Kafkasyadan Geçen Bir Rüzgar / Eşref TANDOĞAN

      Share

      O, BİR QURAN AŞİQİ İDİ

      Mənim zehnimdə onunla bağlı hər şey Ağdaşdakı məktəbimizdə dost söhbətlərində və müəllim toplantılarında tez-tez dilə gətirilən bir istəklə başladı: Bizə bir ağsaqqal müəllim lazımdır…

      Uzun sözün qısası, 2004-cü ildə Ənvər Duman xoca təşrif buyurdu. 

      Yolunu gözlədiyim insan olduğu üçün onu təqib etməyə başladım. Bir tərəfdən istəyimin gerçəkləşməsinə sevinir, digər tərəfdən onunla birlikdə vaxt keçirməyə çalışırdım. Ənvər xocanın dərs proqramına müdaxilə edib, dərs proqramının xəfif tutulmasını, həftə ərzində bir gününün də boş keçməsini təklif etdim. Bir çox yerə onunla getməyə çalışırdıq.

      Şamaxının Mədrəsə kəndindəki məscidə mövlud oxumaq üçün çağırmışdılar. O gün xocanın performansı çox yüksək idi. Bəzi səbəblər üzündən bir müddət kürsüyə çıxmamış, yığılan enerjisini burada sərf etmişdi. Qurani-Kərim, mövlud, ilahi, qəsidə və vəzin arxasından salə oxuyaraq bizi məst etdi.

      Ənvər xoca oxumasıyla, şirin söhbətləriylə başda biz olmaqla bütün tələbələrin və xalqın qəlbində bir taxt qurmuşdu sanki… Şəhərdə nə isə almaq üçün hər hansı bir dükana girdiyimiz zaman satıcıların: “Sizin məktəbdə işləyən ağsaqqal bir kişi var. Mən onun xətrini çox istəyirəm, məndən ona salam deyin, nə olar!” xitabıyla çox qarşılaşdıq.

      Ramazanda burada adət etdiyimiz kimi minarədən Qurani-Kərim oxudulur, bununla yanaşı on beşinə qədər Ənvər xocanın “Xoş gəldin, ey Şəhri-Ramazan!”, on beşindən sonra da “Əlvida” qəsidəsini dinlətmişdik xalqa. Ona qulaq asdıqca yaşanan xatirələrlə birlikdə bir də qürbət həsrəti yandırırdı içimizi…

      Söhbətlərinə gəlincə, həyat hekaələri və qissələrlə bəzədiyi söhbətləri çox xoş idi. Hələ onun ölümü sevdirən yas mövzuları… Bu söhbətlərinə Mövlananın ölümə baxış tərzi hakim idi… Xitabətiylə yas məclislərində bu duyğunu yaşadır, xüsusilə cənazə yaxınlarının qəlblərinə rahatlıq gətirirdi. Tez-tez Nəcib Fazılın bu misralarını oxuyurdu:

      Ölüm gözəl şey, budur pərdə ardından xəbər

      Heç gözəl olmasaydı, ölərdimi Peyğəmbər?..

      Mərhum Ənvər xocanın vətəndən kənardakı halını məşhur qarilərdən birinin həyat hekayəsində oxuduğum bir xatirəsiylə danışıram dostlara… bu böyük Quran ustadı dövləti tərəfindən göndərildiyi başqa bir müsəlman ölkəsində xalqın ondan qiraətdən sonda dərs istəməsini və hər cümə xütbə oxumasını tələb etmələriylə qarşılaşır. O, “Mən sizə ancaq Quran oxumaqla vəzifələndirildim.” -dedikdə  camaat belə cavab verir: “Allahın sizə verdiyi ən gözəl nemət eyni anda alim və qari olmanızdır. Bundan biz də istifadə etmək istəyirik.” Bu sözdən sonra Quran hafizi təsirləndiyini söyləyir. Və: Gözəl oxuyan, gözəl danışan eyni zamanda öz ölkəsinin və dinin dünyadakı ən gözəl təmsilçisidir. 

      Ənvər xocanın rolu bu idi.

      Biz Ənvər xocadan dərs aldıq, ibrətlər aldıq, ləzzət aldıq, çox şey aldıq. Daima ondan faydalandıq… Allah da onu faydalandırıb Nəim cənnətlərinə qoysun! Amin!

      Müəssisəmizdə müəyyənləşdirməyə çalışdığımız tədris hədəflərimizin formalaşmasında xocanın rolu əvəzsizdi. Hədəfimiz gözəl oxuyan və gözəl danışan, gözəl əxlaqlı tələbə yetişdirmək idi. Bu anlayışla yüzlərlə tələbəmiz məzun old. Həyəcanlı və istəkli səylərlə keçirilən münazirələr, bilik, azan və Quran yarışmaları, xüsusilə təhsil ocağımızda 10-a yaxın məqamlarda oxunan azanlar, qazanılan təcrübələrlə yanaşı unudulmaz anlar qalacaq yadımızda…

      Cəmiyyətdəki hər təbəqədən insanla yaşadığı anlarını və təcrübələrini bizimlə paylaşması ən çox həsrət çəkdiyim tərəflərindəndir. 

      Məktəbimizdə dördüncü mərtəbədə olan müəllimlər otağımız onun ricasıyla ikinci mərtəbəyə keçirilmişdi. Mərhum Allah dostu Hacı Bulud babanın türbəsinə bir az daha yaxınlaşmışdıq. Xocam hər səhər dərs üçün buraya çıxdıqda əvvəlcə pəncərənin qabağına yaxınlaşır, Fatihə oxuyur və bizimlə söhbətə başlayardı. Dəfələrlə dediyi bir söz vardı: “Mən burada vəfat etsəm, Hacı Bulud babanın yanında dəfn edin.”

      Əliylə və diliylə comərddi, səxavətli idi. Cibindəkini və əynindəkini rahatlıqla verə bilirdi. Diliylə səxavətli idi. Gözləmədən oxuyardı, o varkən oxumaq üçün adam axtarmazdıq. Heç kimə də “oxu” deməzdik.

      Mərhum Ənvər xoca həyatını ikiyə ayırırdı. Türkiyənin böyük məscidlərində müəzzin olaraq çalışmış, təqaüdə çıxdıqdan sonra 2000-ci ildə Kırım, 2004-2007-ci illər arasında da Azərbaycan… Ancaq Azərbaycanda keçirdiyi üç ilə yaxın bir zamanını digər yerlərdə keçirdiyi ömründən üstün tutardı. Xəstəliyi səbəbiylə 19.12.2006 tarixdə Azərbaycana vida etdi. 

      Ayrı qaldığımız iki il ərzində İstanbulda və kəndləri olan Pamukova Kemaliyedə iki dəfə görüşə bildik. Son görüşümüz 2008-ci ilin avqustunda oldu. Zəng etdik: “istirahət gününüzdürsə sonra gələk”, onun dəvəti və qonaqpərvərliyi israrımıza qlib gəldi…

      Ənvər xocanın oxuyarkən məqamların icrasındakı təbiiliyi diqqətçəkici idi. O, bülbül kimi cəh-cəh vurardı sanki… Onun üçün yazdığım bir misra belə idi:

      “Enver hoca okuor, tüm insanlar dinliyor,

      Kalplerden, kulaklardan kiri, pası siliyor.”

      O, Quran oxuyanda yeri gəldikdə coşar, yeksək səslə oxuyar, yeri gəldikdə də yandırardı. Dağlarda və meşələrdə azan oxuduğundan danışardı. Yüksək səslə oxuyub əks-sədasına qulaq asırmış. Sənətini sevərdi və ondan çox məmnun idi. Hələ ibtidai sinifdə müəllimləri nə olacaqsan deyə soruşduqda müəzzin olacağını söylərmiş. O, bu sözünə sadiq qaldı. Allah onu Hz. Peyğəmbər (s.ə.s)-in müəzzinlər haqqında buyurduğu müjdəsinə nail eyləsin.

      Telefonla son dəfə danışarkən yaz tətilində təkrar görüşəriuk demişdik. Ancaq bu görüşməmiz Allahın qədəri ilə axirətə qaldı. Uca Allahdan bizi Rəsulullahın bayrağı altında və hövuzunun yanında qovuşdurmasını diləyir və bu dünydada böyüklərimizin rəhbərliyindən məhrum etməməsini niyaz edirəm.

      • Hits: 1025 clicks

      Tecox component by www.teglo.info