Türkiyə Dəyanət Vakfı Bakı Türk Litseyinin Böyük Nəaliyyəti

      Share

      Türkiyə Dəyanət Vəqfi (TDV) Bakı Türk Litseyi Bakı Dövlət Universiteti ilə TDV arasında imzalanmış protokola əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03/08/1994 tarixli 502 sayı əmri ilə açılmışdır.

      Hazırda litseydə 420 şagird var və 64 müəllim bunarın təlim-tərbiyəsi ilə məşgul olur. Litseyin müdiri xaric bütün pedoqoci heyət Azərbaycan vətəndaşlarından ibarətdir və 3 nəfər Azərbaycan vətəndaşı müdir müavini vəzifəsini icra edir. Bundan əlavə personal heyətində bir katibə, bir həkim və üç xidmət personalı kimi işləyir.

      Litseyə orta məktəbin IV sinifini bitirmiş şagirdlər imtahanla qəbul edilir və 7 il burada təhsil alırlar. Hər il may ayının axırında test imtahanı nəticəsinə görə ən yüksək bal toplamış 44-60 şagird litseyə qəbul olunur. Hər 1000 şagird qəbul imtahanında iştirak etsə də bunlardan yalnız 60 nəfəərini qəbul etdiklərini bildirən litsey müdiriyyəti, bunu litsey binasındakı siniflərin azlığı ilə əsaslandırır.

      Litsey müəllimlər də, şəxsən müracət əsasında, ehtiyaca görə və imtahanla qəbul edilirlər. müdiriyyət tərfindən ehtiyac duyulan ixtisasdan müəllimliyə namizəd imtahanı müvəffəqiyyətlə keçibsə onunla bir illik müqavilə bağlanır və müəllim kimi fəaliyyətə başlamış olur.

      Müdiriyyətin qərarına bağlı olaraq ilin axırında müqavilə uzadılır və yaxud sonlanır. Litseydə işləyən müllimlərin 25-i Türkiyə Universtetlərində ali təhsil almış Azərbaycan vətəndaşlarıdır və burada müxtəlif (Fizika, Kimya, Biologiya, Riyaziyyat, Türk dili, Kompyüter, Ixtisas dərsləri, Tarix, Coğrafiya və.s) dərsləri tədris edirlər.

      Reyting səviyyəsi: Litseyin fiziki məkan darlığına baxmayaraq, Azərbaycanın ən reytin yüksək (şagirdlərinin ali məktəbə qəbulna görə) məktəblərindən biridir. Indiyə qədər lityseydən məzun olmuş 192 şagirddən 189-u ölkə ali məktəblərində və yaxud xarici ölkədəki ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər. Bundan əlavə litsey, hər il məzun olan şagirdlərin ali məktəbə qəbul olunması reytinqinə görə ölkədəki təhsil müssisələri arasında ilk üç yeri bölüşdürür.

      2004/2005-ci məzun ili litseyin tarixindəki ən məhsuldar il olmuşdur. Beləki 44 məzunun 44-ü də qəbul imtahanında müvəffəqiyyət qazanmışdır. Bunlardan 20-si 600, 10-u isə 650 balda yuxarı toplamışdır. Bunlardan II qrup şagirdi Orxan SALMANLI, 700 maksimumdan 697 bal alaraq litsey və ölkə tarixində ən yüksək balla bütün qruplar üzrə Respublika birincisi olmuşdur. Hal-hazırda Orta Doğu Teknik Universiteti (Ankara) Menecmetlik Fakültəsinin tələbəsidir. Litseyin I qrup şagirdi də 686 balla Respublika ikincisi, YÖS-də (Türkiyə Universtetləri Imtahanı) Azərbaycan birincisi olmuşdur. Hal-hazırda Orta Doğu Teknik Universiteti (Ankara) Elektronika Mühəndisliyi Fakültəsinin tələbəsidir.

      Ümumiyyətlə, bu ilki məzunların 8-i Türkiyədə 1-i isə Rusyada ali təhsilini davam etdirir.

      Litseyin bütün ehtiyaclarını Türkiyə Dəyanət Vəqfi (TDV) qarşılayır. Müəllimlərin və digər işcilərin maaşlarını, təmir, təchiz və.s bütün xərclər Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən ödənilir. Litsey müəllimlərinə saat hesabına görə əmək haqqı verilir.

       

      • Hits: 1152 clicks

      Tecox component by www.teglo.info