Baliq Yemək Zehni Artirirmi?

      Share

      Qidalanma mütəxəssisləri orqanizm üçün heç bir əks təsiri olmayan balıq ətini təkidlə tövsiyə edirlər. Balıqda bol miqdarda protein, vitamin və minerallar var. 

      Duzlu suda yaşamasına baxmayaraq balıq ətində çox az miqdarda duz vardır. Hətta balıqların bir çox növünü həkimlər duzsuz yemək rejimlərində məsləhət görürlər.

                  Yağlı balıqlarda olan lipitlərin insan səhhətinə heç bir zərərləri olmadığı kimi vucudu ürək və damar xəstəliklərinə qarşı qoruyur. Çox miqdarda balıqdan istifadə olunan ölkələrdə aparılan anketlər də bu fikri dəstəkləyir.

                  XIX əsrdə kimya mühəndisi olan iki Alman tədqiqatçı beynin zehni fəaliyyətini davam etdirə bilməsi üçün lazım olan kimyəvi elementin “fosfor” olduğunu bildirdilər. Hətta bu düşüncələrini “fosfor olmadan beyin sağlam fəaliyyət göstərə bilməz” deyərək iddialı bir tərzdə təqdim etdilər.

                  O ərəfədə digər bir elm adamı da balıq ətinin fosfor baxımından çox zəngin olduğunu kəşf etdi. Bununla da balıq ətinin beynə, dolayısı ilə zehnin inkişafına çox faydalı olması fikri hamı tərəfindən mənimsəndi.

                  Əslində fosfor insan orqanizmi üçün həqiqətən də lazımlıdır. Bu isə yetərli miqdarda ət, süd, taxıl və tərəvəzlər ilə birlikdə balıq əti vasitəsilə də təmin edilir. Fosfor vücuddakı sümüklərdə və dişlərdə kalsiumla birləşmiş halda toplanır. Fosfor çatışmazlığı uşaqların qol və ayaq sümüklərində qüsurlara, yeniyetmələrdə isə sümük yumşalmasına səbəb olur.

                  Əczaçılıqda istifadə olunan fosfor isə ağ fosfordur. Ağ fosfor əvvəllər fosforlu bitki yağı və fosforlu balıq yağı şəklində insanlara sinir qüvvətləndirici dərman kimi verilirdi. Sonralar bu kimi dərmanların zəhərlənmələrə səbəb olduğu müəyyənləşdirildi və istifadədən qaldırıldı.

                  Bugünə qədər aparılan araşdırmalarda fosforun beynimizə lazım olan digər kimyəvi elementlərin yanında bir o qədər də faydasının olmadığı və beyin funksiyalarını artırmadığı isbatlanmışdır.

                  Nəticə olaraq deyə bilərik ki, balıqda ciddi miqdarda fosfor yoxdur, olsa belə fosforun çoxluğu insanın zehnini artırmır, yalnız çox ciddi zəhərlənmələrə səbəb ola bilər.          

       

      DƏVƏLƏRİN HÜRGÜCÜNDƏ NƏ VAR?

       

       

      Dəvənin ana vətəni Şimali Afrikadır. Oradan Cənubi Amerka və Asiyaya yayılmış, Şimali Amerka qitəsində isə demək olar ki, yox olmuşdurlar. Cənubi Amerkadakı lama, alpaka (qoyun cinsi) kimi heyvanlar dəvənin qohumları sayıla bilər.

                   Məruz qaldıqları qum fırtınalarına və digər əlverişsiz şərtlərə tab gətirə bilmək üçün iki sıra qoruyucu kirpikləri və tüklü qulaq dəlikləri ilə yaradılmış, gəlmiş, burun dəliklərini açıb-yumma, çox uzaqdan görə bilmə və qoxu ala bilmə xüsusiyyətlərinə sahib olmuşdurlar. Dəvələr iki cür olur. Birhürgüclü və ikihürgüclü.

                  Hər iki cins dəvədən yük heyvanı kimi istifadə olunur. İkihürgüclü dəvənin sürəti yavaşdır (saatda 3-5 km), lakin karvanla bir gündə 50 km yol qət edir. Hürgücünün yuxarısına qədər olan yüksəkliyi 2 metr ikən, Ərəb dəvəsinin təkcə ayaq uzunluğu təxminən 2 metrdir. Ərəb dəvəsi 18 saat ərzində saatda 13-16 km sürətlə məsafə qət edə bilir. Dəvənin ətindən, südündən, yunundan və dərisindən də məişətdə istifadə olunur. Ümumiyyətlə dəvələrin hürgüclərində su olduğuna, bununla da səhralardakı uzun müddətli yolçuluqlara tab gətirdiklərinə inanılır, ancaq bu doğru deyil. Əgər elə olsaydı dəvə vücudu sudan istifadə etdikcə hürgücün də bir şar kimi büzülüb yığılmasını görərdik.

      Dəvələrin hürgüclərində təkcə yağ olur. Hürgüc 30-35 kq-lıq yağ anbarıdır. Ümumiyyətlə bir çox heyvan gələcəkdə enerji qaynağı kimi istifadə etmək üçün vücudunda yağ toplayır. Dəvələrdə bu proses hürgüclər vasitəsilə gedir. Hürgücün ikinci vəzifəsi də dəvəni səhranın qızmar günəşindən qorumaqdır.

      Dəvələrin səhrada suya ehtiyacı çox az olur. 40 dərəcəyə qədər istilikdə təxminən iki həftə susuz qala bilirlər. Burun mukozaları insana nəzərən 100 qat böyükdür. Bu sayədə nəfəs verərkən havada olan nəmin 2/3 -ni geri ala bilirlər.

      Bir dəvənin vücudundakı bütün suyun 22/100 -nin yox olması halında qarnı yığılır, əzələləri büzüşür, ancaq bu, onun performansına bir o qədər də təsir etmir. Lakin bir insan vücudundakı suyun 5/100-ni itirərsə görmə qabiliyyəti zəifləməyə başlar, 12/100 -ni itirərsə ölə bilər.

      Dəvələrin suzusluğa tab gətirə bilmələrinin səbəbi su itkisinin böyük bir qisminin tovxumalarındakı sudan olması, qandakı suyun çox da təsirlənməməsidir. Ancaq bütün bu xüsusiyyətlərə baxmayaraq siçanlar dəvələrdən daha çox susuzluğa tab gətirirlər. Bu məslədə zürafə də hər ikisiylə yarışa bilir.

      Yeri gəlmişkən dəvələrin digər bir xüsusiyyətindən də bəhs edək. Heyvanlar arasında təkcə dəvə, siçan və zürafə əvvəlcə sağ tərəfdəki ön və arxa əyaqlarını, sonra sol tərəfdəkiləri ataraq yeriyirlər. Yəni, sol-sağ şəklində deyil, sol-sol, sağ-sağ şəklində. Hətta şeirdəki əruz vəzninin ritmi Ərəbistan yarımadasındakı dəvələrin yürüş ritmindən meydana gəlmişdir.

       

            DƏRİMİZ OLMASAYDI NƏ OLARDI?

       

       

      Vücudumuzun həyati əhəmiyyət kəsb edən orqanlarını sayın desələr, dərimiz yadımıza da düşməz. Halbuki dərimiz vücudumuzun ən həyati əhəmiyyət kəsb edən orqanlarındandır. Dərinin əhəmiyyəti o qədər böyükdür ki, yanma nəticəsində ⅓ –nin yox olması , hətta ⅓ –nin yağlıboya ilə boyanaraq üzərindəki dəliklərin örtülməsi həyat üçün təhlükə yarada bilər. Bundan başqa dərimiz vücudumuzun ən böyük orqanıdır. Gənc bir insanın dərisi 4-5 kq ağırlığındadır və təxminən 7 m² sahəni əhatə edir.

      Dərimiz digər bütün orqanlarımızdan daha sürətli böyüyür və insan həyatı boyunca davamlı olaraq özünü yeniləyir. Davamlı özünü yeniləyən bu orqanın insan yaşlandıqca qırışmasının səbəbi isə altındakı əzələlərin gücünü itirməsidir.

      Dərimiz o qədər mükəmməl bir orqandır ki, kəsildiyi və ya yaralandığı zaman ətrafındakı sağlam toxuma hüceyrələri sürətlə çoxalaraq bu yaranı, ya da kəsiyi örtər. Kəsilən yerin iki tərəfi tikişlə bir-birinə yaxınlaşdırılarsa, örtüləcək məsafə yaxınlaşdığı üçün sağalma daha tez olar. Bəzən bu açıqlıq nə qədər örtülürsə-örtülsün aradakı toxuma kifayət qədər özünü bərpa etmədiyi üçün dərimizdə qalan bu yara izi ömür boyu vücudumuzda qalır.

      Dərimizin qalınlığı 1-4 mm arasında dəyişir. Ən qalın dərimiz ovcumuzun içində və ayaqlarımızın altında, xüsusən də dabanlarımızdadır. Əlləri ilə çalışan şəxslərin əllərində və ya ölçüsünə uyğun ayaqqabı geyinməyənlərin ayaqlarında mazollar yaranır. Bunlar dərinin çox sərtləşmiş şəklindən başqa bir şey deyildir. Göz qapaqları üzərindəki dəri isə vücudun ən incə dərisidir.

      Əgər vücudumuz dəri ilə örtülmüş olmasaydı yaşamağımız düşünülə bilməzdi. Dərimiz bizi yalnız istiyə, soyuğa qarşı deyil, eyni zamanda sürtünmələrə, nəmliyə, günəş şüasına, zərərli bakteriyalara və xaricdən gələcək təhlükələrə qarşı da qoruyur. Dərimizin hər tərəfində soyuq və istiliyi hiss etməyimizə yardım edən toxunmaların sayı 600000 –dən çoxdur.

      Dəri tərləmə yoluyla nəfəs alır, toksinləri artaraq vücudun hərarətini mühafizə edir. 1 sm² -lik dərinin səthində minlərlə tər dəliyi yerləşir. Hər gün buxarlanaraq dərimizdən çıxan tor orta hesabla təxminən 1 litrdir.

      Digər orqanlarımızdan fərqli olaraq dərimiz çox qısa zamanda aşınır. Səthdəki hüceyrələr bir neçə həftə ərzində ölür və yox olur, ancaq aşınan dərinin yerinə davamlı olaraq yenisi gəlir.  Heç başımızdakı kəpəyin haradan gəldiyini düşündünüzmü? Kəpəklər əslində dərimizin kiçik pulcuqlar halında parçalanıb düşməsindən başqa bir şey deyil.   

      • Hits: 687 clicks

      Tecox component by www.teglo.info