155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rəşad MANAFOV – RAŞMAN PƏNCƏRƏSİ

      Share

      İnsanın ağlına hər gün minlərlə fikir gəlir. Bu fikirlərin bir hissəsi yaxşı və faydalı, bir hissəsi isə faydasız, hətta zərərli ola bilər. Bir də insanın əməli var. Gün ərzində yerinə yetirdiyimiz əməllərimizin də bəziləri faydalı və xoş, bəziləri isə zərərli və iyrəncdir. 

      İndi gəlin bu iki məfhumu, yəni fikir və əməli düşünək. Görəsən, bu iki ifadə və əhatə etdiyi həqiqətlər bir-biri ilə əlaqəlidirmi? Görəsən, fikirlərimiz əməllərimizə necə təsir edir? Bütün bunları raşman pəncərəsində izah edək.

      Metin Kutusu: ƏZM Metin Kutusu: NİYYƏT Metin Kutusu: TƏFƏKKÜR Metin Kutusu: DÜŞÜNCƏ

       

                     
        Metin Kutusu: TƏFƏKKÜR
          Metin Kutusu: ƏMƏL
          Metin Kutusu: NİYYƏT
            Metin Kutusu: ƏZM
       
       
       

       

       

       

       

       

       

       

       

       

       

       

       

      Bu pəncərələrdən ilk dördündə cərəyan edənlər zehində və yaxud qəlbdə gizli şəkildə cərəyan edir, sonuncu isə zahirə daşır:

      - Düşüncə pəncərəsi. Hər gün insan zehninə on min, bəlkə də, bundan da artıq düşüncə gəlir. Hər gördüyümüz mənzərə, hər eşitdiyimiz səs və buna bənzər bütün duyğularımız vasitəsilə insan zehnində yüzlərlə düşüncə uçuşur. Biz bu mənzərələr, səslər vasitəsilə müxtəlif düşüncələrdə diqqətimizi sabitləyirik.

      - Təfəkkür pəncərəsi. Zehnimizdə sabitlənən düşüncələri daha da dərindən analiz etməyə davam edərsək, ilk pəncərədə görülən düşüncələri ikinci pəncərəyə qəbul etmiş oluruq. Artıq ilk pəncərədə olan bir damla düşüncə ikinci pəncərədə göl olmağa və bəlkə də dəniz olmağa başlayır.

      - Niyyət pəncərəsi. Dəniz halına gələn fikirlərimiz bizi o qədər məşğul edir ki, hardasa “gəmilərimiz” batacaq hala gəlir. Bu vəziyyətdə o dənizi sakitləşdirmək üçün niyyət dəryasından istifadə edirik. Belə ki, ikinci pəncərədəki bəzi fikirləri həyata keçirmək niyyətinə sahib oluruq.

      - Əzm pəncərəsi. Niyyət etmək əslində bir fikrin təzahür etməsi üçün sadəcə bir nöqtədir, nə başlanğıcdır, nə də son. Mücərrəd bir şəkildə niyyət etdiyimiz bir şeyi ortaya çıxarmaq adına planlar qurmağımız, ona səy göstərməyimiz artıq əzm pəncərəsinə gəldiyimizin işarəsidir. 

      - Əməl pəncərəsi. Son mərhələ əməldir. İlk pəncərədə ağlımıza gələn bir düşüncə damcısının okean olduğunu hiss etdiyimiz zaman onunla “ətrafımızı suya qərq etmək üçün” əmələ tökürük.

      Əslində insanlar hərəkətlərinin yalnız əməl pəncərəsində cərəyan etdiyini düşünərək aysberqin görünməyən hissəsinə laqeyd yanaşırlar. Bir insan qəsdən cinayət işlədiyi zaman bunun sadəcə bir “hərəkət” olduğunu düşünməklə yanlış edir. Bu bir hərəkət deyil, əksinə, böyük “səfər” və yaxud “yolçuluqdur”. Əməl bu yolçuluqda son dayanacaqdır. Bir dayanacaqda duran insan önündəki hər hansı bir avtobusa minmək yerinə özünə lazım olan avtobusa minməlidir ki, axırda yanlış ünvana getməsin. Elə bu misalda olduğu kimi, insan hər ağlına gələn (birinci pəncərədə görünən) düşüncənin arxasınca getmək yerinə doğrunu yanlışdan ayırmalıdır. Həqiqəti desək, ilk pəncərədə bizim insan olaraq müdaxiləmiz çox deyildir. İstər-istəməz insan zehni gördüyü, eşitdiyi, toxunduğu şeylərə meyl edəcək tərzdə yaradılmışdır. Buna baxmayaraq, ikinci pəncərədə insan faktoru çox mühümdür. İnsan ağlına gələn hər şeyi təfəkkür etmək məcburiyyətində deyildir. O sadəcə öz istəyi ilə bu və ya digər xüsusları zehnində böyüdə bilər. Təbii ki, mənfi bir örnək versək, şeytanın işi bizi mənfi hallarla məşğul etmək üçün – zehnimizin pis fikirləri dərindən düşünməsindən ötrü dayanmadan səy göstərməkdir. Biz isə buna mane olmalıyıq, çünki hər keçilən pəncərə şeytan tərəfindən işğal olunan bir qaladır. Bunun tam tərsinə, yaxşı fikirləri birinci pəncərədən ikinci pəncərəyə – nəfsimiz, şeytan və şər qüvvələr qarşı çıxsa da – dəvət etməliyik, ta ki, sonuncu pəncərəyə qədər onun getməsinə imkan yaradaq.

      Bunu da qeyd edək ki, Rəbbimiz bizləri öz mərhəməti ilə yaxşı əməlimizdə üçüncü mərhələ sayılan niyyət pəncərəsindən etibarən mükafatlandırdığı halda, günah, qüsur kimi mənfi vəziyyətlərdə isə sadəcə beşinci pəncərədən sonra cəzalandırır. Ondan sonra da tövbə qapıları ölümə qədər qapanmır. Bu, insanlar üçün çox böyük mərhəmət və lütfdür.

      Bir dəfə gördükdən sonra yenidən (harama) baxma. Çünki ilk baxış sizin lehinizə olsa da, ikincisi əleyhinizədir” hədisində böyük həqiqətlər vardır.

      İnsan inkişaf edərək ucalmaq və şərəf qazanmaq istəyirsə, təfəkkür pəncərəsinə heç bir pis düşüncənin girməsinə icazə verməməlidir ki, daha sonra niyyətə, sonra da ardından əzmə çevrilərək əməllə nəticələnməsin. Tam tərsinə, təfəkkür pəncərəsi hər zaman yaxşı düşüncələrə açıq olmalıdır. Gün ərzində, məsələn, on min düşüncə birinci pəncərədə peyda olursa, ikinci pəncərəyə daha dərindən təfəkkür etmək üçün sızdırılan düşüncə sayı bəlkə də yüz dənədir. Bu baxımdan: “Nə düşündüyünə diqqət et, çünki bu, davranışlarına çevrilir. Davranışlarına diqqət et, çünki bu, xarakterinə çevrilir. Xarakterini tənzimlə, çünki xarakterin qədərini formalaşdırır” sözü böyük bir həqiqəti əks etdirir.

       

       

      • Hits: 50 clicks

      Tecox component by www.teglo.info