155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU - ƏCƏL PƏRDƏSİNİ YIRTANLAR

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

       “(Əcəl pərdəsinin qalxması ilə cənnətin ehtişamını seyr edən Həbibi-Nəccar) dedi: “Kaş qövmüm Rəbbimin məni bağışladığını və məni hörmət sahiblərindən etdiyini biləydi!” (Yasin 26,27)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       Ölüm müəmmasının bu həqiqətdən bixəbər olanlar tərəfindən hər şeyin sonu olacaq dəhşətverici bir aqibət kimi təqdim olunması  əzəldə vermiş olduğu qulluq əhdini sədaqət meydanında təsdiq etmək üçün göndərilən Adəm övladlarının əbədi səadəti üzərinə çəkilən bir zillət pərdəsinə çevrilməkdədir.  Hamını haqlayacaq əcəl pərdəsinin ardındakı mövcudiyyəti ağıllarına sığdırmaqda çətinlik çəkənlərə ölümün yaşatmış olduğu bu rəzalət dünya həyatını dəyərləndirmə nöqteyi-nəzərindən insanı tam bir aldanışa sürükləməkdədir. Bu aldanış və inkarın nəticəsi olan əxlaqsız həyat tərzinin yayılması, millətlərin və ölkələrin çirkin niyyətlərin güdazına verilərək maddi və mənəvi virana uğradılması, hər nə qədər dünyada görünməsə də, əcəl pərdəsinin ardında haqq olan cəhənnəmin çirkin surətləridir. Bunun əksi olan iman və onun gətirmiş olduğu gözəl sözlər və əməllər isə pərdə arxasındakı cənnətin gözəl surətləridir. Hər bir kəsin cənnət rahatlığının və ya cəhənnəm əzabının hazırlanmış olduğu müvəqqəti dünya evindən axirətin əbədi səadət və ya dəhşət bəxş edən səhnələrinə əcəl pərdəsini yırtaraq müşahidə pəncərələri açmamız bu qədər önəmlidir. Lakin  bu pəncərələrin açılması o qədər də asan məsələ deyil. Çünki əbədi və əzəli müəmmaları, bu məsələlərdən İlahi iznlə xəbərdar olan peyğəmbərə və onun sadiq davamçılarına könül varisi, könül həmdəmi, könül sirdaşı olmaqla anlamaq və yaşamaq  mümkündür. Bu istiqamətdə önəmli çalışmaları ilə seçilən Abdulqadir Gilani həzrətləri mənəvi təkamülün ilk addımlarını belə dəyərləndirir:

      “Hər şey Allahı zikr etməklə başlayar. Zikr duyğusu qəlbdə yerləşincə məqsəd yerinə gəlmiş olar. Hər kəs Haqqı zikr etdiyi qədər Onunla bərabərlik ehtişamına nail ola bilər. Bu səbəbdəndir ki, böyüklər  əvvəldə də, son nəfəsdə də  daima Allahı (c.c) anarlar. Bu şəkildə Rəblərini anmaları onların mənliklərini təmizləyər, iç aləmlərini tutmuş bütün pisliklərini əridərək yox edər. Haqdan qeyri hər şey mənliklərindən silinərək qeyb olar. Hər yerdə, hər məkanda Haqqın əzəmət təcəllilərinin müşahidəsi baş qaldırar”.

      Mənəvi təkamül insan övladının fitri istedadları sırasında önəmli bir mövqe tutmaqdadır. Bu istedadın insan övladının qəlb aləmində layiq olduğu mərtəbəyə yüksəldilmə ehtiyacı İbrahim Haqqı həzrətlərinin zahid-arif müqayisəsində necə də incəliklə izah edilmişdir:

      Övladım! Bil ki, zahid söylədiklərinin mərtəbə etibarı ilə aşağısında, arif isə onların üstündədir. Çünki arif mərifətullahdan başqa söz söyləməz, susması da ən gözəl sözüdür. Zahid axirəti, arif isə Rəbbini istəyər. Zahid nəfsi, arif isə Allah (c.c) ilədir. Zahidin zikri dili ilə, arifin zikri isə qəlbi və canı ilədir. Zahidin qəlbi səbəblərlə pərdəlidir, arifin ruhu isə Allah (c.c) ilədir. Möminin baxışı Allahın (c.c) nuru ilə, arifin baxışı isə Allah (c.c) ilədir. Mömin Allahın (c.c) ipinə tutunmaqda, arif isə Allaha (c.c) tutunmaqdadır. İnsanlar nəfslərinə bağlıdırlar, nəfs isə ilahi qapının pərdəsidir. Arif isə cismini ruhuna, ruhunu da Rəbbinə fəda etmişdir. Heç Allahdan (c.c) başqa hər şeydən imtina edib yüksəklərə çıxan, Rəbbinə yaxınlıq havasını dadaraq ünsiyyət və hüzur məclisinə varan könül Haqdan qafil olub (Ona pərdə olan) yaradılmışlara meyl edərmi?”

       Əlbəttə ki, yox! Bu əbədi həyatın eniş və yoxuşlarını bürümüş olan qəflət pərdələrini sahib olduqları İlahi nurla yırtma və həqiqəti ümmətə göstərmə səlahiyyətinə malik arifi-billah olan mürşidlərə nə qədər də ehtiyacımız var. Bu ehtiyacın tam da nəbzini tutanlara, həsrəti ilə qovrulanlara yönələn Abdulqadir Gilani həzrətləri belə buyurur:

       “Qurtuluşa nail olmaq istəyənlər təsəvvüf rəhbərlərinin ayaqlarının altına torpaq olsunlar! Bu böyüklərin üstünlükləri nədir deyə soruşsan, bil ki, onlar dünyanı da, yaradılmışları da tərk etmiş kimsələrdir. Ərşdən yerin dibinə qədər, göylərdə və yerlərdə dünyaya və dünya əhlinə aid nə varsa, onların hamısı ilə vidalaşmışlar. Onlar elə bir vida etmişlər ki, əsla geri dönməzlər. Onlar hər hallarında yalnız Rəbləri ilə varlıq qazanan kimsələrdir”.

       Rəbbimiz cümləmizi qəlblərin qurtuluş azuqəsi olacaq mərifət sevdasını Hz. Xızır əleyhissalamın duası ilə istəmə həsrətinə bürüdüyü mümtaz qullarından eləsin: “Ey Hayy, ey Qəyyum, ey Özündən başqa ilah olmayan! Səndən daimi olaraq qəlbimi mərifətinin nuruyla əhya etməni niyaz edirəm”. Amin! Top of Form

       

      Nur düşər qəlbinə,açılar bir pəncərə,

      Açılar kölgələr gerçəyə pərdə-pərdə.

      Anlarsan ki, bu aləm əslində bir sərabmış,

      Səni qovuran həsrət “Allah”a qovuşmaqmış.

      (M.Yazıcıoğlu)

          

       

       


       

       

       

      Top of Form

       

       

      • Hits: 186 clicks

      Tecox component by www.teglo.info