Xanimlarin Diqqətinə / Gülşen Kavallı, Mədinə Əliyeva

      Share

      Xanımların vaxtlarının çox hissəsini keçirdiyi yer mətbəxdir. Xanımlar öz bacarıq  və qabiliyyətlərini mətbəxdə göstərirlər. İşlərinin daha zövqlü olması üşün bir çox vasitələrdən istifadə edirlər.

       Mətbəx işi incəlik, zəriflik və bacarıq tələb edən işdir. Bu səhifədə mətbəxlə bağlı bəzi faydalı məsləhətlər verəcəyik.

       

      Əti sudan keçirsəniz istər qızartma istərsə, də sobada bişirin öz suyu içində qalar.

      Qaynadarkən yumurtaların çatlamamasını istəyirsinizsə suya bir miqdar sirkə tökün.

      Az miqdarda kəklikotu və nanələrdən maksimim ətir və ləzzət almanın yolu onları işlətmədən əvvəl həvəngdəstədə yaxşıca əzdikdən sonra yeməyə qatmaqdır.

      Alüminium qabları bir az sirkəli suda qaynatsanız parlatmaq daha asan olar.

      Bəlkə də heç eşitmədiyiniz bir təcrübə, mütləq sınaqdan keçirin! Şüşələrinizi silərkən suyun içinə bir az duz qatsanız, şüşələriniz həm asan təmizlənər, həm də parıltılı olar. Sonra isə şüşədə qalan ləkələri kağız və ya qəzet parçasıyla silsəniz güzgü kimi parladığının şahidi olacaqsınız.

      Xırda şüşə qırıqlarını təmizləmək üçün pambığı isladıb qırıqların üstündə gəzdirin.

      Kəsik limonu sirkəyə batırın:  Mətbəxdə limondan istifadə zamanı bəzən ehtiyac azlığından kəsilmiş yarım limonlar bir neçə gün ərzində xarab olur. Bunun da qarşısını almanın asan yolu var. Limonların qurumaması üçün kəsik yerini kiçik qaba tökülmüş az miqdarda sirkəyə batırın! Belə etsəniz limonunuz uzun müddət qurumadan qalar.                          

       

        Limon suyu qazanın qaralmasınının da qarşısını alır. Bu gün mətbəxlərə artıq polad qazanlar girməyə başladı. Ancaq qiymətinin baha olması səbəbilə hələ də bəzi mətbəx xanımlarının xəyal məhsulu olan bu qazanlar ailələr tərəfindən təmin oluna bilmir. Alüminium qazanda isə düyü, lobiya, mərcimək və bu kimi ərzaq məhsulları bişirərkən qaralmalar müşahidə olunur. Bunun qarşısını almaq üçün ərzağı bişirdiyimiz suya iki-üç damcı limon suyu əlavə etmək kifayətdir.

       

       Demək olar ki, bütün qadınların ortaq şikayət nöqtəsi var. Bu da əllərindən gələn soğan və sarımsaq qoxusudur. Əllərə hopmuş bu inadçı qoxudan xilas olmanın bəsit bir yolu var. Əllərinizi hər gün işlətdiyiniz diş məcunu (pastası) ilə ovalayaraq yudunuzmu heç? Əgər təcrübə etmədinizsə bunu yoxlayın! Nəticədən razı qalacaqsınız.  

          

      Portağal (Qızıl alma)

                                          

       İlk çağların "qızıl alması" olaraq adlandırılan portağal qış fəslinin ən dəyərli meyvələrindən biridir. İstifadə olunmasına görə almadan sonra ikinci yeri tutan portağal, süfrələrə bəzək, xəstələrə şəfadır.

       Portağal şirəsi də meyvəsi kimi çox istifadəsinə görə digərlərindən fərqlənir.  Xoş ətrinə görə portağalın qabıq, çiçək və yarpaqlarından ətriyyat sənayesində uçucu yağlar əldə edilir. Bəzi dərmanların tərkibində işlədildiyi kimi şəkər sənayesində də geniş istifadə olunan portağalın vətəni Çindir.

      Qida yönündən əvəzsiz olan potrağal kalsium, maqnezium, C və B vitaminləri ilə zəngindir. C vitamini orqanizm tərəfindən təmin olunmadığı üçün onu ayrıca qəbul etməliyik. Bu vitaminə olan gündəlik ehtiyacımız 50-70 milliqramdır. Bir poirtağalda isə 90 millqram C vitamini vardır.

      Portağalın faydalı yönlərindən, xüsusilə də orqanizm üçün hansı sahədə yararlı olduğundan qısaca bəh edək: 

      Soyuqdəymə və qrip zamanı yüksək temperaturu aşağı salır.

      Şəkər xəstələrinə faydalıdır. Potağal qabığından hazırlanan dərmanlar isə mədə xəstəliklərində istifadə olunur.

      Damar xəstəliklərinin qarşısını alar.

      Qanın durulmasında və təmizlənməsində faydalıdır.

      Həzmi asanlaşdırır.

      Qaraciyərin yaxşı işləməsində portağal mürəbbəsi müsbət təsir  göstərir.

      Çiçəklərini qaynadaraq içmək sancıların, damar sərtliyi və iflic xəstəliyinin qarşısını alır.

      Qabığında olan uçucu maddənin xərçəng xəstəliklərində (xüsusilə mədə xərcəngində) çox faydallı olduğu bildirilmişdir.

      Tərkibindəki zəngin vitaminlərlə qanı təmizlədiyi üçün, dərinin quruyaraq qırışmasının qarşısını alır.

      Folik Asit maddəsi ilə zəngin portağal meyvələri hamiləlik dövründə (xüsusilə də ilk üç ayda) çox qəbul olunmalıdır. Bu maddə yeni doğulacaq körpələrdə bəzi anormallıqların olmasını əngəlləyir.

      Uşaqların xəstəliklərdən qorunması və onlarda gedən fiziki inkişaf prosesinin qüsursuz başa çatması üçün də portağal meyvəsi əvəzsizdir.

      Əslində tərkibində iyirmidən çox faydalı maddə olan portağal meyvəsi müalicəvi əhəmiyyətinə görə apteklərdə satılacaq dərman bitkisidir. Sağlam həyat sürmək üçün il ərzində portağaldan çox istifadə etməliyik.

       

      PORTAĞALLI QURABİYƏ

       

       

      ·       Bir stəkan (250 qr.) ərinmiş marqarin yağı;

      ·       İki yumurta;

      ·       Bir stəkan (250 qr.) şəkər tozu;

      ·       Bir ədəd rəndələnmiş portağal qabığı;

      ·       Bir paket qabartma tozu;

      ·       Kifayət qədər un;

      ·       Fındıq və ya qoz içi;

      ·       Bir yumurta sarısı (üstünə çəkmək üçün);

       

      Hazırlanması:

       

      1.    Yumurtayla şəkər tozu çalınır. Üzərinə 1 stəkan portağal suyu əlavə edilir. Sonra əridilmiş yağ, çəkilmiş  portağal qabığı, qabartma tozu və un əlavə edilərək qarışdırılır.

      2.    Yumuşaq xəmir hazırlanır. Xəmirdən qoz böyüklüyündə kiçik kündələr hazırlanaraq yağlanmış listlərə müxtəlif formalarda düzülür.

      3.    Üzərinə yumurta sarısı çəkilərək, sobada 200 Co, 15 dəqiqə ərzində bişirilir.

       

      Əlavə məlumat:

       

      Şirniyyatların hazırlanmasında lazım olan rəndələnmiş portağal qabığı, şəkər tozu ilə birlikdə qarışdırılır, şüşə qaba qoyularaq ağzı bağlanır və bir müddət soyuducuda saxlanılır.

       

      • Hits: 823 clicks

      Tecox component by www.teglo.info