Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَمَا اَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِيرٍ ﴿30﴾

      ﴿31﴾وَمَا اَنْتُمْ بِمُعْجِزِينَ فِي الْاَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ 

      “Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər. Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır”. (əş-Şura, 42/30-31)

      Allah-Təala bu ayeyi-kərimədə insan oğlunun başına gələn hər bir fəlakətin və çətinliyin məhz onun etdiyi əməllər ucbatından meydana gəldiyini xəbər verir. Yəni insanın istər ətraf mühitə zərər verməsi, istər insanlara qarşı pis rəftar etməsi, istərsə də Allaha qarşı üsyan etməsi bu dünyada başına gələn müsibətlərin səbəbi ola bilər. Ayədəki “öz əllərinizlə qazandıqlarınız” ifadəsinə aydınlıq gətirən təfsirçilər insanın bir çox işi əlləri ilə gördüyü üçün burada əllərin xüsusilə vurğulandığını, lakin bunun hər cür əmələ şamil olduğunu bildirmişlər. Eyni zamanda, Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı” (Fatir, 35/45) ayəsində də xəbər verildiyi kimi, insanlara bütün günahlarının cəzası bu dünyada verilsəydi, yer üzündə heç bir canlı sağ qalmazdı və dünyadakı nizam-intizam pozulardı. Buna görə də “Allah (günahların) çoxunu əfv edər” buyurularaq bir çox günahların Allah tərəfindən bağışlana biləcəyinə və əsl haqq-hesabın axirətdə olacağına işarə edilmişdir.

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 117 clicks

      Tecox component by www.teglo.info