Mübariz ƏLİOĞLU - NƏSİL TƏLAŞI

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      “Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!

      Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs (möminlə eynidirmi?) Zalımlara: Qazandığınızı dadın!– deyilər”. (əz-Zümər 23,24)

      Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz.Muhamməd əleyhissalama salətu-salamlar olsun.

      Böyük bir ailənin ağsaqqalı olan Şamil kişi, gün keçdikcə artan müdhiş bir təlaş hissini heç cürə cilovlaya bilmirdi. Çünki övladlarının ailələri ilə birgə hər dəfə bir yerə yığışması Şamil kişinin süfrəsini böyük bir məclisə çevirirdi. Səmimi bir ailə başçısı kimi övladlarını son dərəcə tərbiyəli və cəmiyyətə yararlı bir şəkildə tərbiyə edərək böyüdən süfrə sahibinin qayğıları, dünyadan çox axirət həyatı ilə bağlı idi. Dünyəvi məşğuliyyətlərə bağlanan cavan nəslin əməllərindən niyəsə axirət imtahanının həyəcanı hiss edilmirdi.Bir çox məsul vəzifələrdə çalışmış və çalışaraq da yorulmuş olan ağsaqqal artıq hiss edirdi ki, bu ahıl çağında daha ağır və daha  məsuliyyətli bir vəzifənin başına keçmək vaxtıdır. Gözlər önündə böyük bir nəslin əbədi aqibəti durmaqdaydı. Sanki məclisin gedişatınınbaşqa cür olacağını övladları da hiss etmişdilər. Onların davranışındakı bu hazırlığı hiss edən Şamil kişi təmkinlə sözünə başladı:

      - Əziz övladlarım! Yaşadığımız bu dünyaya hər birimiz az-çox bələd olduğumuzdan onunla əlaqədar sizi yormaq istəmirəm. Lakin həm özüm, həm də sizin üçün əsl qorxduğum və təlaş keçirdiyim  məsələ bizi mütləq təqib edəcək, axırı və sonu olmayan axirət həyatı ilə əlaqədardır. Axirət həyatı dünyaya gələn hər bir insan övladı üçün başlamışdır, desək yanılmarıq. Çünki burada işlədiyimiz hər bir əməlinəks-sədası axirət mənzilində mütləq öz səbəbkarını tapacaqdır. Deyin görüm ölümlə başlayacaq qəbir həyatına hazırsınızmı? O həyata ki, Rəsulullah (s.ə.s) onu öz hədislərində də belə anlatmışdır:“Canımı qüdrət əlində tutana (yəni Allaha (c.c)) and olsun ki, qəbrə qoyulan  mömindirsə qıldığı namaz onun baş tərəfində, verdiyi zəkat sağında, oruc solunda, xeyirxahlıqları, insanlara etdiyi yaxşılıqları isə ayaq tərəfində qərar tutarlar. (Əzab mələkləri) ona baş tərəfdən yaxşınlaşmaq istədikdə namaz: Mən tərəfdən giriş yoxdur, - deyər”.-Övladlarım! O dar və sıxıntılı məqamda sizi qoruyacaq namazınız varmı? - deyə soruşaraq hədisə davam edir:“Sağ tərəfdən yaxınlaşmaq istədikdə isə zəkat: Mən tərəfdən giriş yoxdur, - deyər”. -Sizi qoruyacaq zəkatınızı hər il ödəyirsinizmi? - deyə soruşaraq hədisə davam edir:“Sol tərəfdən yaxınlaşmaq istədikdəoruc:Mən tərəfdən giriş yoxdur, - deyər”. -Son dərəcə məşəqqətli anlarda sizi qoruya biləcək fərz və nafilə oruc sərmayəniz varmı, əziz övladlarım? - deyə soruşaraq yenə hədisə davam edir:“Ayaq tərəfdən daxil olmaq istədikdə isə xeyirxah əməlləri, insanlara etdiyi yaxşılıqları:Mən tərəfdən giriş yoxdur, - deyər”. -Sizi qoruyacaq və sırf Allah rizası üçün işlənmiş xeyirxah əməllərə sahibsinizmi?

      Bütün ağrısını, acısını, ahıllığını unudan Şamil kişi, indiyə qədər görülməmiş bir həyəcanla bunları anladarkən övladları bir yana, nəvələri beləsanki nəfəs alıb-vermədən babalarına diqqətlə qulaq asırdılar. Söylədikləri ilə övladlarını böyük bir həyat mühasibəsinə, yəni ötüb-keçənləri və olacaqları ədalət tərəzisində ölçmə məsuliyyətinə dəvət edən Şamil kişi artıq yenidən diriliş günündə başlarına gələcəkləri anlatmağa başlamışdı ki, nəvəsi söylənənlər qarşısında dərin fikrə getmiş böyüklərinməsuliyyətini bölüşmə fədakarlığına qatlanaraq özünü saxlaya bilmədi və soruşdu: “Ay baba! Bəs namaz nədir axı?” Babası və valideynlərindəngördüyü namaz ibadətinin ifa şəklini bilən balaca, əslində namazın ruhunu, fəzilətini bilmək istəyirdi. Bunu anlayan babası belə cavab verdi:

      -Övladım!Namaz şanı uca olan Rəbbimizin sonsuz hidayətidir. Namazda qiyama duran insan bununla həm dünyada, həm qəbirdə, həm də qiyamətdə, yəni yenidən diriliş meydanında özünü ilahi hüzura hazırlamaqdadır. Oxumuş olduğumuz fatihə sürəsində bu məqamların ərz edilməsi necə də təqdirə layiqdir. Rüku edərkən təslimiyyətəyilişinə baş vurmağımız və səcdə etməkləmənəmlik fəlakətindən sıyrılaraq təslimiyyət libasına bürünməyimiz təşəhhüddə, yəni oturuş əsnasında bizi Rəbbimizə yaxınlaşdıra bilər . Övladım, bil ki, bu şəkildə mənəvi qayda-qanuna əməl edərək namaz qılarkən cənnətin bütün təbəqələri bizimlə bərabər qiyam edər, rükuya gedər və səcdəyəvararaq namaz qılan mələklərlə dolar. Bu şəkildə namaz qılan insanın arxasında namaz qılıb camaat yaradan mələklər ordusu, təsbeh və Allaha həmd-səna edərək aləmlərdə misli görünməyən bir ibadət nümunəsini ərsəyə gətirirlər.

      Artıq məclisdə iştirak edən hər kəs öyüd payını almış görünürdü. Nəvənin gözlərindəki sevinclə qarışıq təəccüb parıltılarını görən baba sözlərini bu ayə ilə tamamladı:

      “Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun!”( əz-Zümər 27,55)

      • Hits: 682 clicks

      Tecox component by www.teglo.info