155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ramiz Məmmədov - ORUC NEMƏTİ

      Share

         İslam dininin əsaslarından birini də oruc ibadəti təşkil edir. Digər dinlərdə olduğu kimi İslam dinində də, oruc, müsəlmanlara Allah tərəfindən bəxş edilmiş əvəzolunmaz nemətdir. Bu mənada Qurani-Kərimdə belə buyrulmuşdur: “Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi”.(əl-Bəqərə, 183)

         Şübhəsiz ki, Allahın insanlara  əmr etdiyi bütün ibadətlərin bəşər övladı üçün bir çox faydaları vardır. Elə bir ibadət yoxdur ki, istər fiziki baxımdan, istərsə də mənəvi cəhətdən insanların zərərinə olsun. Ancaq biz ibadətlərin bizə xeyri olduğu üçün yox, Allahın əmrini yerinə yetirmək üçün əda etməliyik. Odur ki, ibadətlərin əsas ifa ediliş səbəbi Allahın əmri olduğundan ötrüdür. Bütün bunlardan sonra digər ibadətlərdə olduğu kimi oruc ibadətinin də insanlara faydasından söz açmaq olar.

         Orucun insana ən böyük faydası nəfsini onun istəklərindən uzaq tutaraq tərbiyə etməsidir. İnsanın ən böyük düşməni öz nəfsidir. Bu məlumdur ki,nəfs həmişə insanı səfalətə sürükləyir. Nəfs çətinliklərdən uzaq durub rahatı sevdiyi üçün çalışmaq istəməz, çox yemək istəyər, yatmaq istəyər, kiməsə maddi və ya mənəvi yardım etmək ağır gələr və. s. Bu kimi hallar insanın həm bu dünyasını, həm də axirətini məhvə sürükləyər. Bunun üçün nəfsin istəklərindən, daha doğrusu onun hakimiyyətindən qurtulmaq lazımdır. Ancaqo vaxt insan kamilliyə doğru yol ala bilər. Bu məqamda oruc tutmaq insanın imdadına yetişir. Ancaq oruc tutaraq nəfsin əsarətindən qurtulmaq mümkündür.Nəfsin orucla tərbiyə edilə biləcəyinə dair nəql olunan bu rəvayət orucun nəfsə qarşı necə təsir edici qüvvəyə malik olduğunu bilməmiz üçün maraqlıdır:

      “Allah-Təala nəfsi çağırıb:

      - Mən kiməm?-deyir.

      Nəfs:

      - Sən sənsən, mən də mənəm,- deyir.

      Bunun üzərinə Allah:

      - Bunu aparın yandırın,- deyir. Bir müddət sonra Allah təkrar nəfsi hüzuruna gətirtdirir və soruşur:

      - Mən kiməm?

      Nəfs yenə:

      - Sən sənsən, mən də mənəm,- deyir.

      Allah bu səfər:

      - Bunu ac saxlayın,- deyir.

      Nəfs bir müddət aclıqla cəzalandırıldıqdan sonra Allahın hüzuruna gətirilir. Allah-Təala yenə həmin sualı verərək deyir:

      - Mən kiməm?

      Bu səfər nəfs:

      - Sən Rəbbimsən, mən də sənin qulunam,- deyir”.

      Yuxarıdakı hadisə bizə nəfsin ən böyük düşməninin, onu ram edənin məhz ORUC olduğunu göstərir. Beləliklə oruc insanı onun mənəviyyatına zərər verən bütün söz və zərərli vərdişlərdənmühafizə edir. Bu mənada bir növ oruc insanı pis vərdişlərdən uzaq tutaraq cəhənnəm atəşindən qorumaqdadır. Bu barədə  Hz. Peyğəmbər belə buyurmuşdur: “Oruc atəşdən qoruyan bir qalxandır”.(Buxari, Savm, 2)

      Oruc insanın səbirsizliyinə, harama qarşı meyletməsinə, hirsinə,pis söz danışmağına, bir sözlə nəfsin bütün mənfi hallarına qarşı qoruyucu qalxandır. Dolayısıyla oruc insanlar üzərində müsbət təsir yaradan bir vasitədir. Bu fikrimizi,Həzrət Peyğəmbərin (s.ə.s) : “Oruc tutun, çünki orucun (insan üzərində) müsbət təsirləri vardır”(Buxari, Savm, 10.),hədisi dəstəkləməktədir. Odur ki, oruc ibadəti insanda mərhəmət hissi, acıma duyğusu, qısaca insanı insan edən bütün mənəvi dəyərləri inkişaf etdirərək insanın ülvi hisslərini ucaldır, süfli hisslərini də məhv edir.

      Orucun mənəvi olaraq insana faydası olduğu kimi, fiziki baxımdan da çox xeyirləri vardır.Məsələn, son elmi araşdırmalar, orucun pəhrizlərdən daha faydalı olduğunu göstərmişdir. Çünki oruc zamanı gün boyu yemək yeməməyə niyət edildiyi üçün mədə və ağız vəzləri şirə ifrazını dayandırır. Alimlər bunu da sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən orqanlara, qaraciyərə kimi bir çox orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Bu, orucun saysız faydalarından bir nümunədir. Peyğəmbərimizin (s.ə.s) “Oruc tutun, sağlam olun”,hədisi bu baxımdan çox manidardır. Amma burada bəzi insanların iddia etdikləri kimi,  ilahi əmrlərin sadəcə insanlara biolojik faydası olduğu üçün əmr oldunduğunu, dolayısıyla namaz əvəzinə idman, ya da idaman niyətinə namaz qılmaq, və ya pəhriz niyyətiylə oruc tutmaq kimi yanlışlara düşməmək lazımdır.Əsas məqsəd hər zaman Allahın rizası olmalıdır.

         Bütün bunlar göstərməkdədir ki, oruc əbədi həyatı qazanma şansını əldə etmək üçün insan övladına bəxş edilən ən böyük mükafatdır. Allah bu mükafatın dəyərini bilib əməl edənlərdən eyləsin. Amin.

      • Hits: 927 clicks

      Tecox component by www.teglo.info