Firdovsi HƏSƏNOV / Dünyada nə qədər müasəlman yaşayır (ARAŞDIRMA)

    PDF faylını alÇapE-poçt

      Share

      Ümumi statistik məlumatlara görə dünyanın 200-dən çox ölkəsində 1.57 milyard müsəlman yaşayır. Bu, dünyanın 6.8 milyard əhalisinin təxminən 23 faizi deməkdir.

      QİTƏLƏR ARASINDA ƏN ÇOX MÜSƏLMANASİYADADIR 
      İslamın ürəyinin atdığı yerin Orta Şərq olmasına baxmayaraq müsəlman əhalinin ən geniş şəkildə Asiya qitəsində yaşadığını ortaya qoyan araşdırmaya görə, dünyadakı müsəlman əhalinin yüzdə 60-ından çoxu Asiya qitəsində yaşayır. 

      MÜSƏLMANLARIN AZLIQTƏŞKİL ETDİYİ ÖLKƏLƏR 
      Araşdırma nəticələrinə görə, dünyadakı müsəlman əhalinin 5-də birini meydana gətirən 317 milyon İslam mənsubumüsəlmanların azlıqda olduğu ölkələrdə yaşayır.
      Azlıq təşkil edən müsəlmanların 4-də 3-ü Hindistan (161 milyon), Efiopiya (28 milyon), Çin (22 milyon), Rusiya (16 milyon), Tanzaniyada (13 milyon) məskunlaşıb.


      AVROPA-dakı MÜSƏLMANLARIN SAYI NƏ QƏDƏRDİR? 
      Araşdırmanın digər təəccüblü nəticələrinə görə, Avropa qitəsinin cəmi əhalisinin 5-də birini müsəlmanlar təşkil edir.
      Avropada yaşayan müsəlman sayını 38 milyon olaraq göstərən araşdırmada 4 milyon müsəlmanın Almaniyada yaşadığı məlumdur. Araşdırma nəticələrinə görə, Fransada yaşayan müsəlmanların sayının Almaniyadakılardan daha az olduğunu, buna qarşı bu ölkədəki müsəlman əhalinin ölkənin ümumi əhaliyə nisbətinin Almaniyadakından daha yüksək olduğunu göstərir.

      Regionlar üzrə müsəlmanlar bu cür bölünüb: ən çox müsəlman Asiyada yaşayır (1 milyard 179 milyon), sonra Afrika (518 milyondan çox), Avropa (təqribən 50 milyon), Şimali və Cənubi Amerika (10 milyondan çox), Avstraliya və Okeaniya (0,7 milyon).
      Müsəlmanlar 39 ölkədə əhalinin böyük əksəriyyətini (80%-ni), 13 ölkədə isə əksəriyyət (50-79%) təşkil edir. 15 ölkədə müsəlmanlar mühüm rol oynayırlar (20-49%). İslam dininə sitaiş edənlər 33 dövlətdə azlıq şəklində yaşayırlar (5-19%). 57 dövlətdə isə ayrı-ayrı İslam icmaları formasında təmsil olunur (1%-dən az).

      Müsəlmanların mütləq sayı üzrə ölkələrin qabaqcıl onluğu belədir:

      İndoneziya – 221 milyon
      Hindistan – 177 milyon
      Pakistan – 176 milyon
      Banqladeş – 144 milyondan çox
      Nigeriya – 88 milyondan çox
      Misir - 79 milyondan çox
      İran -77 milyondan çox
      Türkiyə - 74 milyondan çox
      Efiopiya - 46 milyondan çox
      Əlcəzair - 36 milyondan çox

      Sudan, Çin, İraq, Mərakeş, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Özbəkistan, Yəmən və Tanzaniyada hər birində 20-30 milyon müsəlman yaşayır.
      Ölkədə yaşayan müsəlmanların ümumi sayına görə (18 milyon 500 min insan) dünyada 21-ci yerdə Rusiya dayanır. Rusiyada müsəlmanların sayının artmasına səbəb Rusiyada yaşayan müsəlman ailələri arasında yüksək doğum göstəricisi və İslam ölkələri (Orta Asiya, Qazaxıstan və Azərbaycan) nümayəndələrinin buraya miqrasiyasıdır.

       

      ƏN ÇOX MÜSƏLMAN OLAN ÖLKƏ 
      Dünyada müsəlman əhalinin ən sıx olduğu ölkə İndoneziyadır.Araşdırmada bu ölkədə yaşayan müsəlman əhalinin bütün dünya əhalisinin yüzdə 13-ünü təşkil etdiyi ortaya çıxıb. 

      İNDONEZİYA NECƏ İSLAMLAŞDI?

      Könlü İslamın gözəllikləriylə yoğurulmuş, parça ticarəti ilə məşğul olan müsəlman bir tacir günlərin birində parçalarını bir gəmiyə yükləyərək İndoneziyaya gedir və orada məskunlaşaraq ticarətinə davam edir.

      Gətirdiyi keyfiyyətli parçalar xalqın tələb etdiyi cinsdən idi. Özü isə qənaət sahibi bir mömin olduğu üçün: “qoy qazancım az olsun, lakin təmiz və halal olsun” düşüncəsində idi. Bu səbəblə bir malı dəyərindən baha satmağa əsla meyil etmirmiş. Qısa zamanda zəngin olmağın xəyal və ehtirasına qapılmadan həyatını davam etdirir.

      İşə gec gəldiyi bir gün satıcının satdığı mallardan çox yüksək qazanc əldə etdiyini görür və aralarında bu dialoq cərəyan edir:

      - Hansı parçadan satdın?

      - Bu parçadan.

      - Neçəyə satdın?

      - On axçaya.

      - Necə yəni? Beş axçalıq parçanı on axçaya necə satdın? Alan adamın haqqına girdik. Görsən tanıyarsanmı həmin adamı?

      - Bəli, tanıyaram!

      - Elə isə dərhal get və o müştərini tapıb bura gətir. Vaxt itirmədən onunla halallaşmalıyam.

      Dəzgahdar gedir və müştərini tapıb gətirir. Dükan sahibi müştərini qarşısında görən kimi ondan halallıq istəyir və satıcının aldığı pulun artığını da müştəriyə uzadır. Müştəri isə daha əvvəl heç qarşılaşmadığı bu gözəl rəftar qarşısında böyük bir heyrət içində qalır. Öz-özünə; “Haqqını halal et!” cümləsinin mənasını anlamağa çalışır.

      Bu hadisə tezliklə dildən-dilə gəzir. Çox keçmədən də kralın qulağına çatır. Nəhayət, kral parça tacirini saraya çağırtdırır və:

      “- Sizin etdiyiniz bu hərəkəti daha əvvəl biz nə eşitdik, nə də gördük!.. Sizin bu halınız bizim üçün müəmma oldu. Bunu izah edərsinizmi?”, -deyə soruşur.

      Tacir isə ədəblə:

      “- Mən müsəlmanam. İslamda mülk Allahındır. Qul yalnız əmanətçidir. Həmçinin İslamda haqsız qazanc, faiz, istismar, gabnı-fahiş (aldatmaq surətiylə dəyərindən çox baha satmaq) və cəmiyyətin zərərinə olan bütün satışlar qadağandır. Bu alverdə isə müştərinin mənə haqqı keçmişdi. Bu səbəblə qazancıma haram qarışmışdı. Mən yalnız bir səhvi düzəltdim”, -deyərək cavab verir.

      Bu cavabdan razı qalan kral:

      “- İslam nədir, müsəlman olmaq üçün nə lazımdır?” kimi sualları ardarda yağdırmağa başlayır.

      Tacir də bütün sualları bir-bir, şirin dillə cavablandırır.

      Belə bir dinin varlığını bu vəsiləylə ilk dəfə eşidən kral, çox vaxt keçirmədən İslam ilə şərəflənir. Daha sonra qısa bir müddət ərzində xalq da müsəlman olur.

      • Hits: 1084 clicks

      Tecox component by www.teglo.info