Səməd VAHABOV-Meracdan Gətirilən Dəyərlər

      Share

      “And osun ki, (Peyğəmbər ) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən  (möcüzələrindən) bir qismini  (Beytulməmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrayılın həqiqi surətini ) gördü”.(ən-Nəcm, 18)

      Peyğəmbərimizə (s.ə.s) Meracda:Əlli vaxt namaz savabına bərabər beş vaxt namaz,Bəqərə sürəsinin son iki ayəsi,Peyğəmbərimizin (s.ə.s) ümmətindən olub, Allaha şirk qoşmayanların günahlarının bağışlanacağı və cənnətə girəcəyi muştuluğu verilmişdir.

      Uca Allah Peyğəmbərimizə (s.ə.s) vəhy edəcəyini vəhy  etdikdən sonra, Cəbrayıl (ə.s) tərəfindən cənnətə gətirildi. Cənnətin genişliyinin göylərdən yerə qədər olub,incidən və yaqutdan köşklərlə bəzəndiyini, cənnətin torpağının  müşk qoxar bir şəkildəolduğunu gördü. Orada hər iki yanında içi boş, incidən tikilmiş qübbəli evlər, inci və yaqutunüzərində axanbulaqları var idi.Peyğəmbərimiz (s.ə.s): “- Ey Cəbrayıl! Bu nədir?”  - deyə soruşdu. Cəbrayıl (ə.s): “- Bu, Uca Allahın sənə bəxş etdiyi Kövsər bulağıdır!” - dedi. Kövsər bulağının suyu, baldan şirin və süddən daha ağ idi.

      Peyğəmbərimiz (s.ə.s) dünya səmasında özünü gülər üzlə qarşılayan mələklərin arasında, üzü heç gülməyən, cəhənnəmin nəzarətçisi olan, Malik adında bir mələklə qarşılaşdı.

      Peyğəmbərimiz (s.ə.s) onun kim olduğunu Cəbrayıldan (ə.s) öyrəndikdən sonra:

      “- Cəhənnəmi mənə göstərməsini emr etsən?”- dedi.

      “- Olar!” - deyərək, cəhənnəmin nəzarətçisi olan Malikə: “- Ey Malik! Muhammədə (s.ə.s) cəhənnəmi göstər!” - dedi.

      Malik Cəhənnəmin üzərindəki örtünü açanda cəhənnəm elə qaynamağa və qabarmağa başladı ki, Peyğəmbərimiz (s.ə.s) onun gördüyü her şeyi tutub yandıracağını zənn etdi. Tez Cəbrayıla (ə.s):

      “- Ey Cəbrayıl! Malikə əmr et, onu öz yerinə qaytarsın!”- dedi.

      Daha sonra Rəsulullah (s.ə.s) bu şəkildə anladır:

      Bir qrup insanlar gördüm, önlərində təmiz ət varikən leş yeyirdilər.Bunlar kimlərdir? - deyə soruşdum.

      “- Bunlar halalı tərk edib haramayönələn kimsələrdir”, - dedi.

      Bu əsnada bir quyu gördüm.  Elə bir quyu ki, içinə baxsan dibi görünməz şəkildə ucu-bucağı olmayan bir quyu. Çılpaq halda yığılmış, içərisində qan-tər içində, yedikləri şeylər irin şəklində bədənlərindən axan bir qrup insanlar gördüm. Quyudan çıxmaq üçün çabalıyırdılar. Amma çıxması mümkün olmayan bir çuxur...“- Bunlar kimlərdir?”- deyə soruşdum.

      “- Bunlar zina edənlərdir.Halalı var ikən haram olanı tərcih edənlərdir”,- deyildi.

      Öz ətlərini kəsib yeyən bir qrup insanlar gördüm.“- Bunlar kimlərdir,  ey Cəbrayıl?” - dedim.

      “- Bunlar qeybət ebənlər və söz gəzdirən kimsələrdir”, - dedi.

      Kürəklərinə ağır yük qoyulan bir qrup camaat gördüm. Yükün ağırlığından belləri bükülmüş, yerdə sürünürdülər. O halıyla, təkrar üzərlərinə yük qoyulurdu.“- Bunlar kimlərdi?” - dedim.

      “- Bunlar əmanətə xəyanət edənlərdir”, - dedi.

      Bir qrup qadınlarla rastlaşdıq. Üzləri qara, atəşdən paltar geyindirilmişdi. Mələklər onlara atəşlə vururdular.“- Bunlar kimdir, ey Cəbrayıl?” - dedim.

      “- Bunlar zina edənlər və ərlərini incidən qadınlardır”, - dedi.

      İlanlar və əqrəblər halqa şəklində boğazlarına keçirilmiş bir qrup insanlar gördük.“- Bunlar kimdir?” - dedim. Cəbrayıl (ə.s):

      “- Bunlar zəkatlarını verməyən kəslərdir. Allah da onlara: dünyada ikən qopa bilmədikləriniz çox sevdiyiniz malınız mülkünüzdür. Alın sarılın indi”, - deyəcək.

      Susuzluqdan daşları sıxıb əmən insanlar gördüm. “- Bunlar kimdir?” - deyə soruşdum.

      “- Bunlar Muhamməd ümmətindən sədəqə verməyən insanlardır”, - dedi.

      Bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) meracdan döndüyü zaman bu hadisənin sarsıntısından çox da gülməzdi.

      Bir mələk gördüm. Bir kürsünün üzərində oturmuşdu, qəmli və kədərli.Ətrafında o qədər mələklər var idi ki, sayılarını ancaq Allah bilər. Sağında nurani mələklər gördüm. Yaşıl paltar geyinmiş, gözəl qoxuları var idi. Sol tərəfində oturan mələklərinönlərində atəşdən ox və qamçıları var idi. Daim önündəki dəftərə baxar, bir anlıq belə gözlərini ondan ayırmazdı. Qarşıda bir ağac var idi.Gah sağ əli ilə ondan bir şey alıb sağındakı nurani mələklərə uzadır, gahda solundakı mələklərə verirdi. Bu mələyə baxdığımda qəlbimə bir ürpərti gəldi. Cəbrayıla:

      “- Bu mələk kimdir?”- dedim. “- Əzrayıldır. Bunun üzünü görməyə heç kəsin taqəti çatmaz”,- dedi və yanına gedib: “- Ey Əzrayıl! Bu axırzaman peyğəmbəridir və Allah-Təalanın həbibi, sevgilisidir”, - dedi. Əzrayıləleyhissalam qalxıb ona təzim etdi və: “- Mərhəba! Allah səndən daha şərəfli bir kimsə yaratmadı, ümmətində cümlə ümmətlərdən üstündür. Mən sənin ümmətinə ata-ananın övladlarına acımasından daha çox acıyıram”,- dedi.

      “- Səndən bir ricam var. Ümmətim zəifdir.Onlara şəfqətlə rəftar edərsən. Ruhlarını yumşaq şəkildə alarsan”,- dedim.

      “- Səni ən son Peyğəmbər olaraq göndərən və özünə dost qılan Allahın haqqı üçün, Allah gecə və gündüz yetmiş dəfə, “Ümməti-Muhammədin ruhlarını yumşaq şəkildə və rahatlıqla al” deyə əmr edir. Bunun üçün mən də sənin ümmətinə atalarından və analarından daha çox şəfqət edirəm, dedi.

      Rəsulullah (s.ə.s) buyurur ki: “(Merac əsnasında) cənnətin qapısında dayanıb içəri baxdım. Ora girənlərin bir çoxunun miskinlər (kasıblar) olduğunu gördüm. Dünyada ikən mal-mülk sahibi olanlardan cəhənnəmlik olanlarınisə atəşə girmələri əmrolunmuşdu”.

      “Saf-saf düzülmüş qruplar halında mələkələr görgüm. Bəziləri qiyamda, bəziləri rüküda, bəziləridə səcdədə... Onlar başlarını qaldırır, əsla sağa-sola baxmırdılar.Cəbrayıl (ə.s):

      • Hits: 520 clicks

      Tecox component by www.teglo.info