155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mərhəmətin Qaynaği - Rəhman Allah / Lokman Helvacı

      Share

      Mərhəmət lüğətdə belə tərif olunur: Halına acımaq, əsirgəmək, qorumaq, sevgi göstərmək, yardım etmək. İnsanı başqalırına xeyirxahlıq və yardım etməyə yönəldən acıma duyğusu.

       Mərhəmət bütün məxluqata sevgi ilə yanaşma, onları pisliklərdən qorumaq və xilas etmək, çıxılmaz vəziyyətdə olanlara yardım etmək, bağışlamaq kimi müsbət davranışların əsas səbəsidir.

      Mərhəmət deyildikdə zehnimdə bunlar canlanır:

      Az-çox mərhəmət hisslərimiz varsa bu duyğuları bizə əks etdirən mütləq mənada mərhəmət sahibi vardır. O da rəhmətim qəzəbimi keçdi deyən, rəhməti hər şeyi içinə alan (Əraf, 156), mərhəmətlilərin ən mərhəmətlisi (Əraf, 151), mərhəmət edənlərin ən xeyirlisi (Mümin, 109), hər gün beş vaxt dəfələrlə ər-Rəhmanir-rəhim (Fatihə, 2) deyə yalvardığımız Allahdır. Əgər bizdə mərhəmət duyğusu varsa, mütləq ondan yansımışdır. Əgər bağışlaya biliriksə, o da bizi bağışlayacaqdır. Ya da “Bağışla, Rəbbim!” deməyə üzümüz olacaqdır. Çünki aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya 107) dediyi nəbisi rəhmət peyğəmbəri (s.ə.s) “mərhəmət etməyənə mərhəmət olunmaz” (Buxari, Ədəb 18), “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz” (Müslim, Fəzail,66) buyurur. “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər (Allah və mələklər) də sizə mərhəmət etsin” (Əbu Davud, Ədəb, 58; Tirmizi, Birr, 16) hədisi-şərifi nə qədər də mənalıdır. Mərhəmət sifətilə bəzənmək hamımız üçün çox zəruridir. Əslində biz özümüz mərhəmət etməyə möhtacıq.

      Rəhman və Rəhim adlarının Quranda Allah və Rəb adlarından sonra ən çox zikr olunan adlar olması Allahın mərhəmətinin çoxluğunu göstərir.

      Hz. Peyğəmbər (s.ə.s) mövzu ilə əlaqəli belə buyurur: “Allah mərhəmətini yüz hissəyə ayırdı. Doxsan doqquz hissəsini dərgahında saxladı, bir hissəsini isə yer üzünə endiridi. Məhz bu bir parça rəhmət səbəbilə məxluqat bir-birinə mərhəmət edər. Hətta balası olan bir heyvan onu incitməkdən qorxaraq ehtiyatla davranar.” (Buxari, Ədəb, 19; Müslim, Tövbə, 17)

      Gördüyümüz kimi mərhəmət şəfqət və sevgidən qaynaqlanan və bütün məxluqata qarşı canlılarda meydana çıxan qeyri-iradi bir duyğudur. Elə bir duyğudur ki, Rəbbimizin bağışlamasını cəlb edər. Bu xüsusda heyrətamiz bir hadisə hədisi-şərifdə bəhsi keçən pis yola düşmüş bir qadının susuzluqdan ölmək üzrə olan bir itə su verdiyi üçün Allah tərəfindən bağışlanmasıdır. (Buxari, Şurb, 9, Ədəb, 27; Müslim, Salam, 153, Cihad, 44) Bunun əksi olan bir davranış da ilahi qəzəbi cəlb etmişdir. Peyğəmbər (s.ə.s) bunu da belə xəbər verir: “Pişiyini aclıqdan ölməyə məhkum edən mərhəmətsiz bir qadın bu hərəkətinə görə cəhənnəmə atılmağa layiq oldu” (Buxari, Ədəb, 18, 27; Müslim, Fəzail, 65)

      Hz. Ömər b. Xəttabın rəvayət etdiyinə görə Rəsulullah (s.ə.s)-in hüzuruna bir qrup əsir gəlmişdi. İçlərində əmzikli bir qadın vardı. Balasını sinəsinə basmış və dərin şəfqətlə onu əmizdirirdi. Bu şəfqət lövhəsini gördükdə Rəsuli-Əkrəm (s.ə.s): - Bu qadın uşağını oda atarmı? – deyə sual etdi. Biz də: - Yox, vallahi atmaz – dedik. Rəsulullah (s.ə.s): “Allah qullarına bu qadının övladına olan şəfqətindən daha mərhəmətlidir.”

      Aldığımız nəfəsdən yediyimiz yeməyə, içdiyimiz suya qədər hər şey onun rəhmətinin təcəllisidir. Bizi ona dəvət edən peyğəmbərlər, gətirdikləri kitablar da onun bizə olan mərhəmət və şəfqətinin nəticəsidir.

      Rəhman və Rəhim olan Allahım! Biz qullarında mərhəməti geçici hal deyil, xarakter olaraq bərqərar et. Sənin xətrinə yaratdıqlarının hamısına mərhəmət edəcək qəlbi səviyyə qazandır. Qeyri-müslimlərə dəxi hidayət lütf edərək mərhəmət eylə. Biz inananları da hidayətdə sabitqədəm edərək rəhm eylə....    (Amin)

       

      • Hits: 1068 clicks

      Tecox component by www.teglo.info