Borçalida Peyğəmbər Sevgisi / Emin Şekerci

      Share

      2000-ci il, yeni əsrin başlanğıcı... Adət-ənənəyə, imana qarşı sevgisini ifadə edən hər kəs Marneul rayonunun Kosalı kəndinə toplaşmışdı. Külüngün torpağa vurulmasıyla qurbanlar kəsilməyə başladı. Sanki bu günləri o zamandan görürdülər. Azana və Qurana olan susamışlıqları o gündən bəlli idi.

      Dünənki gün kimi xatırladığımız o günlərdən artıq altı il keçdi. Azan səsləri, balacaların oxuduğu Quranın sədaları heç susmadı. Məzunları olan kəndlərdə də azanı susmağa qoymayan gənclər yetişdi. Hər il heç yorulmadan İbrahim peyğəmbərin sünnəti olan sünnət mərasimləri də fasiləsiz olaraq davam etdi.

      Qısa bir tarıxçədən (6 il) sonra Qırmızı Körpüdə (İkinci Kosalı Məktəbində) canfəşanlıq müşahidə olunurdu. Səbəbi aləmlərin sulatanı, yetimlərin hamisinin dünyaya təşrifinin qeyd olunacağı “Mübarək Doğum”la əlaqəli proqramın hazırlıqları idi. Hələ bir ay əvvəldən hazırlıqlar başlamışdı. Hazırlıq prosesində maddi və mənəvi dəstəyini bizdən əsirgəməyən GYF prezidentinə (Ahmet Tecim bəy), TİKA Ümumi Koordinatoru Aytəkin bəyə minnətdarıq. Aprel ayı olduğu üçün yağış ara vermirdi. Biz də o gün havanın necə olacağını düşünürdük. Həmin günsə hava açıq və günəşli idi, yağışdansa əsər-əlamət yoxdu.

      2007, Aprelin 22-si (bazar günü) hər şey hazır vəziyyətdə gələn qonaqları gözləyirdik. Ən uzaq kəndlərdən belə Rəsulullah aşiqləri axın-axın gəlməyə başlamışdı. O əsnada yanıq səsli Etibar müəllimin bizi ilahi dəvətə çağırdığını eşitdik. Azanı eşidib axın edən insanları gördükdə o günə qədər görmədiyimiz mənzərəylə qarşılaşdıq. Məscid gələn insanlarla dolmuşdu.       

      Calga, Karacala, Karaçöp,Gardabani(Kosalı-Vayofka-Nazarlı), Tiflis,Marneul (Hihani-Şulaver Daştəpə), Səfərli, Sadaxlı, Muğanlı, Lejvedin, 2-ci Kosalı,1-ci Kosalı, İlməzli, Keşəli, Kəpənəkçi kəndlərindən 1350 nəfərlik qonaqlarımız bu günə şahidlik etdilər. Gürcüstanda yaşayan bütün müsəlmanlara qucaq açan, onları bağrına basan məktəb kolektivimiz və tələbələrimiz onlardakı iman eşqini coşdurmaq üçün əlindən gələni etdi.

      Allahın müqəddəs kəlamıyla proqramımız başladı. Allaha və Rəsuluna olan sevgi və həsrət qəsidələrə, beytlərə, ilahilərə yansıdı. Göz yaşlarına sahib ola bilməyən Haqq aşiqləri mənəviyyatla dolu bir gün yaşadılar. Tədbirdə fərqli simalar gördük. Yüz yaşını keçmiş ağsaqqallar, balacalar, qadınlar və kişilər məmnuniyyətlərini ifadə edərək dualar etdilər. Quranla başlayan və Quranla sona çatan proqramın sonunda bütün qonaqları işçilərimizin səyləri ilə hazırlanan kiçik ziyafət süfrəsinə dəvət etdik. Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə (Məşədi Əli əfəndi) həyata keçən bu gözəl günü qəlbimizdə canlı yaşatmaq ümidi ilə neçə bayramlara…

      • Hits: 754 clicks

      Tecox component by www.teglo.info