Rəşad MANAFOV – QIYAFƏT ELMI VƏ FİZİOQNOMİKA

      Share

      "Fizioqnomika" termini yunanca: “physis-təbiət” və “qnomon-şərh” sözlərinin birləşməsidir.

       İslam ədəbiyyatında əsasən “fərasətnamə”, “qiyafətnamə” və buna bənzər başqa adlarla anılan elmlər sayəsində Yaradıcının insana yükləmiş olduğu müəyyən şəkil və quruluş qaydalarını (bədən, əllər, üz və kəlləni) diqqətə alaraq insanın əxlaqını, keçmiş həyatını və hətta müəyyən ölçüdə gələcəkdə qarşılaşa biləcəyi çətinlikləri, yaxud uğur yolunu  “oxumaq” mümkündür. Qiyafət elmindən istifadə edərək hər hansı bir insanı dəqiqliklə ifadə edəcək bütün xarakterini açıqlamaq çox çətin olsa da, bu sayədə insan haqqında bir çox fikir əldə etmək olar. Hacı Bəktaş Vəlinin “Oxunmağa ən çox möhtac olan kitab məhz insandır”  kəlamını mövzu ilə əlaqələndirəcək olsaq, bunu deyə bilərik ki, insanın hər bir üzvü bir səhifədir. Necə ki, hər hansı bir kitabın mənasını və nə ifadə etmək istədiyini bir səhifə oxuyaraq anlamağımız hər zaman doğru nəticə vermədiyi kimi, insanın bir üzvünə baxaraq yüz faizlik əminliklə onun xarakterindən danışmaq da doğru olmayacaqdır. Dolayısıyla insan adlanan kitabın bütün “səhifələrini”, yəni bütün üzvlərini bir-biriylə əlaqəli bir şəkildə oxumaq labüddür. 

      Rəbbimiz bizi yaradarkən müəyyən bir çöhrə və surət verərək hər birimizi özünəməxsus tərzdə şəkilləndirmişdir. Hər bir insanın büründüyü obraz və şəklinin onun xarakterinə təsir etdiyini bildirən Rəbbimiz bununla əlaqədar ayədə belə buyurur:

      “De: Hərə öz (yaradılış) şəklinə (qabiliyyətinə, xislətinə) görə iş görər”.(əl-İsra 84)

      İbn Kəsir təfsirində Həzrət Osmanın (r.a) bu sözü rəvayət olunur: “Hər hansı bir insan bir sirri gizlədərsə, Allah onu bu insanın üz xətlərində zahir olacaq “sözlərlə” açığa çıxarar”.

      İlk qiyafətnamə əsəri İmam Şafeiyə (h.150-204) aiddir. İkinci əsər Yaqub ibn İshaqa (əl-Kindi) aiddir. Bundan sonra İbn Sina (h.370-428), Muhamməd ibn Zəkəriyya Razi (h.240-320), Fəxrəddin Razi (h.544-606), Muhyiddin Ərəbi (h.544-606) kimi alimlər də bu mövzuda əsərlər yazmışlar. Ərzurumlu İbrahim Haqqının (1705-1771) Qiyafətnamə əsəri də böyük rəğbət görmüş əsərlər arasındadır.

      Hər bir insanın əlləri onun üzü kimi orijinaldır, yəni özünəməxsusdur. Əllərimiz bizim bir növ pasportumuzdur. Xüsusilə də baş barmağımız bənzərsizdir. Altmış dörd milyardda bir belə təkrarı nadir ola biləcək bir şəkildə qurulmuşdur. Ancaq insanın baş barmağının dərisi qopsa, bədəni yenidən baş barmağının dərisini olduğu kimi toxumaq üzrə dizayn olunmuşdur. Bütün bunlara baxmayaraq, insanın əllərini bəzi bənzərliklərini təməl alaraq qruplara ayırmaq mümkündür.

      Sol əlimizin cizgiləri sağ əlimizin cizgilərindən daha dəqiq məlumatlar ehtiva edir. Çünki sol əlimiz bizim qabiliyyət və potensialımızı göstərdiyi halda sağ əl bunlardan nə qədərini həyata keçirdiyimizi və yaxud keçirə biləcəyimizi göstərir. Başqa bir ifadə ilə, sol əl Yaradıcının bizə vermiş olduğu imkan, qabiliyyət və bacarıq xəzinəsini, sağ əl isə bu xəzinədən nə qədər yararlandığımızı ortaya qoyur. Məsələn, sol əldə səyahət cizgiləri bariz bir şəkildə göründüyü halda, insan səyahət etməmişsə, o zaman sağ əlimizdə səyahət cizgiləri görünməyəcəkdir. İnsan yaşlaşdıqca bu fərq (sağ əldəki cizgilərlə sol əldəkilər) daha bariz hala gəlir.

      Normal bir əlin uzunluğu insan vücudunun onda biri qədərdir. Biçim baxımından əllər 27 kateqoriyaya bölünür. Hər əl bir kitabdır. Bu kitabın səhifələri olan barmaqlar, dırnaqlar, cizgilər və xırda təpəciklərdə önəmli məlumatlar gizlənmişdir. Məsələn, normal şəkildə yan-yana dayandığında işarə barmağı ilə orta barmaq arasında bir az məsafə qalırsa, bu o deməkdir ki, bu əlin sahibi fikir azadlığına önəm verir, müstəqil fikirli insanlar olaraq onları hər hansı bir fikri qəbul etməyə məcbur edə bilməzsən. Orta barmaqla üzük barmağı yan-yana gətirildiyində aralarında məsafə qalırsa, o zaman bu insan qeyri-adi təbiətə sahibdir, həyatı olduğu kimi qəbul edir, gələcək dərdi ilə çox yanmır, tənbəlliyə də meyli vardır. Sərçə barmağı digərlərindən ayrı dayanan insan özgün və orijinaldır, asan bir şəkildə başqalarını müdafiə edə bilər, çəkinmədən mücadiləyə atılar.

      Əslində dua edərkən əllərimizin içini yuxarıya qaldırırıq, bu əsnada hər bir şəxs sağ əliylə sol əlini qiyaslayaraq Allahdan öz qabiliyyətinə uyğun olan şeyləri istəyə bilər.

       

      1. Həyat cizgisi
      2. Ağıl cizgisi
      3. Qəlb cizgisi
      4. Qədər cizgisi
      5. Günəş cizgisi
      6. Səhhət cizgisi
      7. İlham cizgisi
      8. Ay cizgisi
      9. Evlilik cizgisi
      10. Venus cizgisi
      11. Halqalar
      12. Nəsil cizgiləri

       

      Açıklama: C:UsersPCDesktopkıtablarşmfiziognomi sekillerTapScanner_20190514_162121_101.jpg

      Əldəki cizgilərdən yola çıxaraq insan ömrünün uzunluğunu, sağlamlıq səviyyəsini, ağıl və zəkasını, həyat macərasını və bir sıra başqa xüsusiyyətlərini açıqlamaq mümkündür. Bu bilikləri dəqiq bir şəkildə bir-biri ilə qarşılaşdıraraq oxuyan mütəxəssislərin insanlar haqqında dedikləri sözlərin əksəriyyətinin doğruları əks etdirdiyi bilinən bir həqiqətdir. Bunlar qeybdən xəbər vermək deyil, insanda var olan gizli xəzinəni oxumaq kimi anlaşılmalıdır.

       

       

       

       

      • Hits: 19 clicks

      Tecox component by www.teglo.info