155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət ŞİRİNOV / RAMAZAN "TƏTİLİ"

    PDF faylını alÇapE-poçt

      Share

           Sekluyarizimin hökm sürdüyü bu dünyamızda insanların ən çox istifadə etdiyi ifadələrin və ən çox ehtiyac hiss etdiyi xüsusların başında demək olar ki, tətil məsələsi gəlir. Tətil ərəfəsində olduğumuz görə mömin şəxsin tətilə nə qədər ehtiyacı olduğu və ehtiyacı varsa necə və harada dəyərləndirəcəyi barəsində olacaq bu aykı yazımız.

           Tətilin məğzini anlamaq üçün kəlmənin kökünə bir nəzər salaq. Tətil kəlməsi “Ətalət” kökündən törəmişdir. Ətalət, yaramamaq, boş, fəaliyyət xarici” deməkdir. İslam dini nöqteyi-nəzərindən dəyərləndirsək əslində tətilər müsəlmanların həyatında yer olmadığın ifadə etsək yanılmarıq yəqin ki. Çünki iyirmi dörd saatını ibadət və qulluq  mşüuru çərçivəsində və yaxud bu şüra əsasən almış qərarlara əsasən tənzimləyən bir bəndə üçün “səbəkə xidməti xaricində olmaq” “boş durmaq” mənasına gələn tətil yaraşmaz. Tətil əvəzinə bir müddət dincəlmək yaraşar müsəlman şəxslərə.

           Müsəlmanın tətili (dincəlməsi) bir işdən başqa işə keçmək, yəni işlərinin yerlərini dəyişmə mənasını daşımalıdır. Bu mənada günlük həyatındakı beş vaxt namaz ruhu dünyəvi məşğuliyyətlərdən azad edərək başqa aləmdə təkamül yolçuluğuna davam etməkdir. Yəni məşğuliyyət daxilində dinlənmək, tətil etməkdir.

           Tətil (dincəlmə) bir müsəlman üçün vaxtı və pulu israf etmək deyil, əksinə yeni mənəvi təkan və ruh qazanma fürsətləri olmalıdır. Bəzi mötəbər şəxslərin də ifadə etdiyi kimi, möminin tətili axirətdə olmalıdır. Heç bir dini mənbə tətildə dini vəzifələrə ara vermək və yaxud ibadətlərdə güzəştə getməklə əlaqəli məlumat yoxdur. Bu da onu göstərir ki, axirətini qazanmaq istəyən bir mömin tətilsiz çalışmalı və dünyəvi tətilləri bu mənada fürsət bilərək dəyərləndirməlidir.

           Tədris, vəzifə, iş kimi dünyəvi məşğuliyyətlərdə yorulan müsəlman, dincəlmək üçün bir müddət bu işlərdən uzaqlaşınca dini həssasiyyətlərə riayət etməlidir. Bir müsəlman sadəcə o işlə məşğul olmamaq üçün “ətalət”də olmalıdır. Bunun xaricində Allaha, ailəsinə, cəmiyyətə qarşı vəzifələri lazımı şəkildə icra etməlidir. Gözəl olardı ki, dincəlmək istəyən bir müsəlman, kapitalist zehiynnətin məhsulu olan müxtəlif tətil bölgələrində, halal - haramın, məhrəm - naməhrəmin bir-birindən ayırd edilə bilməyən məkanlarda dincəlmək məqsədi ilə ruhunu yormaqdansa, ümrə ziyarəti və yaxud da digər müqəddəs məkanları ziyarət edərək həm ruhunu həmdə bədənini dincəltsin. İslam insandan fitrətinə uyğun ehtiyacları tətmin etməsinə icazə verir. Spirtli içkilər, siqaret, narkotik maddələr, qumar kimi mənfi “xəstəliklər” insan fitrətinə uyğun deyil. Musiqi, idman oyun isə insan fitrətinə uyğundur. İnsanın ruhunu və bədənini inkişaf etdirir. Bu baxımdan İslam dini bunlarda həddi aşmamaq, ibadətlərə mane olmamaq və haramda istifadə edilməməsi şərti ilə icazə vermişdir. Həzrət Peyğəmbərin (ə.s.s) həyatında onun xanım Aişə (r.ə) ilə qaçış müsabiqəsi keçirdiyi, bayram günüdə xanımına, özü də otaqda olduğu halda iki qızın ifa etidyi musiqini dinləməyə icazə verdiyi hamımıza məlumdur. Tətildə bu kimi fəaliyyətlər də tərtib edərək dincəlmə fürsəti əldə edə bilərik.

           İslam dünyası Ramazan ayı ərəfəsinədə, ona qovuşma həyacanı ilə yaşayır. Tətil mövsümünə təsadüf etməsi müsəlmanlar üçün bir başqa həyəcan vasitəsidir. Bütün müsəlmanlar fiziki tətillərini edərək mənəvi tərəqqilərini artıracaqdır bu ayda. İş yükü bəhanəsi ilə və digər səbəblərdən oruclarını tuta bilməyən müsəlmanlar üçün bir fürsət yarandı bu il. Hər bir müsəlman ələlxüsus tətil havasına düşərək namazlarını və digər ibadətlərini göz ardı etməməli, istirahət bəhanəsi ilə bunlara laqeyd qalmamalıdır. Əksinə daha çox ibadət etmə fürsəti olsun hər bir müsəlman üçün bu Ramazan. Bu Ramazan hər birimiz üçün əslə qayıdış vəsiləsi olsun və bu ayda yaşadığımız həyəcanı bütün həyatımıza yayma fürsəti olsun. Tətil günləri hər birimiz üçün Qurani-kərimi xətm etmə fürsəti verir. Xülasə, tətillə müsəlmanlar üçün ətalət vasitəsi deyil, mənəvi tərəqqi fürsətləridir. Qeyd edəcəyimiz hədisi yuxarıda söylənən fikirlər çərçivəsinədə dəyərləndirək. Belə buyurur, Allahın Elçisi (ə.s.s):

           “Qiyamət günü bu dörd şey soruşulmadan heç kim yerindən tərpənməyəcək:

      - Ömrünü harada keçirdin?

      - Ömrünü harada istehlak etdin?

      - Malını haradan qazandın?

      - Malını harada və hansı yolda xərclədin?” (Tirmizi, Qiyamət 1.)

           Elə isə hər bir müsəlmanın borcudur ki, vaxtına,malına, xərclərinə diqqət yetirsin. Ələlxüsus tətil mövsümündə bu barədə şeytanın tələ sinə düşməsin. Gəlin hamılıqla Hədisdə qeyd olunan dörd xüsusun lazımı şəkildə cavabını vermək üçün çalışaq və bu çizgidə həyatımızı tənzimləyək. 

      • Hits: 1173 clicks

      Tecox component by www.teglo.info