Nurlan MƏMMƏDZADƏ - Məchula Yazılan Məktublar

      Share

      İslam mütəfəkkiri, mərhum şair Muhamməd İqbal bir şeirində sözə belə başlayır:“Bəzən bir gül yarpağı gəmi olur, xor görülən qarışqa qafiləsinə”.Xidmət adına atılan kiçik addımların əslində nə qədər böyük dəyər ifadə edə biləcəyinin sətirlərə tökülmüş şairanə deyimidir bu misra. Hər kəsin üzərinə düşəni etməklə mükəlləf olduğunun başqa bir ifadəsidir əslində.

       Kim bilir, bəlkə də hər kəs üzərinə düşəni laqyiqincə yerinə yetirsəydi, başqa cür olardı dünya. Ağlamazdı analar, susardı ağılar. Yolda gedərkən küçəa

      rin insafına tərk edilən yetim və kimsəsizlər çıxmazdı qarşımıza. Ədalət tərəzisi dəqiqlikdən bir dirhəm belə oynamazdı. İslam mədəniyyətinin beşiyi sayılan İraq, Suriya, Qüds, cənnətməkan Qarabağ terror yuvasına çevrilməzdi bəlkə də. Rəngli televizorlarımız əslində həyatın ağ-qara çalarlarını daha aydın göstərərdi. “Charlie Hebdo” kimi jurnallarinsanlıq dağının zirvəsi olan Hz. Muhammədin karikaturasını çəkməz, bəşəriyyətə böyük töhfələr vermiş bütöv bir İslam ümmətinə dil uzadaraq müqəddəsatını təhqir etmə axmaqlığına düşməzdi.  Əşrəfi-məxluq olan insan oğlu öz şərəf və ləyaqətini bugünkü qədər itirməzdi bəlkə də...

      “İrfan” jurnalı hər bir sayında mərhum İqbalın “gəmi olmaq” düsturunu əsas aldı. Aylıq çıxan dərgilərləoxucuların könül dəryasına yelkən açmağı hədəflədi. Çağları aşaraq 21-ci əsrdən o könüllər sultanı ilə insanlar arasında körpü qurmağa çalışdı. Ailənizin bir üzvü olmağa, sevincinizi və kədərinizi paylaşmağa can atdı. Sizdən biri oldu, sizinlə olmaqdan qürur duydu.

      Uca Yaradan Fussilət surəsinin 33-cü ayəsində buyurur: (İnsanları)Allaha çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!”

      Bu ayə Həzət Peyğəmbərin “Sizdən Allaha və axirət gününə inanan ya xeyir söyləsin, yaxud da sussun” hədisində buyurulan ən böyük “xeyir”in nə olduğunu açıq-aydın izah etmək baxımından nə qədər də ibrətamizdir. Demək ki, dilini ən gözəl sözlə bəzəmək istəyənlər insanları Allahaçağırmaq məcburiyyətindədirlər. Eynilə səhabədən Abdullah bin Rəvahanın qarşısına çıxan hər kəsə “Qardaşım, gəl bir saat Allaha iman edək” deməsi kimi. Ayədən sadəcə fərdlər üzərinə düşən vəzifəni deyil, eyni zamanda qurum və təşkilatların, o cümlədən qəzet və jurnalların dəyər fərqinin nə ilə ölçüldüyüanlamaq mümkündür. Bu gün sürətlə inkişaf edən və dəyişməkdə olan dünyada media vasitələri də demək olar ki, inkişafının kulminasiya nöqtəsinə çatdı. Məhz belə bir zamanda Allaha çağıran, Allah üçün söz söyləyən, bizə milli-mənəvi kimliyimizi xatırladan qəzet və jurnalların nəşr olunması, İslam adına müsəlmanların söz söyləməsi bəlkə də ictimai vəzifələrimiz baxımından ilk sıralarda gəlir.“İrfan” jurnalı hər gün gördüyümüz onlarla maqazinyönümlü jurnalın, xəbər adına cəmiyyətə fitnə-fəsad toxumları səpən, vəfəsindən sui-istifadə edən üzdəniraq qəzetlərinolduğu bir dünyada sanki “mən müsəlmanlardanam” deyə səsini ətrafdakılara eşitdirməyə çalışır. Həzrət Peyğəmbərin hədisi-şərifində Allah dostlarının “görüldüyü zaman Allahı xatırladanlar”vəsfiön plana çıxarılır. Əgər bir dərgi də sizə Allahı xatırladırsa, demək ki, sizi Ona yaxınlaşdırır və insanlığa xidməti ən ümdə vəzifə bilir. Nə xoşbəxtdir o jurnal ki, oxucusuna Allahı xatırlada!..

      Uca Allah bizi saleh və sadiqlərlə bərabər olmağa çağırır. Birlikdə olacağımız insanlarda aranacaq ən mühüm vəsflərdən birinin sədaqət və salehlik olduğunu bildirir. Sadəcə insanlarda mı? Müsəlman həyatının hər mərhələsində bu həqiqəti göz önündə tutmalıdır. Dostunun, yoldaşının saleh olmasına diqqət etməli, Rəbbinin rizasına zidd işlərdə çalışmamalı, getdiyi yerlərin ruhuna zəhər saçmasına, oxuduğu kitab və qəzetlərin mənəvi əxlaqını pozmamasına diqqət etməlidir. Hər bir müsəlman öz vicdanına gündəlik işlədiyi əməllərin hesabınıverdiyi kimi, kitab rəfini də qəlb gözü ilənəzərdən keçirməlidir. Rəflərimizdə bizə Allahı və Rəsulunu xatırladan kitabların və jurnalların sayı nə qədərdir, görəsən? Yaxud da bir dərgi olaraq neçə evin kitab rəfini bəzəmək şərəfinə nail olmuşuq?

      Bir ovuc xidmət insanının əzm və cəhdləri ilə 2005-ci ildə ilk sayı işıq üzü görən “İrfan” jurnalı artıq 10 ili arxada qoyaraq 11-ci ilə qədəm qoydu. Keçən on il ərzində üzərinə düşən vəzifəsini mükəmməl şəkildə yerinə yetirməyə çalışdı. Hər ay bir-birindən dəyərli yazılarla görüşünüzə gələn yazarlarımız ən səmimi duyğularla qələmə aldılar qəlblərindəkini. Hər bir məqaləni məchula göndərilən məktub bildilər. Bu mənada bəndəniz qələmə alınan hər bir yazını beşiyə qoyulub Nil çayına buraxılan körpəyə bənzədir. Kimin qapısına, hansı saraya gedib çıxacağı nə məlum? Sabah Musa olub hansı nəfs Fironunun önünə çıxacağını Allahdan başqa kim bilər?  Məhz bu hissiyyatla yazdıq hər bir yazını. Əminəm ki, baxmaq imkanınız olsaydı, bütün yazarlarımızın qəlbində eyni hissləri görərdiniz...

      Keçdiyimiz illər ərzində “İrfan”jurnalının bizi birləşdirən dəyər olduğunun fərqinə vardıq. Hər il “İrfan Ailəsi”nə daxil olan onlarla, yüzlərlə oxucu ilə tanışlığımız bizə yeni həyəcan yaşadır. Azərbaycanın istənilən şəhərinə, rayonuna gedin, hətta ən ucqar kəndlərində belə mütləq “İrfan” oxuyanların varlığını görərsiniz. Hər kənddə, hər şəhərdə qapısını rahatlıqla döyəcəyimiz irfanəhli gözəl insanlarla tanış olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Bəzən heç tanımadığımız birinin əlimizdəki çantanın üstündə yazılan “İrfan” sözünü görüb bizə yaxınlaşaraq “siz də İrfan abunəçisisiniz?” deyə səmimi hisslərlə sual verməsinin bizi nə qədər məmnun etdiyini sözlə ifadə etmək təəssüf ki mümkün deyil. Zaman-zaman oxucularla görüşümüzdə həyəcanla bizə anlatmağa çalışdıqları jurnalla bağlı maraqlı hadisələrin bizdə hansı hissləri oyatdığını təsəvvür belə edə bilməzsiniz. Düşünün ki, sizin də azacıq əməyiniz olan bir jurnal çıxır və o jurnal kimlərinsə əlindən keçərək insanların hidayətinə vəsilə olur. İçkinin, qumarın, zinanın nə qədər çirkin bir əməl olduğunu oxuyub zərərli vərdişlərdən çəkinənlərin xəbərini alırsınız. Belə bir xeyirli işdə azacıq da olsa əməyiniz olduğuna görə Allaha nə qədər şükür etsəniz yenə də az olar...

      Allahım, Sənə sonsuz şükürlər olsun ki, bizi belə bir xeyirli işə xadim etdin. Gözəl insanlarla tanış olma fürsəti verdin. Bizi irfan sahiblərinin zümrəsinə ilhaq et! “Yüz”ümüzü min eylə! Bəzi üzlərin ağaracağı bəzi üzlərinsə qaralacağı gün üzümüzü ağ eylə!..   

      • Hits: 957 clicks

      Tecox component by www.teglo.info