SALEH ƏMƏL / Niyaməddin MÜZƏFFƏROV

      Share

      Yaxşı hərəkət Uca Allahın razı olduğu davranışdır və iki növü vardır: 1-İslam şəriətinə uyğun olması, 2-Ondan məqsədin Allahın rizası və Allaha itaətin olması. Əgər davranış bu iki vəsfi, yaxud bu iki vəsfdən birini itirsə, Allah o hərəkətdən razı qalmaz və nəticə etibarı ilə savabı da olmaz.

      Bəqərə surəsinin 25-ci ayəsində belə buyurulur: “İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər vardır.” Qurtubi “yaxşı işlər” ifadəsini namaz qılmaq və infaq etmək kimi təfsir edərək belə davam edir: “Yaxşı işlər şəri istilahda; Kitab və Sünnənin  dəlili ilə istiqamət üzrə olan bütün əməllərdir. İslam dini cəmiyyətdə insanlar arasında ortaq məxrəci təmin edən iki əsas prinsip ortaya qoyur: 1. İman, 2. Faydalı iş. Saleh əməl hər hansı bir əməl deyil, əksinə Allahın rizasını və insanların faydasını ön planda tutan bütün işlər, saleh əməl dairəsinə daxildir. İnsan sadəcə iman gətirməklə canını qurtarmaz, imanın vacib gördüyü işləri də yerinə yetirməlidir. Bu surənin 82-ci ayəsində isə belə buyurulur: “İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.” İmanın saleh əməl şəklində xaricə əks etməsi zəruridir. İmanlı olduqlarını iddia edənlər bu reallığı qavramalıdırlar. Müsəlman olduğumuzu söyləyən bizlərin bu həqiqətin fərqinə varmağa nə qədər də ehtiyacı var! Xaricə yaxşı əməl şəklində əks etməyən imanın varlığından danışmaq nə qədər doğrudur? Buna görə, “Biz müsəlmanıq” deyəndən sonra cəmiyyətdə əmin-amanlığı təmin etmək və ideal cəmiyyətin ilk şərti olan Uca Allahın təklif etdiyi həyat tərzini cəmiyyətə aşılamaq, Onun şəriətini həyata keçirmək və Onun təklif etdiyi əxlaqı insanlara təlqin etmək hər bir inanan şəxsin müqəddəs borcudur.

      Allah Təala İnsan surəsinin 7, 8 və 9-cu ayələrində belə buyurur: “Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşəti (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” Hicazi bu ayələri belə təfsir edir: “Onlar nəzirlərini yerinə yetirərlər. Hesab günündən qorxarlar. Onlar uca əxlaqlı və kamil kimsələrdir. Oruc, namaz, sədəqə kimi nəzirlərini Allaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirərlər ki, bu da onların imanlarının güclü olduğuna və xeyirdə tanınmalarına dəlil təşkil edir. Bir kimsə nəzirini yerinə yetirərsə, məsuliyyətdən azad olmuş olur. Bununla yanaşı şəri olaraq ona təklif edilən tapşırıqları əda edərsə, təbii ki, bu, onun üçün daha əhəmiyyətlidir. Hətta şəri mükəlləfiyyətlərini ilk növbədə yerinə yetirməsi lazımdır. Beləliklə yaxşı kimsələrin ilk xüsusiyyətləri bunlar olmalıdır. İkinci xislətləri isə onların hesabdan qorxmalarıdır. Bu qorxu onları sağlam əməl işləməyə dəvət, pislikləri və əxlaqsızlığı tərk etməyə təşviq edir. Ağıllı kəslər qiyamət günündən qorxmalıdırlar. Çünki onun şəri və pisliyi kafirlər əleyhinə hər tərəfə yayılacaq. Mömin və yaxşılıq sahibi kəslərin üçüncü xüsusiyyətləri isə onların fəzilətli əxlaqa sarılmaları və yapışmalarıdır. Fəal bir comərdliklə süslənmiş olmalarıdır. Möhtaclara yemək yedirmək onların şüarıdır. Təcrübə ilə sabitdir ki, Allah yolunda möhtaclara yemək yedirmək və infaq etmək o kəsin imanının sədaqətinə bir dəlildir.

      Rəvayətə görə Hz. Əli ilə zövcəsi Fatimə (r. anhə) Rəsulullahın (s.ə.s) nəvələri Həsən ilə Hüseyn sağalsa üç gün oruc tutacaqlarına dair Allaha nəzir dedilər. Allah onların bu ciyərparalarına şəfa verdi. Onlar da üç gün oruc tutdular. Evlərində sadəcə iftar eləmək üçün yeməkləri vardı. Birinci gün günəş batarkən bir nəfər gəlib onlardan yemək üçün diləndi. Bu iftarlıqlarını özlərinin ehtiyacı olduğu halda ona verdilər. Ac olaraq gecələdilər.  İkinci gün yenə axşamüstü bir yetim onlara gəlib yemək üçün diləndi, yenə özləri o iftarlığa şiddətlə möhtac olduqları halda bu yeməklərini o yetimə verdilər. Yenə ac gecələdilər. Üçüncü gün axşam bir əsir gələrək onlardan yemək istəyərək diləndi. Yenə özlərinin o yeməyə artıqlaması ilə möhtac olduqları halda iftarlıqlarını əsirə verdilər. Beləliklə üç gün ardarda yeməksiz oruc tutdular. Buna görə Cəbrayıl yuxarıdakı ayələri Peyğəmbər (s.ə.s)-ə endirdi.

      Hz. Əli kimi liderlərin bu misilsiz hərəkətləri cəmiyyətin birlik və bərabərlik içində yaşamasını təmin edirdi. “Cəmiyyətin ağası cəmiyyətə xidmət edəndir.” (Acluni,  İsmail b. 

      • Hits: 665 clicks

      Tecox component by www.teglo.info