Gül bayramı

      Share

      Azərbaycanın son 30 illik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun hər dəfə hakimiyyətə gəlişi bir qurtuluş oldu. 1969-cu ildən başlayaraq o, bu ölkəyə rəhbərlik etdi.

       O zaman keçmiş Sovet məkanında aqrar ölkə olan Azərbaycanı inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikasına, elm və mədəniyyət ölkəsinə çevirmək üçün Heydər Əliyev müstəsna xidmətlər göstərdi. 1993-cü il oktyabr ayının 3-də xalqın ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Beləliklə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi daha etibarlı müstəviyə keçdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. 2001-ci ildə Azərbaycanda latın əlifbasina keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalamışdır. O, bir sıra beynəlxalq mükafatlara, müxtəlif  ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif olunmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardıb. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı. Dünya Azərbaycanlılarının birliyini yaratdı.

      Azərbaycan xalqının ümummilli lideri uzun sürən ağır xəstəlikdən sonra 12 dekabr 2003-cü ildə vəfat etdi. Xalqımız bu dahi şəxsiyyətə dərin sevgi, hörmət hissi olaraq bir neçə ildir onun doğum günü olan 10 may tarixini “Gül bayramı” kimi qeyd edir. Gül bayramında iştirak edən istedadlı şəxslərin, tələbə və məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz nümunəsidir. Bağça uşaqlarının, məktəblilərin, müəssisə və şirkətlərin nümayəndələrinin, şəhərimizin sakinlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilir. Uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır. Burada dünyanın müxtəlif yerlərindən gətirilmiş respublikamızın təbiətində təsadüf edilməyən güllər də az deyildir. Təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək  imkanı qazanmışdırlar. Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız üzərində gözəl lövhələr yaradırlar. Bu mərasimdə müxtəlif ekspozisiyalar, gülləri təsvir edən stendlər, asfalt üzərində güllərdən ibarət rəsmlər, dibçək gülləri, müxtəlif tikmələr, nadir quşlardan ibarət canlı guşələr nümayiş etdirilir

      • Hits: 1145 clicks

      Tecox component by www.teglo.info