Nümunə Və Öndər Şəxsiyyət / Ahmet TAŞGETİREN

      Share

      O, bizim dünyamızın məhvəridir. O, həyatımızın istinad nöqtəsi, gəzib-dolaşıb gedəcəyimiz son yer, müraciət edəcəyimiz lider, sığınacağımız liman, təsəlli tapacağımız iqlimdir.

      O, Allahın kainata hədiyyəsi...

      O, Peyğəmbər...

      Ən doğru xəbərin daşıyıcısı.

      Ən gözəl həyatın model şəxsiyyəti

      O, Şəxsiyyəti ilahi tərbiyədə toxunmuş öndər

      Elə bir kitab ki, hansı hecasına sarılsanız, sizi hidayətə aparacaq, sizə bir dirilik bəxş edəcək.

      Hər cümləsində bir həyat modeli tapacaqsınız.

      O, mücərrəd bir kəlam deyil, bir həqiqətdir. 63 il mənalı yaşamış bir insan. 63 ilin hər anında, ilahi tərbiyənin süzgəcindən keçmiş gözəllik saçan bir insan...

      Bir uşaq, bir yetim, bir gənc, bir ata, bir yoldaş, bir tacir, bir komandan, bir dost, bir dövlət başçısı, bir müzəffər, bir məğlub, əziyyət və sevinci yaşamış bir rəhbər...

      Nəzarətdə bir insan...

      Gün ortasında bir həyat...

      Gülümsəməsindən yeriyişinə qədər həyatının hər anı qeydə alınan və milyarlardca artan bir insan. Hər oxunan, əsrlərcə oxunan, milyarlardca oxunan bir insan....

      Beləcə oxuanacağını bilən və o məsuliyyətlə yaşayan bir insan.

      Hardan baxsan, oradan nümunə götürə biləcəyin birisi.

      Onun çox dəqiq bir tərifi var:

      Yaşayan Quran

      Quran nə isə, O, şəxsiyyətində toplamış bütün ilahi nümunələri. Elə bil ki, Quranın inşa edəcəyi cəmiyyət modeli, Onun həyatının anlaşılmış, rəngarəng, cizgilənmiş izləri olmuş. O hər mömündə yaşayır... Həyatımzın fəth edilməsi demək, Onun rəngarəngliyilə yenidən meydana gəlmək demək. Bir cəmiyyətin İslama görə nizamlanması demək, Onun könül dünyasının bir cövhər halında şəhərin və cəmiyyətin damarlarında axması demək.

      O bizə canımızdan daha əziz olmalıdır. Çünki evimizin mənası Odur. Ruh Onunla birləşmişsə, sevdasına qovuşmuş deməkdir. Onu sevmişssə, sevGini tapmışdır. Ona çatmışsa, demək ki vüsalına çatmışdır.

      Bu gün biz yox isək, demək ki Onu həyatımıza daşıya bilmədiyimiz üçün yoxuq. Gözlərimiz Onun gözü ilə baxmadığı, qulaqlarımız Onun qulağı ilə eşidmədiyi, dodaqlarımız Onun mərhəmət saçan danışığına hesablanmadığı, ürəklərimiz Onun qəlbinin ahənginə tutuşmadığı üçündür.

      İslam ümməti bir çətilnliklə qarşılaşmışsa, Onun o mübarək əlləri ilə inşa edilmədiyi, əllərimiz Onun əlinə oxşamadığı üçün çətinlikdəyik.

      Evlərimiz onun səadətli evinə  oxşamırsa, demək ki onun kərpici İslam cəmiyyətinin bir kərpici ola bilmir. Məscidlərimiz Məscidi Nəbəvidən zərrə qədər təsirlənməmişsə, çətinlikdədir. Müəssisələrimizin toxumu Darül-Əkramla birlikdə atılmamışsa, üstünə Mədinə qurulamaz.Və hər birimiz, Onun Peyğəmbərlikdən başqa sadə bir mömün olaraq hiss etdiyi məsuliyyəti hiss etmirsək özümüzü itirərik.

      Məhəmməd ümmətinin izzətini daşıya bilməməyimiz, Onun tərbiyə etdiyi nəslə kifayət qədər oxşaya bilmədyimiz üçündür.

      14 əsri keçib, Onun qəlb aləminə girmək kimi bi çabamız olduğunda, buradan oraya bir qəlb yolu tikə bildiyimizdə, oradan nəqşlənmiş həyat nümunələri gətirdiyimizdə ümmət məktəbinə yazılmış olacağıq.

      "Məhəmməd Kitabı"nı oxuya biləndə, ümmət olacağıq.

      O tək başına başladı. Amma ürəyi, kainatı içinə alacaq qədər böyük açılmışdı. "Gəlin" deyərkən, bil ki bütün dünyanı çağırırdı. İnsanı, cini çağırırdı...

      Qapı qapı gəzəndə, könlündə hamıya yer vardı. Üstünə dəvə içalatı atılanda, daşıdığı məsuliyyətin bu kimi işlərlə bitməyəcəyinə inanırdı.

      Ən qatı qəlbləri belə yoxladı yumuşaltmaq üçün...

      Bir mübarizənin fərdi olmaq üçün ona baxmaq lazımdır. Onun, Ilahi doğruluqla bəzədilmiş qəlbinin dəyərinə..

      O dəyərin ətrafında pərvanə olsaq, ona vurulsaq, ona tərəf qaçsaq, ondan qidalansaq, ondan güç alsaq...

      Onun ürəyi kimi bütün bir dünyaya açılan kainat çərçivəsində bir qəlb axtarışına başlasaq, bizlər də bir ikən min olarıq, dövrləri aşıb gələrik.

      O, əlaçıqdı. Həlimdi, şəfqətli və mərhəmətli idi. Cəladətli, rifq sahibi idi. Ülfətli idi. Mötədildi. Öfkəsini udandı. Gülümsəyəndi. Sevgi göstərməkdə hiss ediləndi. Sevəndi. Mükrimdi, müşfiqdi.

      Və daha necə xislətlər, və daha necə gözəllikdə yaradılan cəmal.

      Bütün bunlar, bir vəzifə insanının vəsfləridir. Dünyanın harasında bir neçə nəfər bir yerə yığılmışsa, bu vəsfləri daşıyan insanların ətfarında həqiqət meydana gəlmişdir.

      O, bütün bunları şəxsiyyətində kamal nöqtəsinə daşıyan idi. Bu gün bizi bir ümmət olaraq birləşdirən bağlar, Onun şəxsiyyət vəsflərindən üstümüzə düşən qırıntılar olmalıdır. Əli açıqlığından bir pay almışıqsa demək ki biz də beləyik. Sevgisindən ürəyimizə bir qırıntı düşmüşsə, bir birimizə istəyimiz vardır. Helmimiz, şəfqətimiz, xoşgörülü olmağımız, təbəssümlərimiz.... Ondan qalan gözəlliklər... Bizi gözəlləşdirən nədənlər...

      Yaşayan Quran nə deməkdir?

      Prinsip insanı olmaq deməkdir.

      Yəni liderliyin ən birinci şərti.

      Rəbbin seçib bəyəndiyi bəndə olmaq deməkdir. Hər davranışında, Rəbbin rizasına yönəlmək deməkdir. Hər davranışı, Rəbbin rizasına təqdim etmək üçün seçilmiş olmaq demək.

      İnsanlara gətirdiyi yolu, birinci və həmişə həyatında yaşamaq demək. İbadətdə ən birinci olmaq demək.

      Və bu səbəblə, Rəbbin nəzərini həmişə hiss etmək deməkdir. Hər an yoxlama halı demək... Hər an diri olmaq demək.

      "Rəbbim məni mənə buraxma" deməkdir... deyəbilmək...

      Bu, bir şüşə fanusu kimi içi və çölü bir olmaq deməkdir.

      Bir tarix şəxsiyyəti deyildi O.

      O, qiyamətə qədər bütün dövrlərin rəhbəri idi. Yəni bizim və bizdən sonrakıların. İnsan, onun liderliyində insanlığını idrak edəcəkdi. Ondan sonra... Tarix həmişə onun ətrafında yazılacaqdı.

      Heç Onu unutduğunuz olur?

      Günləriniz Onsuz keçirmi heç?

      Onun yeri həyatımızda nə qədərdir?

      Onu nə qədər sevirik?

      O, nə qədər evimizin qonağı olur?

      Evimizi nə qədər Darül Əkram kimi hiss edirik?

      Uşaqlarımız Onun haqqında nə bilir?

      İstər öz həyatımızı istərsə də uşaqlarımızın xarakterini qidalandırarkən, bu nöqtədə Onun nə qədər gözəlliyi var?

      Onu sevmək, Onu özün bilmək, onunla bütünləşmək, eyniləşmək... Bunlar, hər çağın sevda əhlinin əsas xüsusiyyətləridir. Onların karvanına qoşulmaq. Elə ürəyimizi belə bir atəş yandırmalıdır. Rəbbimizə dua edirik bunun üçün... Ey Rəbbimiz bizi eşq əhli et. Sənə və Həbibinə...

      Eşq imiş hər nə var aləmdə...

      Qeyrisi bir qil-ü qaal imiş ancaq...

      Rəbbim! Bizə eşqə dözəcək qəlblər nəsib et.

      Amin.

       

      • Hits: 1125 clicks

      Tecox component by www.teglo.info