaq birinci hədəfimiz olmalıdır.

      Hz. Əli (r.a) “Əyri olanın kölgəsi də əyridir.” buyurmuşdur.

      Hər iki dünyada kölgəmizin düz olması duasıyla divar hörməkdənsə, əyri də olsa körpülər qurmağa davam...

        

      • Hits: 944 clicks

      Tecox component by www.teglo.info