155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Gündüz - MÜSAHİBƏ

    PDF faylını alÇapE-poçt

      Share

      “İNTERNET SİZDƏN İSTİFADƏ ETMƏSİN, SİZ ONDAN İSTİFADƏ EDİN!”

      Osman Gündüz kimdir?

      Gündüz Osman Mehdi oğlu 24 mart 1961-ci ildə Balakən rayonunda anadan olub. 
      1983-də riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakultəsini bitirib.2010 - 2011- ci illərdə ABŞ-ın Kanzas və Oklahoma Dövlət Universitetlərində Yeni media ilə bağlı təhsil alıb, təhsildə informasiya texnologiyaları və yeni media sahəsində təcrübə mübadiləsində iştirak edib.

      1997-ci ildə ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökümət təşkilatının - Multimedia Mərkəzinin təsisçisi və rəhbəri olub. 2013-cü ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyində yaradılan Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın Koordinatoru seçilib.2013-cü ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvüdür. Nəşr olunmuş kitabları var. 

      Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktorudur.

      İrfan: Osman müəllim, Sizcə ölkəmizdə internetdən istifadənin istiqamətləri qənaətbəxşdirmi?

      Osman Gündüz: Mən düşünürəm ki, son dövrlərdə internet Azərbaycandaxeyli inkişaf etdi. İstər dövlət qurumlarının, istər özəl sektorun, istərsə də vətəndaş cəmiyyətinin həyatında mühüm rol oynamağa başladı, amma bütün bunlara baxmayaraq, fikrimizcə, hələlik internetdən istifadənin faydalılıq əmsalı bizim arzuladığımız səviyyədə deyil. Düzdü, əvvəlki illərlə müqayisədə bu faydalılıq əmsalı artıb. Götürsək sosial medianı, əvvələr sosial şəbəkələrdən bir qədər daha sadə məqsədlər üçün; tanışlıq, yazışma, vaxt keçirmək üçün istifadə edirdilirdisə, indi vəziyyət əsaslı şəkildə dəyişməyə başlayıb. İnsanların böyük əksəriyyəti öz biznesini inkişaf etdirmək,şəxsi şirkətinin reklamı və ya sosial media meneceri kimi işləyib müxtəlif qurumlardan aylıq məvacib almaq və bunun kimi ağıla gələ biləcək digər faydalı məqsədlər üçün istifadə etməyə başlayıblar. Nəticə etibarı ilə bu suala belə cavab verə bilərəm ki, istər dövlət tərəfindən istərsə də cəmiyyətin digər üzvüləri tərəfindən bu istiqamətdə xeyli işlər görülür.

      - Sizcə sosial şəbəkələrin ziyanlı tərəfləri hansılardır?

      - Bilirsiniz, internetin xüsusilə də sosial şəbəkələrin ziyanlı tərəflərinə bir çox nümunə göstərmək olar. Burada əsas olan istifadəçilərin məqsədidir. Kimisi burada pornoqrafiya yayır, kimisi terror təşkilatlarını təbliğ edir, başqa bir qrup insanları dövlətçiliyə qarşı olmağa səsləyir, yəni bir sözlə internetin imkanları geniş olduğu kimi ziyanlı tərəfləri də çoxdur. Əlavə olaraq qeyd edim ki, sosial şəbəkələrdən istifadənin geniş yayılması insanlar arasındakı real ünsiyyətin azalmasına gətirib çıxarır. Qohumlar, dostlar, tanışlar artıq daha çox “feysbuk”, “vatsap”, eləcə də digər şəbəkələrlər vasitəsi ilə ünsiyyətə üstünlük verdiklərindənbir-birləri ilə daha az və gec görüşür, bütün bunlar da insanların yadlaşmasına, biganəliyinə gətirib çıxarır.

      - Sadaladığınız neqativ halların qarşısını almaq üçün hansı addımlar atılmalıdı?

      - Mən düşünürəm ki, bir media qurumu olaraq siz və sizin timsalınızda digər kütləvi informasiya nümayəndələri, eləcə də bizlər, cəmiyyətin bütün nümayəndələri bu mövzuda birgə fəaliyyət həyata keçirməliyik. Əsas məqsədimiz ondan ibarət olmalıdır ki, ilk növbədəinsanlara internetin  faydalı tərəflərini təbliğ edək. İnsanları maarifləndirək ki,bundan necə faydalanacağını, lazımi informasıyanı almağın yollarını, təhsil xarakterli istifadəni və bu kimi əsasları bilsinlər. Bir sözlə necə olsun ki, sözügedən amil insanın karyerasına, inkişaf etməsinə xidmət etsin. Maarifləndirmə işi sistemli şəkildə doğru-düzgün həyata keçirilməlidir. Digər tərəfdən hər hansı qanunvericiliyə zidd əməllərlə məşğul olanların qarşısını almaq üçün aidiyyatı qurumlar var. Dövlətimiz bu kimi halların qarşısını almaq üçün hər zaman ciddi addımlar atmışdır və atmağa dəvam edir. Ümumiyyətlə  kibercinayətkarlıqla mübarizədə təkcə ölkə daxilində deyil, eləcədə beynəlxalq qrumlarla, digər dövlətlərlə beynəlxalq konvensiyaya uyğun olaraq qarşılıqlı fəaliyyətlər həyata keçirilməlidir.

      - İnternetdən istifadənin yaşı, məhdudiyyəti olmalıdırmı? Olmalıdırsa, bu neçə yaş olmalıdır?

      - Artıq dünyada bu məsləyə ciddi yanaşmırlar. Əvvəllər bu məsələ üzərində ciddi dayanırdılarsa, indi əksinimüşahidə edirik. Məsələn, siz “quql” və “feysbuk”unqaydalarına baxsanız görəcəksiniz ki, istifadəçilər 13 yaşdan aşağı olmamalıdır. Amma onlar özlərinin yazdığı bu qaydaların formal xarakter daşıdığını gözəl bilirlər və bu qaydalara heç kim əməl etmir. Siz inkişaf etmiş ölkələrə baxsanız, görəcəksiniz ki, azyaşlı uşaqlar artıq internetdən rahatlıqla istifadə edirlər. Söylədiklərimiz o mənaya gəlmir ki, hər hansı bir qayda-qanun olmadan az yaşlı uşaqlar istədikləri saytlardan istifadə etsinlər. Bunun üçün ilk növbədə valideynlər diqqət etməlidir ki, azyaşlı uşaqları hansı internet resurslarından istifadə edirlər. Bunun üçün qayda qanunlar da hazırlana bilər. Bu qaydaları hazırlaya bilən təhsil müəssisələri, səhiyyə müəssisələri və s. olmalıdır. Əvvəllər gündəmdə idi ki, müəyyən yaş qrupları ilə bağlı internetdən istifadəyə məhdudiyyət qoyulsun, məsələn, gün ərzində 1-2 saat. Lakin dünya qloballaşdıqca bu məsələ öz aktuallığını itirdi.

      - Son olaraq “Həyatı virtual yaşayanlara” nə məsləhət görərdiniz.

      - Həyatı virtual yaşamaq anlayışı əlbəttə ki, nisbi xarakter daşıyır. Yəni insanlar internetdə nəfəs almır, yatmır, qidalanmırlar. Vaxtın böyük hissəsini burada keçirə bilərlər, buna baxmayaraq insanın bəzi ehtiyyacları var ki, onun internetin xaricində etməlidir. Buna görə də mən məsləhət görərdim ki, internetin sizdən istifadəsinə deyil, sizin ondan istifadənizə şərait yaradasınız. Faydalı işlərlə məşğul olmağa çalışın.

      • Hits: 1034 clicks

      Tecox component by www.teglo.info