Ceyhun Rüstəmov- EHRAM və QADAĞALARI

      Share

      Bir çoxumuz Kəbə ilə yanaşı həmin bölgəni ifadə etmək üçün Məscidi-Həram, Həram bölgəsi kimi ibarələri dəfələrlə eşitmiş və oxumuşuq.

       Burada həram bölgəsi və ehram qadağaları haqda məlumat verəcəyik.

      Həram bölgəsi nə deməkdir?

      Məkkə və ətrafında bitkiləri kəsməmək, yaşıllığına toxunmamaq və ov heyvanlarına zərər verməmək və canlılarına toxunmamaqla Hz. Cəbrayılın təlimi ilə Hz. İbrahim tərəfindən müəyyənləşən daha sonra Hz. Peyğəmbər (s.ə.s) tərəfindən təsdiqlənmiş olan bölgədir. Məkkə əhalisi həcc üçün Həram ərazisində, ümrə üçün isə bu sərhədlərin xaricinə, yəni Hill bölgəsinə ən yaxın olan Tənim və ya Ərəfata çıxaraq ehrama girərlər.

      Hill bölgəsi

      Həram bölgəsi ilə Miqat ərazisi arasındakı bölgədir. Bu bölgədə yaşayanlar olduqları yerdən ehrama girərlər.

      Afaq bölgəsi

      Həram iləHill bölgələrinin xaricindəki yerlərə Afaq bölgəsi deyilir. Afaq bölgəsindən Məkkə və ya Həram bölgəsinə gələnlərin ehramsız olmamalarını bildirən beş nöqtə Peyğəmbər (s.ə.s) tərəfindən təsbit olunmuşdur. Zülxuleyfə, Cuhfə, Zatuəraq, Yələmləm, Qarnul-mənazil.

      Hər nə məqsədlə olursa-olsun, uzaqdan gəlib Həram bölgəsinə girən insan miqat ərazisini keçmədən ehrama girməlidir. Bu məsələdə həcc və ümrə üçün gələnlərlə, ticarət, ziyarət və ya müalicə məqsədi ilə gələnlər arasında heç bir fərq yoxdur. Bunlar həcc və ümrə etdikdən sonra ehramdan çıxa bilərlər. Hər hansı bir səbəb üzündən miqat sərhədləri xaricində olan Hill və Həram sakinləri da eyni hökmə tabedir.

      Bu yerlərdə ehram namazı qılararaq, həcc və ya ümrəyə niyyət edilər. Təlbiyə gətirilər.

      Qadınlar heyizli olsalar belə, niyyət edib təlbiyə gətirərlər. Ancaq namaz qılmazlar.

      Ehrama girmədən əvvəl miqat sərhədini keçmə ehtimalı da ola bilər. Riskə girməmək üçün ən doğru olanı hava limanında ikən ehrama girmək və iki rükət ehram namazını qılaraq niyyət etməkdir.

      Ehram nədir?

      Ehram kişilər üçün hacc və ümrəyə məxsus paltardır. İzar və rida olmaqla iki hissəyə ayrılır. Qadınlar üçün xüsusi bir geyim yoxdur. Onlar normal patlarlarını geyinməklə ehrama girmiş sayılırlar. Yalnız kişilər ehramda olarkən alt paltarlar da daxil olmaqla bütün patlarlarını cıxartmalı, üzərlərinə də hec bir örtü və ya geyim geyməməlidilər. Ayağa başmaq geymək olar. Kəmər və pul kisəsi kimi əşyalardan da istifadə etmək olar.

      Ümrə və həcc etmək istəyən müsəlmanın ehrama girmədən əvvəl dırnaqlarını kəsməsi, qoltuq və qasığı təmizləməsi, qüsl alması, ətir vurması sünnədir.

      Ehramlıya qadağandır

      Ətir vurmaq, ətirli sabundan istifadə

      Tikişli patlar geyinmək

      Kişinin əmmamə və ya başqa şeylə başını ötməsi

      Bədənə ətir vurmaq yasaq olduğu kimi, patlara da ətir vurmaq yasaqdır

      Saç-saqqalı təraş etmək, bığları qısaltmaq və ya təraş etmək

      Vücudun hər hansı bir yerindəki tükləri təraş etmək. Yolmaq və ya qoparmaq.

      Saç-saqqal və bığa xına yaxmaq

      Dırnaq və dodaq boyalarından istifadə

      Cinsi münasibətdə olmaq və ya niyyətlənmək

      Dava etmək, söyüş söymək, kimisə pis ləqəblə çağırmaq, başqalarını məsxərəyə qoymaq, mübahisə etmək və qanqaraçılıq yaratmaq

      Həram bölgəsinin ağacını kəsmək, otunu qoparmaq və burada ovlanmaq.  Bütün bunlara görə cəza olaraq kəffarə verilməlidir. İnsan ehramdan çıxmış olsa belə, bunları edə bilməz.

      Ehramlıya qadağan deyil

      Kölgələnmək və çətirdən istifadə etmək

      Ehram örtüklərini dəyişmək

      Yuyunmaq, qoxusuz sabundan istifadə etmək

      Məcundan istifadə etməklə dişləri fırçalamaq, gözə sürmə çəkmək

      Diş çəkdirmək, qan aldırmaq, iynə vurdurmaq və yara üzərinə sağrı sarımaq

      Qırılan dırnağı və maneəçilik törədən tükü qoparmaq

      Qolbağ, üzük və qol saatı taxmaq

      Kəmər bağlamaq və çiyində çanta daşımaq

      Çiçək və meyvə iyləmək

      Üzü, başı örtməmək şərti ilə yorğan və ya adyal kimi örtüklə örtünmək

      Ehram namazı necə qılınır?

      Ehram namazı iki rükətli namaz kimidir. Dəstəmaz alıb, sübh namazının sünnəsi kimi qılınır. Birinci rükətdə Fatihə və Kafirun surəsi, ikinci rükətdə isə Fatihə və İxlas surəsi oxumaq sünnədir.

      Ehramın iki rüknü var: Niyyət və Təlbiyə.

      Ümrəyə necə niyyət olunur?

      Niyyət qəlblə təsdiqdir. Dillə edilərkən belə deyilir

      “Allahım sənin rizan üçün ümrə (və ya həcc) etmək istəyirəm. Onu mənə asanlaşdır və qəbul et.

      Təlbiyə

      Ehram geyinib namaz qıldıqdan sonra həcc və ümrə üçün niyyət tamamlandıqda təlbiyə gətirilir. Ehram geydikdən sonra bir dəfə təlbiyə gətirmək fərzdir. Səsli  şəkildə təkrarlanması sünnədir. Qadınlar istər təlbiyəni, istərsə digər dua və zikrləri alcaq səslə deməlidilər. Təlbiyə belə edilir:

      لَبَّيْكَاللَّهُمَّلَبَّيْكَ،لَبَّيْكَلاَشَرِيكَلَكَلَبَّيْكَإِنَّالْحَمْدَوَالنِّعْمَةَلَكَوَالْمُلْكَ،لاَشَرِيكَلَك

      “Ləbbeyk Allahummə Ləbbeyk. Lə şərikə ləkə ləbbeyk. İnnəlhamdə vən-nimətə ləkə vəl-mulk. Lə şərikə lək”.

      Əmrinə gəlmişəm, Allahım buyur! Əmrin dəyəm, buyur! Səninhec bir ortağın yoxdur. Əmrinə gəlmişəm! Şübhəsiz, həmd sənədir. Nemət də sənindir. Bütün bunlarda Sənin ortağın yoxdur”.

      Allah Rəsulu təlbiyə barədə belə buyurur: “Təlbiyə edən heç bir müsəlman yoxdur ki, onun ətrafında olan daş, ağac vətorpaq, hətta çadırlar və evlər onunla birlikdə təlbiyə etməsin”.

      Təlbiyə ilə bərabər təhlil gətirmək də sünnədir. Təhlil belədir:

      لاَ إِلَه َ إِلاَّ اللهَ وَحْدَهُ لاَشَريِكَ لَهُ،لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلىَ كُلِّ شَيْءٍ قَديِرٌ

       “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-hamdu və huvə alə kullu şeyin qadir”.

      Allahdan başqa  ilah yoxdur. Onun şəriki də yoxdur. Mülk də, həmd də sadəcə Ona aiddir. O hər şeyə qadirdir.

      Təlbiyəni hər deyişdə üç dəfə təkrarlamaq, sonra təkbir gətirərək təhlil oxumaq müstəhəbdir. Təlbiyə həcdə bayramın birinci günündə, Əqabə cəmrəsinə daş atmağa başlayanda, ümrədə isə Həramın qapısına gələndə kəsilir və bundan sonra deyilməz.

      Ümrə və həcc üçün Məkkəyə gələndə mümkünsə qüsl alıb, mümkün deyilsə, dəstəmaz alıb və təlbiyə gətirilərək Hərəma girilir. Beytullahı görən kimi üç dəfə təkbir və təhlil gətirilərək dua edilir və əgər bu vaxt fərz namaz qılınmırsa, dərhal təvafa başlanır. 

      • Hits: 447 clicks

      Tecox component by www.teglo.info