QARDAŞLIQ SÜURU / Saleh Şirinov

      Share

      Müsəlmanlarla Qardaşcasına Davranmalıyıq

      Allah-Təala buyurur: “Müsəlmanlar qardaşdır.”

      Əziz Peyğəmbərimiz (s.ə.s) də müsəlmanları bir bədənə bənzədir. 

      Onların bir-birini sevməsini, bir-birinə mərhəmət etməsini, bir-birini qorumasını istəyir. Bədənin bir orqanı xəstələndyi zaman digər orqanların da eyni iztirabı hiss etdiyi, buna görə yatmadığı, bütün bədən hərarətinin yüksəlməsi kimi, müsəlmanların da bir-birinin dərdinə şərik olmasının lüzumunu söyləyir.

      Elə bu səbələ də din qardaşlarının bir-birlərinə kin tutmasını, həsəd etməsini, arxa çevirməsini və bir-biriylə əlaqəni kəsməsini uyğun görmür.

      Bir-birinə küssələr belə, bunun üç gündən artıq davam etməsini doğru görmür.

       

      Bir-birini Allah rizası üçün sevmək

      Peyğəmbərimiz (s.ə.s) bu mövzuda belə buyurur:

      İmanın ləzzətini ala bilmək üçün lazım olan üç şərtdən biri, bir-birini Allah rizası üçün sevməkdir.

      Allah-Təala bir-birinə bu qədər məhəbbət duyanları, heç bir kölgənin olmadığı qiyamət günündə ərşinin kölgəsində qoruyacaqdır.

      Allah rizası üçün bir-birini sevən, bunun üçün bir yerə yığışan, bir-birini ziyarət edən və eyni duyğularla bir-birinə yardım və yaxşılıq edənlər Allah-Təalanın sevgisini haqq edəcəklər.

      Peyğəmbər olmadıqları halda, qiyamət günündə peyğəmbərlərin və şəhidlərin belə qibtə edəcəyi kimsələr vardır. Bunlar aralarında qohumluq bağı olmamasına rəğmən bir-birini Allah rizası üçün sevənlərdir.

      O dəhşətli gündə onların üçü parlaq olacaqdır. Nurdan taxtlarda oturarlar. Hər kəs qoxudan titrədiyi zaman onlar heç bir qorxu duymazlar. İnsanlar kədərləndikdə onlar kədərlənməzlər. Çünki “Allah dostlarına nə qorxu vardır nə də kədər.”

       

      Sevdiyini söyləmək

      Peyğəmbərimiz dostu yaxşı seçməyi tövsiyə edərdi; sadəcə möminlə dost olmağı tövsiyə edərdi.

      Bir-birini sevənlərin bu sevgilərini dilə gətirmələrini istəyərdi. Özü də Muaz bin Cəbəl (r.a)-a:

      “Muaz! And olsun ki, mən səni həqiqətən sevirəm” deyərdi.

       

      Yaxşılığa təşəkkür etmək

      Yenə Rəsuli-Əkrəmin bildirdiyinə görə:

      İnsana yaraşan yaxşılığa yaxşılıqla qarşılıq verməkdir.

      Başqasından yaxşılıq görən biri, əlindən gəlirsə o yaxşılığa qarşılıq verməlidir; qarşılıq verməyə maddi gücü yoxdursa, onda ona dua etməlidir.

      Çünki insanlara təşəkkür etməyi bacarmayan, Allaha da şükür etmiş olmaz. Allaha ən çox şükür edənlər insanlara ən çox təşəkkür edənlərdir.

      Başqa bir ifadə ilə, insanlara təşəkkür etməyən Allaha da şükür edə bilməz.

      Əziz Peyğəmbərimiz (s.ə.s) yaxşılıq edənə “Allah səni xeyirlə mükafatlandırsın (cəzəkallahu xayran)” deməyin ən yaxşı təşəkkür olduğunu söyləməkdədir.

      Məkkədən Mədinəyə hicrət edən müsəlmanlara ənsar dediyimiz mədinəli qardaşları çox yaxşılıq etdilər. Bir gün bunu Peyğəmbərimizin yanında dilə gətirdilər və “Mədinəli müsəlmanların bütün savabları alıb apardıqlarını” söylədilər. O zaman Rəsuli-Əkrəm (s.ə.s) onlara ənsar üçün dua Allaha dua etdikləri və gördükləri yaxşılıqları dilə gətirib təşəkkür etdikləri müddətcə, onların da savab qazanacaqlarını xəbər verdi.

      Çünki yaxşlığın qədrini bilməmək, pis bir şeydir.

      Hz. Peyğəmbər (s.ə.s) ərlərinin etdikləri yaxşılığı görməzdən gələn və onlardan heç bir yaxşlıq görmədiklərini iddia edən qadınların bu davranışlarını pisləmiş və onların bu səbəblə cəhənnəmə girəcəklərini xəbər vermişdir.

       

      Hədiyyələşmək

      Peyğəmbərimiz (s.əs.) verilən hədiyyəni qəbul edər, özü də onun qarşılığında hədiyyə verərdi. Hədiyyələşməyin sevgini möhkəmləndirdiyini, qəlbdəki kin və nifrəti yox edəcəyini deyərdi.

      Qonşuların bir-biriləri ilə hədiyyələşmələrini tövsiyə edər, hədiyyə verməyə ən yaxın qonşudan başlamağın əhəmiyyətindən xəbər verərdi. Bu mövzuda xüsusilə xanımlara nəsihət edər, ən sadə bir yemək bişirsələr belə qonşularına göndərmələrini istəyərdi. Özünə belə bir yemək göndərilsə onu qəbul edəcəyini ifadə edərdi.

       

       

      Görüşmək

      Görüşmək sünnədir. Görüşməyə musafaha da deyilir. Əziz Peyğəmbərimiz (s.ə.s) müsəlmanların bir-birləri ilə görüşmələrini istəyərdi. İki müsəlman görüşüncə, hələ ordan ayrılmadan əvvəl günahlarının töküləcəyini söyləyərdi. Səhabələr də bir-birləri ilə görüşərdilər. Buna qarşılıq öpüşməyi doğru görməzdi. Lakin bir müddət ayrıldıqdan sonra yenidən qovuşanların (görüşənlərin) qucaqlaşmalarında qəbahət görməzdi.

       

      Bir-birinə hörmət əlaməti olaraq ayağa qalxmaq

      Məşhur səhabələrdən Sad bin Muaz bir gün Peyğəmbərimiz (s.ə.s)-in yanına getmişdi. Peyğəmbərimiz orada olan ənsara: “Böyüyünüz üçün ayağa qalxın!” buyurdu. Və beləcə hörmətə layiq kimsələr üçün ayağa qalxmağın mümkün olduğunu öyrətmiş oldu. İslam alimləri fəzilətli bir idarəçi və adil bir dövlət adamı üçün xalqın, müəllimi üçün tələbənin ayağa qalxmasını uyğun görmüşlərdir.

      Əziz Peyğəmbərimiz qızı Hz. Fatimə yanına gəldiyi zaman ayağa qalxıb onu öpər, əlini tutaraq “Mərhəba qızım!” deyər və onu öz yerinə oturdardı. Hz. Fatimə də atası onun evini şərəfləndirdiyi zaman onu eyni şəkildə qarşılayardı.

      Böyüklərin haqqını qorumaq bir vəzifədir.

      Bununla bərabər başqalarının özü üçün hörmətən ayağa qalxmasından xoşlanmaq, qürura yol aça biləcəyi üçün çox təhlükəlidir. Peyğəmbərimiz “elə kimsələr cəhənnəmə girməyə hazır olsunlar” buyurmuşdur.

       

       

      Məqalənin hazırlanmasında Prof. Dr. M. Yaşar Kandemirin yazılarından istifadə olunmuşdur.

      • Hits: 795 clicks

      Tecox component by www.teglo.info