155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adəm ŞAHİN - “FAVORİT SƏHABƏN KİMDİR?”

      Share

      Ara-sıra bəzi jurnallarda “Özünüzü hansı səhabəyə yaxın hiss edirsiniz?”, “ Hansı səhabənin yerində olmaq istəyərdiniz?” kimi suallar verilir. Verilən cavablara  baxanda bir çoxunun yüksəkdən uçma cavablar olduğu görülür. Qadınlar Hz. Aişə və Hz. Xədicə üzərində durarkən, kişilər dörd xəlifə başda olmaqla Musab bin Ümeyr, Əbdürrəhman bin Əvf kimi məşhur adları nümunə aldıqlarını deyirlər.

      “Ayağını yorğanına görə uzat” sözü sadəcə yatmaq nəzərə alınaraq deyilməmişdir. Ədalətdən nəsibi olmayan birinin “Hz. Ömər” deməsi, qorxaq və cahil birinin elmin qapısı olaraq xarakterizə edilən “Hz. Əli”-ni deməsi, Qurandan uzaq, ədəb və həyası az olan birinin “Hz. Osman” deməsi nə qədər inandırıcıdır?

      Sevən ilə sevilərək özünə yaxın hiss edilən kimsələr arasında müştərək şeylərin olması lazımdır. Ortaq hisslər yoxdursa “sevmək” və ya “yaxın görmək” sözü iddiadano tərəfə gedə bilməz. Məşhur səhabələrin seçilmə səbəbi; günümüz insanının yüksək standartlara olan hərisliyi və ehtirasıdır. Bir çox subayın evlənəcəyi şəxsdə axtardığı ölçülər səhərdən axşama kimi işlək olan bir küçədə, elə səhərdən axşama kimi gözləsə yenə də qarşısına çıxmayacqdır. Ən son model telefonların işlənildiyi, mebel və əşyalar hələ köhnəlmədən təzələrinin alındığı sistemin insanları adı az eşidilmiş səhabələrlə heç yetinərlər? “Aş, iş, eş” mövzusunda aza razı olmayan, populyar olanın arxasınca qaçan insan heç az bilinən səhabələri tərcih edərmi? “Adi” sözündən nifrət edərək “moda, lüks, xüsusi, populyar, trend” kimi sözlərin ovsununa qapılan insan, hər biri ulduzlar kimi olan səhabələrin ən parlaq olanlarını nümunə götürəcək. “Nə qədər yüksəkdən uçsan, düşəndə o qədər çox əzilərsən” deyirlər. “Aş, iş, eş” mövzusunda yüksəkdən uçan insanlar da yüksəldiyi qədər yerə çaxılmaqdadır. İdealistlər və xəyalpərəstlər gözəl danışarlar, sözlərində parlaqlıq olar. Gerçəkçilər isə gözəl danışmasalar da, gözlərində parlaqlıq olar. Hər biri bir ulduz olan səhabələr özünə baxan kimsəyə yol göstərər, onu qaranlıqlar içində buraxmaz.

      “Favorit səhabən kimdir?” sualına bir çox kimsənin yalan danışmamaq üçün susaraq cavab verməsinin lazım olduğunu düşünürəm. Necə deyərlər; Allahdan qorxursanmı deyə soruşsalar, əsla cavab vermə! “Qorxuram” desən yalan danışmış olarsan, “qorxmuram” desən kürfə girmiş olarsan. Özünüzə hansı səhabəni yaxın hiss edirsiniz sualına nə cavab verərdim, deyə düşünürəm.

      Dörd xəlifəni düşünürəm. Hər biri bir günəş kimi parıldayır. Şam işığı özünü necə günəşə yaxın hiss edə bilər ki? Ən yaxşısı budur “eləmiş olduğu xəta və günah ilə özünü hansı səhabəyə yaxın hiss edirsən?” sualını düşünüm. Ağlıma Hz. Nuayman (r.a) gəlir. Hz. Vəhşi də ola bilərəm. İçinizdən: “Bu Nuayman kimdir?”- dediniz? Hər cümə xütbəsində adı çəkilən dörd xəlifə kimi məşhur biri deyil. Niyə özümü Nuaymana yaxın hiss etdiyimi anlada bilmək üçün bir az ondan bəhs etməliyəm.

      Prof. Dr. Əli Səyyara görə, səhabələrin içində bədən olaraq və ya zehni olaraq qüsurlu, şikəst olanlar da var idi. Nuayman da ziyan verməyəcək dərəcədə zehni olaraq bir az yüngül xarakterli, şit zarafatlarıyla tanınan biri idi. Götürülməsi çətin zarafatlar edərdi. Başqasına aid olan bir dəvəni icazəsiz kəsərək insanlara yedirər, pulunu ödəmədən və icazə almadan Rəsulullah (s.ə.s) adına alış-veriş edərdi. Prof. Dr. Əli Səyyar: “Bu zarafatları Nuayman deyil, bir başqa səhabə eləsəydi, Rəsulullah (s.ə.s) əsla icazə verməzdi”,- deyir. Nuayman həzrətləri günahlara mübtəla olmuş insanlar kimi, içkini tərk etmə iradəsini ortaya qoya bilməmişdi. Ara-sıra sərxoş olub cəzalandırılardı. Yenə bir gün, sərxoş bir halda Allah Rəsulunun hüzuruna çıxarılmış və cəzalandırılmışdı. Orada dayananlardan Hz. Ömər, ona lənət oxuyub: “Bu adam nə qədər içir? Bunun boynunu vuraq, daha yaxşı olar!”- deyə hiddətləndi. Bunu eşidən Allah Rəsulu, Hz. Öməri danlayaraq belə buyurdu:

      “-Ona lənət oxuma, ey Ömər! Allaha and içirəm ki, onun haqqında dəqiq olaraq bildiyim bir şey varsa, o da onun Allah və Rəsulunu çox sevdiyidir”. (Təcridi Sarih tərcüməsi, c.12, hd.2086)

      Günahda israr eləməkdə Hz. Nuayman ilə ortaq olduğumu düşünürəm. Kaşki Rəsulullah (s.ə.s) mənim üçün də, “Allah və Rəsulunu sevir” deyə şahidlik edəydi. İçki içmirəm, qumarım yoxdur, amma qəlbimdə Rəsulullaha (s.ə.s) məhəbbətim varmı? Üzvlərimlə işlədiyim günahlar sayılanda sevgili peyğəmbərim mənim üçün də özünü sevdiyim yönündə şahidlik edərmi? Rəsulullah (s.ə.s) gözlərinin içinə baxaraq söhbət etdiyi, moizə deyib xütbə oxuduğu səhabəsinin içki içmək günahına belə hirslənmədi, onu kənara itmədi. Ümid edirəm ki, arxasında namaz qılmadığım, xütbəsini dinləyə bilmədiyim, söhbətinə qatılaraq dünyamı durdura bilmədiyim Sevgili Peyğəmbərim xətalarımla və günahlarımla əlimdən tutacaq və kənara itməyəcək. O, ümmətinə düşkündür...

      • Hits: 640 clicks

      Tecox component by www.teglo.info