Gələcəyin Tərbiyəsi III / Dr. Abbas Qurbanov

      Share

      Əvvəlki məqalələrimizdə xüsusən balaca yaşda olan uşaqlara diqqətin, onlara qarşı gösterdiyimiz hər bir münasibetin təsirləri, gənclərin formalaşmasında əhəmiyyətli olan cəhətlər

       və bizim bilməmiz lazım olan hallar ilə əlaqədar məlumatlar verməyə çalışmışdıq. Ən sonda isə hər bir insanın diqqətə, nəvazişə və hörmətə ehtiyacının olduğunu və bununla da insanlar arasında dialoq və münasibət qurmanın mümkünlüyündən bəhs etmiştik. Bu məqaləmizdə də həm övladlarımızla həm də ətrafımızdakı insanlara göstərəcəyimiz diqqətin hansı şəkildə vəya formada ifadə olunması haqqında məlumat verəcəyik.

                  1. İnsanlara gülər bir üz göstermek sizi ona yaxınlaşdırır. Gülümsemek sizin o insanı gördüyünüzün ve ona hörmət ettiyinizin təzahürüdür. Həyatda düşdüyümüz vəziyyətdən asılı olarak gülümsəmək “səni bəyənirəm”, “səninlə dost ola bilərəm”“səni görmək mənim üçün xoşdur” fikirlərini ifadə etməktədir. Qarşımızdakı insanın da eyni münasibəti göstərməsi düşüncə və fikirlərin üst üste düşdüyünü göstərməktədir. Lakin buradakı təbəssüm həqiqi olub yaltaqlıq ve yalandan uzaq olmalıdır. Çünkü hər bir şəxs doğru və ya yalançı gülümsəməni başa düşməktədir. Bu sanki yalandan ağlayaraq diqqət çəkmək istəyən uşağa oxşamağdadır. Həqiqi gülüş daxilimizdə gizli olan duyğularımızın xaricimizdeki təzahürüdür. Bu təzahür hərəkətlərimizdə də görsənərsə demək bu yalandan olmayan həqiqi gülüşdür. Ailə daxilində də belədir. Valideyinlərin öz aralarında və ya uşağlarına göstərdikləri gülüş ailə daxilindəki vəziyyəti, hörməti, sevgini və münasibəti açıq bir şəkildə göstərməktədir. Gülər üz qızıl bir açara oxşayır ki, onun qiyməti çox ucuzdur və açmadığı qapı yoxdur.

               2. Yaşından və kimliyindən asılı olmayaraq hər bir şəxsin kiminsə onunla maraqlanmasını istəyər. Belə olan zaman insan özünün dəyərli və sevilən bir insan olduğunu başa düşər və onun ölçüsünə görə qarşılıq verər. Ailə daxilində bəzən elə olur ki, bunu yadımızdan çıxarır və onsuzda onlarla hər gün bərabərik deyib onları ikinci plana atmış oluruq. Amma unutmamalıyıq ki onlar bizim ən yaxın adamımız və bizim gələcəyimizdir. Bunun tam tərsi isə maraqlanmamaq və əhəmiyyət verməməktir ki bu hallarda daxilimizdəki hiss və duyğularımızı jest və mimikalarımızla qarşımızdakı insana çattırırıq. Bu hallarda insan özünün orada artıq və istənilməyən bir şəxs olduğunu başa düşür. Son zamanlarda iş və ofislərdə məmurlar yanlarında görmək istəmədikləri insanlara çox zaman bu yolla çıxıb getmələrini ifadə edərlər.

                  İnsanlarla maraqlanmaq aranızdakı münasibəti yaxşılaşdırmaqla bərabər sizin o insanı daha yaxşı tanımanıza səbəb olacaqdır. Bir valdeyin olaraq ailə üzvlərinin arzu və istəklərini, hər hansı bir mevzuda nə düşündüklərini bilmək və ya təxmin etmək bu yolla mümkündür.

                  3. Heç kimsəni sizi gözləməyə məcbur etməyin. Ailənizlə əlaqədar söz verib də boynunuza aldığınız hər hansı bir işi vaxtında eləyin. Bütün hallarda həqiqət olan bu vəziyyət, tam tərsi olduğunda sizin işə və ya hadisələrə əhəmiyyət vermədiyinizi, onları düşünməyən, sözünün üzərində durmayan, qorxaq və insanları son anda dar ayağda bıraxan birisi kimi tanıdacaqdır.

                  4. Övladlarınıza adları ile xitab edin. Ətrafımızda olanların tez-tez adlarını yadımızdan çıxarıb onlara qoyduğunuz sifət və ya ləqəblərlə xitab etməmiz sizin o insanla çox maraqlanmadığınızı və əhəmiyyət vermədiyinizi göstərməktədir. Sadəcə normal həyatda tanımadığımız insanlara müraciət zamanı “xanım”, “bəy”, “xala”, “dayı”, “əmi” vs. kimi sifətlərlə müraciət edirik. Nəyə görə? Çünkü biz onları ad olaraq tanımırıq. Tarixdə tanınmış ordu kamandiri Hanibal tabeyliyində olan bütün əsgərləri adları ilə tanıyırmış. Bu da onun əsgərləri ilə yaxından maraqlandığını və nəticə olaraq öz işində müvəffəqiyyətlər qazanmasına səbəb olmuşdur.

                  5. Uşaqlarınızla tez-tez danışın, onlara qulaq asın və necə olduqlarını öyrənin. Xüsusi ilə son zamanlarda ekonomik problemlərin və əxlaqsızlığın olduğu bir vəziyyətdə valideyinlər nə olursa olsun uşaqları ilə söhbət etməyə vaxt ayırmalıdırlar. Yadımızdan çıxarmayaq ki, əgər biz övladlarımızın müvəffəqiyyət və ya problemlərinə qulaq asmasaq, onlar da bizim təbrik və təkliflərimizə əhəmiyyət verməyəcəklər. Sizin övladlarınıza qulaq asmanız “sevgini”, əks halda isə “əhəmiyyət vermədiyinizi” göstərməktədir. Buna görə də “sevginin ilk vəzifəsi qulaq asmaqdır” deyilməktədir.

                  Səbirlə uşaqlarımıza qulaq asmanız və onların sözünü kəsməyərək fikirlərini deməyə icazə verməyimiz eyni zamanda onların gələcəyinə də böyük təsir göstərməktədir. Belə ki, bu vərdiş uşaqlarımızın gələcəkdə sərbəst və açıq bir şəkildə, qorxmadan öz fikirlərini deyə bilmələrinə çox kömək edəcəkdir. Burada başı hər zaman qapaza alışan birisi ilə, bunun tam tərsi olan bir uşağı gözünüzün qabağına gətirməniz lazımdır.

       

      • Hits: 675 clicks

      Tecox component by www.teglo.info