Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

      Share

      Abdulqadir Gilani g - 12

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey oğul! Dünyadakı bütün himmət və səylərin yemək-içmək, geyinib-keçinmək, evlənmək, gözəl və rahat evlərdə oturmaq, var-dövlət yığmaqdan ibarət olmasın. Bütün bunlar nəfsin rəğbət etdiyi şeylərdir.

      Elə isə qəlbə məxsus himmət və səy nədir? Qəlbin himmət və səyləri Allahı aramaqdır. Onun rəğbət edəcəyi yeganə şey budur. Sənin himmət və rəğbət etməli olduğun, səy göstərəcəyin şey sənin üçün ən mühüm olandır, sənə əhəmiyyət verəndir, yəni Allah-Təaladır. O halda sənin əhəmiyyət verib rəğbət edəcəyin şey də Rəbbin və Onun qatında olanlardır”.

      Dünya əbədi həyatdan əvvəl bir müddətlik müvəqqəti qonaq olduğumuz imtahan məkanıdır. Həzrət Adəm u-dan tutmuş sonuncu insana qədər bir tərəfdən dolub, digər tərəfdən boşalan iki qapılı bir karvansaraydır. Son insan da imtahanını verdikdən sonra bu fani dünya öz funksiyasını itirəcək, böyük partlayış / qiyamət qopacaq. Hər kəs qazandıqlarını və itirdiklərini əməl tərəzisində görəcək, əməl dəftərində oxuyacaq.

      Allah-Təala qullarını sevir, onlara lütf edir. Çünki insanı yoxdan var etdi, məxluqatın ən şərəflisi qıldı. Onu cənnətinə dəvət etdi. Bu dəvətinə layiq ola bilməsi üçün də ona yardım edəcək peyğəmbər və kitablar göndərdi. İlahi qüdrət və əzəmətinə şahid və dəlil olaraq bu kainatı yaratdı. İnsana da bunları dərk edəcək ağıl və qəlb bəxş etdi. Təfəkkür edə bilənlər üçün bütün bunları iman açarı qıldı.

      Əgər qəlb nəfsani duyğularla zədələnməyibsə insanın bu kainat məktəbində gördüyü hər şey ona Haqq-Təalanın varlığını, birliyini, qüdrət və əzəmətini xatırladan “mərifətullah” dərsləri verməkdədir.

      Digər tərəfdən, Allah-Təala insana dünyanı anlamağa dair bir neçə damla elm də vermişdir. Onları kəşf edib istifadə edəcəyi ağıl bəxş etmişdir. Lakin elm də, ağıl da iki uclu bıçaq kimidir, xeyrə də, şərə də alət edilə bilər. Əgər ağıl vəhyin işığında mərhələ qət etmişsə, bu elm insanı mərufətullaha aparar. İlahi qüdrət axışlarının təfəkkürü ilə ruhu dərinləşdirər, qəlbi daima Allaha və axirətə meyl etdirər. Nəbatat, torpaq, su, hava belə bir ruhi dərinliyə dala bilənlərlə söhbət edər. Eynilə Yunus Əmrənin sarı çiçəklə söhbət etməsi kimi.

      Şeyx Sədinin dediyi kimi:

      “Ağıl sahiblərinin nəzərində yaşıl ağacların hər bir yarpağı bir mərifətullah divanıdır. Qafillər üçünsə bütün ağaclar bir yarpaq qədər deyil”.

      Haqq-Təalanın saysız-hesabsız ehsan edib qiymət verdiyi insan Rəbbini unudub ömrünü nəfsani arzuların ardınca tükədərsə, böyük nankorluğa düşmüş olar.

      Allah-Təala bu qəlbi insana zikr, fikir və şükürlə məşğul olub ilahi nəzərgah olması üçün vermişdir. İnsan qəlbini Allaha həsr edər, Rəsulullaha ram edərsə, iman, İslam və ehsanın məkanına çevirərsə, hüzur və aram tapar. Bunun əksinə, qəlbini fani dünya məhəbbətlərinə ram edərsə, dünyadan nə əldə edir-etsin, Quran dili ilə desək, “Əlləşib-vuruşmuş, (amma boş yerə) yorulmuş”[1] olar.

      Ataullah əl-İskəndəri g-in dediyi kimi:

      “Ya Rəbb! Səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?..”

      Allah-Təala insanın hələ dünyaya gəlmədən əvvəl ana rəhmində keçirdiyi mərhələlərə işarə edərək soruşur:

      “Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”. (əl-İnfitar, 6-8)

      Unutmayaq ki, son nəfəsdə, qəbirdə, qiyamətdə, hesabda, siratda, bir sözlə, əbədi həyatda bizə faydası toxunacaq olan: ilğıma bənzəyən fani sevdalar deyil, bu dünyada Rəbbimizə nə qədər qulluq edə bildiyimizdir. Onun rizası yolunda nə qədər səy göstərə bildiyimizdir.

      Dünyaya gələn hər bir fani kimi biz də axirət yolçusuyuq. Hər an bu səfərə hazır olmalıyıq. Ona görə də bir an əvvəl nəfsani ehtiraslardan uzaqlaşıb ruhani istedadları inkişaf etdirərək Rəbbimizə yaxın bir qul ola bilməyə cəhd göstərməliyik.

      Elə isə gündəlik həyatın dərdi-səri, maddi qayğıları, məişət qorxuları içində boğularaq əsas vəzifəmizdən qafil qalmamalıyıq. Tez-tez halımızı və gedişatımızı gözdən keçirməliyik. Özümüzə sual edək:

      “Biz bu dünyaya sadəcə yaxşı bir məkbətdən məzun olub diplom almaq, yüksək məqama yiyələnmək, sərvət toplamaq üçünmü göndərildik? Yoxsa həyatın təbii axışı içərisində bir vasitə edəcəyimiz bu pillələri qayəyə çevirmək qəflətinə sürükləndik?”

      Bu ayeyi-kərimənin xəbərdarlığı necə də dəhşətlidir:

      “…Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”. (ət-Tövbə, 24)

      Peyğəmbərlər, sələfi-salehin və onların izini təqib edən Haqq dostları əsas həyatın axirət həyatı olduğu şüuru ilə bütün cəhdlərini Allah yoluna sərf etmiş və bu fani dünyaya kiçicik bir iltifat nəzəri ilə baxmamışlar. Belə olan halda onlardan nümunə götürmək yerinə, sanki axirətsiz bir dünya xəyalına qapılaraq heç ölməyəcəkmiş kimi yaşamaq, qonaq olduğumuz dünyada yerli ədası ilə oturmaq necə də acı bir aldanışdır. Bir dəfəyə məxsus olaraq verilmiş ömür sərmayəsini bayağı arzuların ardınca düşərək hədər etmək necə də həzin bir əbədiyyət iflasıdır.

      İnsanın əsl dəyəri bu fani dünyada hansı arayış içində olduğundan və nəyin ardınca düşdüyündən aydın olur. Bu dünyada hədəf və arzuları sırf dünyəvi mənfəətlərdən ibarət olan bir insanın əsl dəyəri bunların Allah qatındakı qiyməti qədərdir. Bir hədisi-şərifdə bildirildiyi kimi; dünyanın Allah qatındakı dəyəri bir ağcaqanadın qanadı qədər də deyil[2]. Beləliklə, Allahın dəyər vermədiyi dünyanı daha qiymətli sayıb axirəti unudan adama Allah da dəyər verməz.

      Unutmayaq ki, dünyaya meyllə axirətə meylin daxili dünyamızdakı mücadiləsi son nəfəsə qədər davam edəcək. Dünyadakı nəsibimizi aramaqla yanaşı qəlbimizi daima axirətə yönəltməliyik ki, dünya ehtirasları qəlbimizi işğal etməsin.

      Ayeyi-kərimələrdə buyurulduğu kimi:

      “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (əş-Şəms, 9-10)

      Nəticə etibarı ilə Allah-Təalanın dəyər verdiyi, əsl izzət və şərəf sahibi olan bir insan qəlbini dünyəvi ehtiraslardan təmizləyən, onu maddənin köləsi olmaqdan qurtarıb mənəviyyatın, yəni iman, təqva və gözəl əxlaqın xəzinəsinə çevirə bilən kəsdir.

      Xülasə, biz bu imtahan aləminə dünyalıq qazanmaq üçün yox, axirətimizi qurtarmaq üçün gəldik. Ona görə də dünya ilə axirət arasında seçim qarşısında qaldığımız zaman qəlbimizin kompası daima axirəti göstərməlidir.

      Hikmət əhlindən biri necə də gözəl deyib:

      “Dünya qızıldan ibarət, amma fani olsa; axirət palçıqdan düzəldilmiş, amma əbədi olsa, ağıllı insan yenə də əbədi olanı fanidən üstün tutar. Bir halda ki bunun əksinədir: dünya palçıqdan və fanidir, axirətsə qızıldan və əbədidir, o halda nə etməliyik?!”.[3]

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey əhali! Allahdan layiqincə həya edin, qəflətə düşməyin. Ömrünüz keçir, zamanınız tükənir. Yeyə bilmək üçün ömrünüzün yetmədiyi qədər sərvət yığmaqla məşğulsunuz. Əlinizin çatmayacağı şeyləri arzulayırsınız. Yaşaya bilməyəcəyiniz binalar tikməklə məşğulsunuz. Bütün bunlar sizi Rəbbinizin hüzurundan uzaqlaşdırmasın!..”

      Həzrət Ömər t-ın xəlifəlik illərində bir çox ölkə fəth olunmuş, Bizans və İranın zəngin xəzinələri beytulmala axmış, əhalinin rifah səviyyəsi yüksəlmişdi. Lakin Hz. Ömər əvvəlki kimi zəruri ehtiyacını təmin edəcək qədər maaşla kifayətlənir, yamaqlı paltarını geyinib xütbə oxuyurdu. Onun bu halına tab gətirə bilməyən yaxınları qızı Hafsa anamızı elçi göndərib bir az imkanlarını artırmasını və rahat yaşamasını arzuladıqlarını bildirdilər.

      Hz. Hafsa səhabələrin bu təklifini atasına çatdırdı. Hz. Peyğəmbərin acından qıvranaraq qarnını doyuracaq bir şey tapmadığı günlərə şahid olan[4] Hz. Ömər t qızı Hafsadan soruşdu:

      – Qızım, Rəsulullahın yeyib-içmək və geyimdə halı necə idi?

      – Kifayət miqdarında idi, - cavabını aldıqda sözünə belə davam etdi:

      – İki dost (Həzrət Peyğəmbərlə Əbu Bəkr) və mən eyni yolda gedən üç yolçu kimiyik. Birincimiz (Həzrət Peyğəmbər) məqamına çatdı. Digəri (Əbu Bəkr) də eyni yoldan gedərək birinciyə qovuşdu. Üçüncü olan mən də dostlarıma qovuşmaq istəyirəm. Yüküm ağır olarsa, onlara çata bilmərəm. Olmaya sən bu yolun üçüncüsü olmamı istəmirsən?[5]

      Bir sözlə, hər mömin ruzisini halaldan qazanmaq üçün çalışmalıdır. Lakin ehtiyac olduğu qədəri ilə kifayətlənməyi və əlindəkinə qənaət göstərməyi də bilməlidir. Allahın haqqında təqdir etdiyi ruziyə razı olmalıdır ki, Allah da ondan razı olsun.

      Bunun əksinə, ehtirasa qapılaraq həddən artığına tamah etməkdən uzaq durmalıdır. Əgər Allah ehtiyacından artığını verərsə, onu da dəbdəbə və israf üçün özünə xərcləmək və ya xəsislik edib özü üçün yığıb saxlamaqdan çəkinməlidir. Ehtiyacından artıq olanı Allahın rizasını qazanmaq üçün infaq etməlidir.

      Ayeyi-kərimədə buyurulur:

      “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etmədikcə birrə (yəni qulluqda xeyrin kamalına) çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!”. (Ali-İmran, 92)

      Hər bir mömin bu ilahi həqiqət qarşısında özünün Allaha yaxınlıq dərəcəsini test etməlidir. Üstəlik özünü bu dünyada əmanətçi kimi görməli, dünya sərvətinin dünyada da qalacağını, axirətə isə dünyada qazandıqlarını necə əldə edib nəyə xərclədiyinin ağır hesabı ilə gedəcəyini unutmamalıdır.

      Zəmanəmizin materialist və kapitalist dünyasının qamçıladığı istehlak çılğınlığı, göstəriş düşkünlüyü, güc sərgiləmə həvəsi, təəssüf ki, insanları daha çox qazanıb çox xərcləmək üçün sanki yarış atları kimi çatlayana qədər çapmağa vadar edir. Çünki bu gün, demək olar ki, hər şeyin qiyməti maddiyyatla ölçülür. Bu isə ruhlara zəhər püskürür, vicdanları daşlaşdırır. Həmd, şükür, riza, qənaət, təvazökarlıq kimi hüzur mənbələrini qurudur.

      Halbuki qənaət və təvazökarlıq üzrə sadə bir həyat yaşamağın qazandıracağı qəlb hüzurunu heç bir maddi varlıq təmin edə bilməz.

      Bir gün səhabələr Hz. Peyğəmbərin yanında dünya nemətlərindən söz açdılar. Bu zaman Allah Rəsulu r:

      “Siz eşitmirsinizmi, siz eşitmirsinizmi? Sadə yaşamaq imandandır, sadə yaşamaq imandandır!” – buyurdu. (Əbu Davud, Tərəccul, 1/4161; İbn Macə, Zöhd, 4)

      Əhməd bin Hənbəl həzrətləri də belə deyir:

      “Mömin üçün az mal da kifayətdir. Ehtiraslı adama isə çox mal da kifayət etməz”.

      Çünki mömin əlindəkinə şükür edib, artığını infaq etdiyi üçün malının xeyrini və bərəkətini görər. Ehtiras sahibi isə xəsislik və israfı səbəbi ilə qorxu və təlaş içində narahat yaşayar. Çünki nəfsi doymadığı üçün gözü həmişə acdır.

      “İnsan oğlunun bir vadi dolusu qızılı olsa, bir vadi də olmasını istəyər. Onun gözünü torpaqdan başqa heç nə doydurmaz…”[6] hədisi-şərifi də ehtiras sahiblərinin bu ruh halını tərif edir.

      Unutmamaq lazımdır ki, dünya hərisliyi ruzini artırmaz, əksinə, qəlbin rahatlığını əlindən alar, mənəviyyatı zədələyər, malın bərəkətini çəkər. İnsan nə qədər həris olsa da qismətdən artığına sahib ola bilməz.

      Hədisi-şərifdə buyurulur:

      “Kimin əndişəsi axirət olarsa, Allah zənginliyi onun qəlbinə qoyar, işlərini dağınıqlıqdan qurtarar və dünya ona boyun əyər. Kimin əndişəsi dünya olarsa, Allah kasıblığı onun gözü önünə qoyar, özünü də dərbədər edər. Dünyadan da əlinə keçən yalnız ona təqdir olunan olar”. (Tirmizi, Qiyamət, 30/2465)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “İnsanlarla xoş rəftar etmək və dini hüdudlardan kənara çıxmamaq şərti ilə onlarla ünsiyyət qurmaq yaxşıdır, mübarəkdir. Lakin bu ünsiyyət və xoş rəftar ilahi hüdudları aşar və Allahın rizasına müvafiq olmazsa, o zaman fəlakət olar… Dinin hüdudlarını tapdamaq bahasına insanlarla xoş ünsiyyət qurmaq insana şərəf və izzət qazandırmaz…”

      İslam dini fərdiyyətçiliyi deyil, ictimailəşməni təlqin edir. İnsanlarla ünsiyyət qurub xoş rəftar etmək dinimizin tövsiyə etdiyi gözəl əxlaqdandır. Lakin bunun da bir sıra ədəb və normaları var. Çünki bir müsəlman insanlarla xoş rəftar edə bilmək naminə Allah-Təalanın hüdudlarından kənara çıxa bilməz. Mömin bilir ki, Xaliqə üsyan xüsusunda heç bir məxluqa itaət yoxdur.

      Rəsulullah r İsrail oğullarının necə pozulmağa başladığını belə xəbər vermişdir:

      “İlk dövrlərdə pis əməl işləyən birini gördükdə:

      “Allahdan qorx və bu hərəkətindən əl çək! Çünki bu, sənin üçün halal deyil!” – deyərək xəbərdarlıq edərdilər. Ertəsi gün həmin adamı eyni əməli işləyərkən gördükdə onunla yeyib-içmək, yanında otura bilmək üçün bir daha xəbərdarlıq etməzdilər. Məhz bu zaman Allah-Təala onların qəlblərini bir-birinə bənzətdi…” (Əbu Davud, Məlahim, 17/4336)

      Demək ki, fanilərin iltifat, rəğbət və təqdirini qazanmaq, yaxud onların qınağından qurtulmaq məqsədi ilə ilahi ölçülərə laqeyd yanaşmaq iman şüuru ilə uzlaşmaz.

      Ayeyi-kərimələrdə buyurulur:

      “Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur…” (əl-Fatir, 10)

      “…Şərəf-şan (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (əl-Münafiqun, 8)

      Dünyada izzət və şərəf qazanmaq üçün İslam düşmənlərinə yaxınlıq göstərmək və onları dəstəkləmək insanın Allah qatındakı etibarını yerlə yeksan edər. Hədisi-şərifdə buyurulur:

      “Münafiqə “əlahəzrət” deməyin. Əgər onu əlahəzrət saysanız, Əziz və Cəlil olan Rəbbinizin qəzəbini üzərinizə çəkmiş olarsınız”. (Əbu Davud, Ədəb, 83; Əhməd bin Hənbəl, V, 346)

      Yəni dünyəvi bir mənfəət üçün küfr əhlinə, münafiqlərə və ya fasiqlərə etibar göstərmək, iltifat etmək Allahın qəzəbini cəlb edər. Bu hal dünya mənfəəti üçün axirətdən vaz keçmək qəflətidir. Bir damla uğruna ucsuz-bucaqsız dəryanı fəda etmək axmaqlığıdır.

      Həzrət Ömər t-ın dediyi kimi:

      “İnsanların ən cahili başqasının dünyası üçün öz axirətini satandır. Yəni Allah rizası yerinə qulun rizasına meyl edəndir”.

      Mömin ilahi hüdudların tapdandığını bildiyi hər bir mühitdən qəti surətdə uzaq olmalıdır. Necə ki, hədisi-şərifdə də belə buyurulur:

      “Yalnızlıq pis yoldaşdan daha xeyirlidir…” (Hakim, III, 343; Beyhəqi, Şuab, 256/4993)

      Həzrət Mövlana bu həqiqəti bir təşbehində belə izah edir:

      “Allaha and olsun ki, pis ilan pis dostdan daha yaxşıdır. Pis ilan insanın canını alar. Amma pis dost insanı əbədi oda atar, yandırıb yaxar!..”

      Məlum olduğu kimi, insanın şəxsiyyət və xarakterinə ən çox təsir edən iki əsas güc var:

      1. Qazanc və qidasının halallıq dərəcəsi. Halaldırsa xeyrə, haramdırsa şərə sövq edər.

      2. Birlikdə olduğu, ünsiyyət qurduğu insanın mənəvi halı. Xeyirli insan xeyrə, şərli insan şərə aparar. “Misin yanında duran mis, hisin yanında duran his iyi verər” sözü də buna işarə edir.

      İmam Qəzali həzrətlərinin buyurduğu kimi; fasiqlərlə zahiri bərabərlik zamanla zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilir. Bu isə insanın addım-addım həlaka sürüklənməsi deməkdir.

      Çünki hallarda sirayət etmə xüsusiyyəti var. Kainatda alfa, betta, qamma, ultrabənövşəyi və s. şüalar olduğu kimi, qəlbdən də çıxan bir sıra gözəgörünməz şüalar var. Qəlbdən çıxan müsbət şüalara “feyz” və “ruhaniyyət” deyilir, mənfi şüalara isə “qəflət” və “qəsvət” deyilir.

      Saleh və sadiq möminlərdən daima feyz, ruhaniyyət və müsbət enerji sirayət edər. Buna görə də Allah-Təala belə buyurur:

      “Ey iman edənlər, Allahdan qorxun və sadiqlərlə bərabər olun!” (ət-Tövbə, 119)

      Bunun əksinə, din düşmənləri və fasiqlərlə bərabərlik isə fəlakətə səbəb olar. Bu xüsusda da ayeyi-kərimədə:

      “...Zalım tayfa ilə oturma!” (əl-Ənam, 68) buyurulur.

      Hədisi-şərifdə də:

      “Kim bir qövmü sevərsə, Allah-Təala onu həmin qövmlə həşr edər”, - buyurulur. (Heysəmi, X, 281)

      Müsbət və mənfi hallar hətta məkanlara da sirayət edir. Ona görə günah və üsyan işlənən məkanlardan və ilahi qəzəb təcəlli edən mühitlərdən də ciddi mənada uzaq olmaq lazımdır.

      Allah Rəsulu r əshabı ilə birlikdə Təbuk səfərinə gedərkən vaxtilə Səmud qövmünün həlak edildiyi Hicr bölgəsində qonaqlamışdı. Səhabələr oradakı quyulardan su doldurmuş və həmin su ilə xəmir yoğurmuşdular. Allah Rəsulu r onlara götürdükləri suyu boşaltmalarını, yoğurduqları xəmiri də dəvələrə yedirmələrini, yalnız Saleh u-ın dəvəsinin su içdiyi digər quyudan su götürmələrini istədi.[7] Sonra Rəsulullah r ridasını başına çəkib sürətlə həmin vadidən uzaqlaşdı.[8]

      Nə qədər ibrətlidir ki, aradan yüzlərlə il keçsə də, ilahi qəzəbin təcəlli etdiyi yer olduğu üçün bu gün də oradan keçənlər həmin su ilə dəstəmaz almazlar.

      İlahi qəzəbi cəlb edən haramların işləndiyi, ilahi hüdudların tapdalandığı məkanlardan belə bu qədər uzaq durmağımız istənirsə, bu gün həmin haramları və ya bənzərini işləməyə davam edən küfr əhli və ya fasiqlərlə ünsiyyətdən nə qədər uzaq durmalı olduğumuzu düşünək.

      Bu gün xüsusilə bəşəri münasibətlərdə “palaza bürün, ellə sürün” xəstəliyindən qurtulmaq vacib məsələdir. Müsəlman biri olaraq ölçümüzün cəmiyyətdə yayğın olan fikir və vərdişlər deyil, Allahın əmr və qadağaları olduğunu əsla ağlımızdan çıxarmamalıyıq.

      Allah-Təala bizə əshabi-kiramı örnək nəsil göstərir. Ayeyi-kərimələrdə “onlara gözəl şəkildə tabe olan”[9] ehsan sahiblərindən olmamızı təlqin edir. Elə isə öz halımızı içində həyat sürdüyümüz cəmiyyətlə deyil, əshabi-kiramla müqayisə etməliyik.

      İslama uyğun olan adət və ənənələr xüsusunda, əlbəttə ki, cəmiyyətə uymaq olar. Lakin İslama zidd xüsuslarda topluma uymaq, üstəlik qəflət çaşqınlığı içində “bunda nə var, hər kəs edir” deyərək Allahın razı olmadığı hallara riza göstərmək insanı haqq yoldan uzaqlaşdırar.

      Qeyd edəcəyimiz hadisə bu həqiqəti necə də gözəl ifadə edir:

      Səhabədən Abdullah bin Məsud t bir toy ziyafətinə dəvət edilmişdi. O nümunəvi səhabə toy evinə gələndə təqva həssaslığını zədələyən bir halla qarşılaşaraq içəri girmir. Ev sahibi nə üçün evə girmədiyini soruşanda bu cavabı verir:

      “Rəsulullah r -in belə buyurduğunu eşitmişəm:

      “Hər kim bir qövmün sayını artırarsa, onlardandır. Hər kim bir qövmün etdiyi işdən razı olarsa, həmin işi görənlərlə şərikdir”. (Bax. İbn Həcər, əl-Mətalibul-Aliyə, VIII, 319)

      Zəmanəmizdə mənəvi tərbiyə zəiflədiyi üçün təəssüflər olsun ki, dini əsaslara riayət edilməyən mühitlər çoxaldı. Bəzi müsəlman ailələrin toylarında qadın-kişi bərabərliyi, məhrəmiyyətə riayətsizlik kimi hallarla halal-haram hüdudlarının tapdandığını müşahidə edirik. Təbii ki, belə nöqsanlarla qurulan ailələrdə səadət olmur. Nə həzindir ki, cəmiyyətdə boşananların sayı günbəgün artır.

      Unutmayaq ki, Allaha nə qədər layiqli qul olsaq, ilahi yardıma o qədər məzhər ola bilərik.

      Allah-Təala ümməti-Muhammədə hüzur, səadət və dirilik, millətimizə də daim haqq və xeyirdə birlik və bərabərlik ehsan etsin.

      Amin!..

      [1] əl-Ğaşiyə, 3.

      [2] Bax. Tirmizi, Zöhd, 13.

      [3] Əbul-Abbas Əhməd bin Muhamməd İbn Acibə, əl-Bəhrul-Mədid fi Təfsiril-Quranil-Məcid, Qahirə 1419, II, 112.

      [4] Bax. Müslim, Zöhd, 36.

      [5] Bax. Əhməd, Zöhd, s. 125; Şəhbəndərzadə Əhməd Hilmi, Tarixi-İslam, I, 367.

      [6] Buxari, Riqaq, 10; Müslim, Zəkat, 116-119.

      [7] Bax. Buxari, Ənbiya, 17; Müslim, Zöhd, 40.

      [8] Bax. Buxari, Salət 53, Ənbiya 17, Təfsir, 15/2; Müslim, Zöhd 38-39.

      [9] Bax. ət-Tövbə, 100.

      HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

      • Hits: 69 clicks

      Tecox component by www.teglo.info