Səttar Məlikov-HƏCC və ÜMRƏ TERMİNLƏRİ

      Share

      MİZAB (ALTINOLUQ): Kəbənin damında toplanan yağış sularının çölə axması üçün Xətmin olduğu tərəfdəki divarın üstünə yerləşdirilən, qızıldan düzəldilmiş navalçaya deyilir.

      CƏMRƏ: Lüğətdə çınqıl daş və köz mənasına gəlir. Həcc termini olaraq isə zəvvarların qurban bayramı günlərində Minada, xalq arasında “şeytan”, - deyə adlandırılan yerlərə atdıqları kiçik daşalara deyilir. Bu daşların atıldığı yerə də məcazi mənada “cəmrə” deyilir.

      CƏMRƏYİ – ƏQABƏ: Məkkə istiqamətindən ilk cəmrəyə verilən addır. Bu cəmrəyə “Böyük Cəmrə”, xalq arasında isə “Böyük Şeytan” deyilir. Zəvvarların Minada daş atdıqları üç yerdən biridir. Daş atma sırasına görə üçüncü cəmrədir.

      CƏMRƏYİ – VÜSTA: Orta Cəmrə deməkdir. Məkkə istiqamətindən ikinci cəmrədir. Xalq arasında “Orta Şeytan” deyilir. Zəvvarların Minada daş atdıqları üç yerdən ikincisidir.

      CƏMRƏYİ – ULA: Birinci cəmrə deməkdir. Məkkə istiqamətindən üçüncü cəmrədir. Xalq arasında bu cəmrəyə “Kiçik Şeytan” deyilir.

      EHRAM: Lüğətdə hörmət edilməsi lazım gələn yer və zaman mənasına gəlir. Bir həcc termini olaraq isə bir şəxsin həcc ilə ümrəya da  hər ikisini etmək niyyəti ilə digər vaxtlarda halal olan bəzi davranışların özünə haram etməsi deməkdir.

      ƏRƏFAT: Lüğətdə bilmək, anlamaq və tanımaq mənalarındakı “Ərəfat” Məkkənin təxminən 25 km cənub-şərqində və haram bölgəsinin xaricində yerləşən oval şəklində düz bir sahədir. Bu bölgə, şərq, şimal və cənub istiqamətlərindən dağlarla əhatələnmişdir. Hill bölgəsində yer alır. Haram bölgəsinin sərhədləri ilə Ərəfat arasında Urənə vadisi yerləşir. Ərəfatın ortasında “Cəbəli – Rəhmə” (Rəhmət dağı), qərbində “Nəmirə Məscidi” yer alır. Ərəfat günümüzdə ağaclar yaşıllaşdırılmış, içindən keçən doqquz avtomagistralla Müzdəlifəyə bağlanmışdır. Həccin əsl rüknlərindən biri olan vəqfə burda edilir.

      ƏRƏFƏ: Qəməri aylarından Zilhiccə ayının 9-cu (Qurban bayramından bir gün əvvəl) gününə deyilir. Ərəfə vəqfəsi bu gündə edilir.

      ƏYYAMİ-MİNA: Mina günləri deməkdir. Bunlar Zilhiccə ayının 10, 11., 12 və 13-cü günləridir. Bu günlərdə zəvvarlar Minada həcc ibadətlərindən sayılan şeytan daşlamanı yerinə yetirirlər.

      ƏYYAMİ -NAHR: Qurban kəsmə günləri deməkdir. Zilhiccə ayının 10, 11 və 12-ci günləridir.

      ƏYYAMİ-TƏŞRİQ: Təşriq günləri deməkdir. Zilhiccənin 9-13-cü günləridir. Bu günlərdə təşriq təkbirləri alınır. “Təşriq” ərəb dilində ətləri doğrayıb qurutmaq deməkdir. Keçmişdə bayramın birinci günü Minada kəsilən qurbanların ətləri bayramın 2, 3 və 4-cü günlərində günəşdə qurudulardı. Bu səbəblə bu üç günə ət qurutma günləri mənasında “Əyyami-Təşriq” deyilmişdir.

      HƏCƏRİ -ƏSVƏD: Qara daş deməkdir. Kəbənin şərq güncündə yerləşdirilən, 18-19 sm ölçülərində qara və parlaq bir daşdır. İbrahim və İsmayıl (ə.s.) Kəbəni tikərkən Əbu Qubeys dağından gətirmişlər. Kəbənin Şərq güncünə, təvafa başlanığıc işarəsi olaraq qoyulmuşdur.

      HARƏM BÖLGƏSİ: Lüğətdə qadağan olunmuş bölgə mənasına gəlir. Xüsusi olaraq isə Məkkə ilə ətrafında, sərhədləri bilinən hörmətli və əmin bölgəyə deyilir. Məkkə və ətrafına bu adın verilməsinin səbəbi zərərli heyvanlardan başqa digər heyvanların öldürülməsinin və bitkilərin qopardılmasının qadağan olmasıdır.

      HATİM: Kəbənin şimal küncü Rükni-İraqi ilə qərb küncü Rükni-Şami arasındakı divarın qarşısında, yerdən bir metr yüksəklikdə, 1,5 metr qalınlığında yarım dairə şəklindəki divara deyilir. Hatim Kəbədən sayılır. Təvaf Hatimin çölündən edilir.

      HƏRVƏLƏ: Kişilərin, Səfa və Mərvə təpələri arasında səy edərkən, bu iki təpənin yerini göstərən iki yaşıl dirək arasını qaçaraq keçməsinə deyilir.

      HİCRİ-İSMAİL və ya HİCRİ-KƏBƏ: Kəbənin şimal-qərb divarı ilə Hatim arasında qalan boş yerə deyilir. Buraya Xatıra və Hicri-İsmail də deyilir. Hz. İbrahim (ə.s) ilə oğlu Hz. İsmayılın (ə.s) inşa etdiyi Kəbə binasına bu yer də daxil idi. M. 605 – ci ildə edilən təmirdə inşaat materialının çatışmaması səbəbi ilə bugünkü Kəbə binasının xaricində qalmışdır. Bu yer Kəbədən olduğunu göstərmək üçün Hatim deyilən divar ilə əhatəyə alınmışdır.

      İSTİLAM: Lüğətdə salamlamaq deməkdir. Bir həcc termini olaraq “İstilam”, Kəbəni təvaf edərkən izdiham səbəbi ilə Həcəri-Əsvədi öpmək mümkün olmadığı üçün uzaqdan əl işarəsi ilə salamlamaq deməkdir.

      İZDIBA: Rəməlin edilməsi lazım gələn təvaflarda kişilərin təvaf başlamadan əvvəl beldən yuxarısını örtən ehram geyim parçasının bir ucunu sağ qolun altından keçirib sol çiyinin üzərinə ataraq sağ qolu və çiyni açıqda buraxmaqdır.

      QÜDUM TƏVAFI: Qüdum, “gəliş və gediş” mənalarına gəlir. Bu mənada qüdum təvafı, Məkkəyə gəliş və salamlama təvafıdır. Bir həcc termini olaraq, “ifrad həcci” edənlərin Məkkəyə gəldikdə etdikləri birinci, “qıran həcci” edənlərin isə ümrədən sonra etdikləri ilk təvafdır.

      MƏQAMİ-İBRAHİM: İbrahimin məqamı deməkdir. Hz. İbrahim (ə.s) Kəbəni inşa edərkən ayaqaltı olaraq istifadə etdiyi və ya xalqı həccə dəvət edərkən üzərinə çıxdığı daşın olduğu yerdir. Bu yer Kəbənin şərq tərəfində zəm-zəm quyusu ilə Kəbənin qapısı arasındadır. Buradakı daşın üzərində ayaq izi vardır. Həmin daş şüşəbənd içərisində qorunur.

      MƏNASİK: Lüğətdə ibadətgah, ibadət üsulu, qurban kəsiləcək yer mənalarına gəlir. Dini bir termin olaraq geniş mənada Allaha yaxınlaşmaq üçün edilən hər cür ibadət və itaət, dar mənada isə həcdə yerinə yetirilməsi lazım olan vəzifələr və fellər deməkdir. Həcc mənasikinə “məşair” də deyilir. Kəbəni təvaf etmək, Səfa və Mərvə arasında səy etmək, Ərafat və Müzdəlifədə vəqfədə durmaq və şeytan daşlamaq həccin mənasiklərindəndir.

      MƏSA: Zəvvarların Səfa və Mərvə təpələri arasında səy etdikləri yerə verilən addır.

      MƏŞARİ-HƏRAM: Məkkədə Ərafat ilə Mina arasında, Müzdəlifənin sonunda Quzah təpəsinə və bu təpənin ətrafına verilən addır. Buranın hörmətə layiq olması və burada həccin mənasiklərindən olan gecələmək, vəqfə və namaz qılıb dua etmək kimi ibadətlər edilməsi səbəbi ilə Məşari-Haram deyə adlandırılmışdır (əl-Bəqərə, 2/198). Hz. Peyğəmbər (s.ə.s.) burada səhərə qədər qalıb dua etmişdir (Müslim, Həcc, 148).

      MİQAT: Həcc və ya Ümrə niyyəti ilə Həram bölgəsinə və ya Məkkəyə getmək istəyən “

      • Hits: 411 clicks

      Tecox component by www.teglo.info