Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

       “Zeytun Budağı” əməliyyatında Azərbaycana jest

       

      Suriyanın Afrin bölgəsində terrorla mübarizə əməliyyatlarına başlayan Türkiyə ordusunun əsgərləri Azərbaycana qeyri-adi jest ediblər. Məlumata görə, bu barədə sosial şəbəkələrdə foto-şəkil paylaşılıb. Türk əsgərləri terrorçuların üzərinə atacaqları raketlərdən birinin üstünə “Azərbaycan Qarabağ”,  başqa bir raketə isə "Qarabağ Türkdür, Türk Qalacaq" yazıblar. Həmin foto-şəkillər sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.

      Qeyd edək ki, bundan əvvəl də Türkiyə ordusunun raketlərin üstündə müxtəlif  əməliyyatda şəhid olan hərbçilərin adlarını və aforizmlər yazması barədə fotolar sosial şəbəkələrdə paylaşılmışdı.

      Xatırladaq ki, Türkiyə ordusu 2018-ci il yanvarın 20-dən Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi PKK/YPG/KCK və İŞİD terrorçularını zərərsizləşdirmək və onları Türkiyə sərhədlərindən uzaqlaşdırmaqdır.

       

      Azərbaycanın Həcc kvotası yenidən artırıldı 

       

      Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. Məlumata görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 2000-ə qaldırılıb.

      Xatırladaq ki, bundan əvvəl Azərbaycanda Həcc kvotasının 600 olduğu açıqlanmışdı.

      Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu artıq başlayıb. Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

       

       

       

       

      Müsəlmanlar Avropada sürətlə çoxalır 

       

      Müsəlman əhali Avropada sürətlə çoxalır. Bu barədə məlumat Vyana universiteti din tədrisi professoru Ednan Aslanın “Avropadakı müsəlman miqrantların dini və etnik təmayülləri” adlı araşdırmasında öz əksini tapıb.

      Araşdırmaya görə, miqrant kişilərin 70%-i 5 vaxt namazı qılır, qadınların isə 62%-i namazlarını qılmağa səy göstərir. Qadınların 66.3%-i hicablıdır və 44.3%-i kişilərlə əl verib görüşmür. Miqrantların 49.8%-i dinin Avropadakı gündəlik həyatlarında, öz ölkələrindəkindən daha böyük rola malik olduğunu deyiblər. Həmçinin 47.8%-i İslam dininə islahatçı yanaşmanın dinin gələcəyi üçün təhlükəli olduğunu hesab edir.

      “Zero Hedge”nin xəbərinə görə, bu nəticələr  Avropadakı müsəlmanların dindar olduğunu və öz dinlərini qədim qitədə yaymaq məqsədi daşıdıqlarını göstərir.

       

      Qəbələ 2020-ci il üçün İslam turizm paytaxtı seçilib 

       

      Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm paytaxtı seçilib. Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib. Qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında verilib.  Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.

      • Hits: 63 clicks

      Tecox component by www.teglo.info