Gəncliyi Gənclərdən Soruşduq

      Share

      1) Sizcə ideal bir gənc necə olmalıdır?

      İdeal gənc yüksək keyfiyyətlərə malik olan gəncdir.

      Həyatda ideal insan az olduğu üçün, ideal gənci də tapmaq çox çətindir. Hər bir insan ideal gənc kimi formalaşa bilməz.

      Bu həmin gəncin özündən asılıdır. İdeal gəncin mənəviyyatı zəngin olmalı, yüksək əxlaqı dəyərlərə sahib gənc olmalıdır. O, həmçinin yüksək təhsilə, dünya görüşə malik gənc olmalıdır.

      2) Azərbaycan gənclərinin ən problemi nədir və necə həll etmək olar?

      Azərbaycan gənclərinin problemi çoxdur. Bu haqda çox danışmaq olar. Hazırki dövrdə Azərbaycan gənclərinin ən böyük problemi şübhəzis ki,işsizlikdir. Bu gün yüksək səviyyədə ali təhsilə malik olan gənclər işsizdirlər, xarici ölkələrə işləməyə gedirlər, səbəbi nədir? Səbəb Azərbaycanda kifayət qədər iş yerlərinin olmamasıdır. Azərbaycanda iş problemini həll etmək üçün ilk növbədə emaledici sənayeni inkişaf etdirmək, zavod və fabriklərin sayını çoxaltmaq lazımdır. Mən inanıram ki, yaxın gələcəkdə bu problem həll olunacaq.

      3) Bir gənc kimi üzərinizə düşən vəzifəni icra etdiyinizə inanırsınızmı?

      Hələlik xeyr. Çünki mən gənclik həyatımda ilk addımlarımı atıram. Üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün ideal bir gənc kimi formalaşmalıyam. Bunun üçün ilk növbədə yüksək təhsilə, dünyagörüşünə malik olmaq lazımdır. Şüphəsiz ki, məndə çalışacağam sadaladığım bu keyfiyyətlərə yiyələnim və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirim.

       

      Şaiq Əliyev

      BDU İlahiyya fakultəsi

      I kurs tələbəsi

       

      1) Sizcə ideal bir gənc necə olmalıdır?

      İdeal bir gənc mənəvi milli dəyərlərə bağlı olub hər yerdə,  hər zaman nəinki öz xalqının, dövlətinin eyni zamanda insanlığın  səadəti, xoşbəxtliyi üçün çalışan, mənəviyyata , əxlaqa sahib bir gənc olmalıdır.

      Qısaca, ideal gənc ideal insan olmağa çalışmalıdır.

      2) Azərbaycan gənclərinin ən problemi nədir və necə həll etmək olar?

      Mənəvi milli dəyərlərimizdən uzaqlaşdırılma gənclərin ən mühüm problemidir. Bu gün həyatın  bir çox sahələrində insanlığa maddi hisləri aşılayan həyat yaşadılır. Azərbaycan gənclərinin Azərbaycan  qala həyatının hər anı  maddi hislərin təşviqi ilə keçməkdədir.

      Maddi hislərin coşdurulması əvəzinə, mənəviyyatmıza milliliymizə, özümüzə qayıdacağımız bir həyatın içinə atılmaq bu problemin həlinin  başlanğıcı da ola bilər.

      3) Bir gənc kimi üzərinizə düşən vəzifəni icra etdiyinizə inanırsınızmı?

      Zamanla gənclərmizə lazımı qayğının olmaması və sistemli təhsilin yoxluğu bir çox gənclər kimi mənimdə  üzərimə düşən vəzifənin nöqsanlı icarsına gətirib çıxarır. İstər orta, istər ali təhsil zamanı bir sıra neqativ halların, sistemsizliyinin olması  gənclərmizin öz layiqli yarini tutmamasına və nəticə etibarı ilə vəzifəsini layiqincə icra etməməsinə yol açmaqdadır. Bu isə gənclərmizin özünə inamının azalmasıyla nəticələnməkdədir.


       

       

       

      Samir Həmzəyev

      Xəzər Universiteti Hüquq fakultəsi

      III kurs tələbəsi

       

      1) Sizcə ideal bir gənc necə olmalıdır

      Məncə "Ideal bir gənc həm mənəvi, həm də maddi tərəfdən özünü mükəmməl bir səviyyədə formalaşmaq iddiasında olan bir gəncdir." Əgər bir gənc elm cəhətindən müəyyən qədər uğur qazanmış fəqət mənəviyyat baxımından kasaddırsa  Bu gənc bir ulduz ola bilər fəqət günəş kimi yox. Deməli həm elm, həm də vicdan baxımından biz bütün olmalıyıq.

      2) Azərbaycan gənclərinin ən problemi nədir və necə həll etmək olar?

      Təəssüf ki. Müasir gəncliyimiz arzu olunmaz bir həyat yaşamaqda və bununla yanaşı bir çox problemlərlə qarşılaşmaqdadır.

      "Diplomlu işsizlərin" gündən-günə artması göz önündədir. Əgər gələcək üçün sağlam bir gənclik yetişdirmək istəyiriksə,  ilk növbədə gəncliymizi mənəvi baxımdan daha kamil formalaşdırmağa çalışmalıyıq.

      3)Bir gənc kimi  üzərinizə düşən vəzifəni icra etdiyinizə inanırsınızmı?

      Hal hazırda tələbə olduğum üçün əsas vəzifəm bu gün  sabahımı işıqlandırmaq üçün mənə yaradılmış bütün imkanlardan maksimum səviyyədə istifadə etmək, hər tərəfli bir gənc kimi özümü yetişdirməyə çalışmaqdır. Hər zaman buna müvəffəq olmasam belə daim bu düşüncə içində olmağa çalışıram. Və aşağıdakı iki misrayla bütün gənclərə səslənərək. Bizim kim olduğmuzu bir daha xatırlatmaq istərdim;

      Ey gənc sənsən mənim yeni sabahlarıma doğacaq bir ümüd səhəri.

      Ey gənc sənsən mənim Vətənimin üfüqlərində parlayacaq zəfər günəşi.

       

      • Hits: 711 clicks

      Tecox component by www.teglo.info