HİKMƏT LÖVHƏLƏRİ / Kamran Məmmədov

      Share

      Çöl Ərəbi  və  ac iti

      Bir bədəvinin iti can verirdi. Ərəb buna kədərlənir və göz yaşı tökürdü:

      - Başıma bu hadisə də gələcəkdi?! deyə fəryad edirdi.

       O əsnada yaxından bir dilənçi keçirdi. Dedi ki:

      - Niyə ağlayırsan? Kimə görə ortalığı vəlvələyə salır, fəryad-fəğan edirsən?

      Bədəvi dedi ki:

      - Çox gözəl xasiyyətli bir itim var. Gözümün qabağında, bax bu yolun üstündə can verir. O, mənim üçün gündüzlər maral ovçum, gecələr isə sadiq keşikçimdi. Gözü açıq, sürətli, aman verməz, tez yaxalayan it idi. Oğrunu yaxın qoymaz, dərhal qovardı.

      Dilənçi soruşdu:

      - İtin dərdi nədir, yaralandımı, niyə ölür?

      Bədəvi cavab verdi:

      - Yaralanmadı. Acından bu hala düşdü.

      Bunu eşidən dilənçi ona belə nəsihət etdi:

      - Bu dərdə, bu bəlaya səbir et. Allah səbir edənlərlə bərabərdir, onlara çox ehsan edər. Ey şərəfli kişi! Əlindəki dağarcıqda nə var?

      Bədəvi dedi ki:

      - Dünən axşamdan qalan çörəyim və yeməyimin artığı. Acanda yemək üçün özümlə gəzdirirəm.

      Dilənçi soruşdu:

      - Niyə bu yeməyi itinə yedirmədin?

      Bədəvi dedi ki:

      - Məndə o qədər mərhəmət hissi yoxdur. Həm də yolda pulsuz çorək tapa bilmərəm, amma pulsuz göz yaşı töküb ağlaya bilərəm.

      Bütün bunları duyan dilənçi belə dedi:

      - Ey içi boş hava ilə dolu olan adam! Demək ki, sənə görə çörək göz yaşından qiymətlidir, eləmi? Halbuki göz yaşının əsli qandır. Onu dərd suya çevirir. Torpaqdan əmələ gələn çörək üçün, boş yerə qan tökməyə dəyərmi?

       

      Çətin anlarda insanın edə biləcəyi işləri etməsi lazımdır. Boş yerə “bunları etmək lazımdır” deyə ağlayıb yalvarmaq heç nəyi həll etməz. Sıxıntı zamanında başqalarını düşünə bilmək nə böyük ilahi lütfdür!!!

      Fərqli Niyyətlər

      Mənəvi yola qədəm qoyan yeni bir tələbə bir gün ev tikdirirdi. Ustadı bir gün gəlib  tələbəsini ziyarət etdi. Evin pəncərəsini tələbəyə göstərib:

      - Bu pəncərəni niyə açdın? -dedi.

      Tələbə belə cavab verdi:

      - İşıq gəlməsi üçün...

      Ustadı niyyətin əhəmiyyətini bildirmək üçün dedi ki:

      - Söylədiyin səbəb işin başqa tərəfidir. Əslində azanı eşıtmək üçün niyyətlənməlisən. Həcc zamanı niyyətin Kabəni görmək olsun. Oraya gedəndən sonra Məkkə şəhərini də görərsən.

       

      Cənnətə getmək üçün ibadət edə bilərsən. Amma Allahın razılığını qazanmaq üçün ibadət etsən, həm də cənnətə getmiş olarsan.

      Aslanı öküz sayan adam

      Bir nəfər kəndli öküzünü tövləyə bağlamışdı. Pələng gəlib tövlədə öküzü yedi. Sonra da öküzün yerində oturdu. Kəndli gecə gəlib qaranlıqda əli ilə öküzünü axtarmağa başladı. Öküz bilib pələngin belini qaşıyırdı.  Pələng də öz-özünə belə deyirdi:

      - Gündüz olsaydı bu adamın ödü partlayardı. Qaranlıqda məni öküz sanaraq necə də qorxuzsuzca qaşıyır.

       

      Allah da “ey məğrur kör!” buyurur. Allah Tur dağına təcəlli etdi dağ param-parça oldu. Allahdan haqqı ilə ancaq alimlər qorxar. Cahil cəsurdur.

       

      İBRƏTLƏR

      Hər şey öz vaxtında məqbuldur

      Bir dərviş Həsən Bəsridən bir şey istəyir. O da tez ayağa qalxıb köynəyini çıxarır və dərvişə verir.

                  - Ey Həsən, evə gedib evdən bir şey versəydin olmazdımı?! -dedilər.

      Həsən Bəsri həzrətləri belə cavab verdi:

                  - Bir dəfə bir ehtiyac sahibi məscidə gəldi və: “Acam!”-dedi. Biz qafil davrandıq və həmin anda yemək gətirmədik. Onu məsciddə qoyub evimizə getdik. Sübh namazına gəldiyimizdə bir də baxdıq ki, zavallı insan vəfat edib. Onu kəfənləyib dəfn etdik.

                  Ertəsi günü qeyri-adi bir hadisə baş verdi. Həmin sarıdığımız kəfənin mehrabda durduğunu və üzərində; “Kəfəninizi alın, Allah qəbul etmədi!” yazıldığını gördük.

                  Həmin gün: “Bundan sonra bir ehtiyac sahibi gördüyümdə onu gözlətməyəcəm və dərhal ehtiyacını qarşılayacağam.” -deyə and içdim.”

      Beş Hərf

      Allah dostlarından Malik bin Dinar buyurur ki:

      - Həccə gedirdim. Yolda bir gənc gördüm. Yanında nə bir minik, nə azuqə, nə də su var idi. Piyada olaraq həccə gedirdi. Ona salam verdim. Salamımı aldı. Ondan soruşdum:

      - Ey gənc adam! Haradan gəlirsən? Cavab çox qısa oldu:

      - Onun yanından!

      Yenə soruşdum: Hara gedirsən?

      - Onun yanına! -dedi.

      - Azuqən hanı? -dedim:

      - Onun təminatı altında! -dedi.

      - Bu yol azuqəsiz və susuz qət edilməz, -dedim.

      O:

      - Mən səfərə çıxanda özümlə beş azuqə olaraq beş hərf götürdüm, -dedi.

      - O beş hərf hansılardır, -dedim.

      Dedi ki:

      - Allah-Təalanın uca kəlamı (Kəf, Hə, Yə, Ayn, Sad) dır.

      Bunların mənası nədir? Dedim. Dedi ki:

      - Kəf-Kafi (Hər şeyə kifayət edən), Hə-Hadi (Yol göstərən), Yə-Muvi (Qorunacaq yer verən), Ayn-Alim (Hər şeyi bilən), Sad-Sadiq (Sözündə duran). Kimin yol yoldaşı hər işi görməyə gücü kifayət olan, yol göstərən, qorunacaq yer verən, hər şeyi bilən, sözündə duran biri olarsa, o adam hər hansı bir şeydən çəkinər, qorxarmı?

      • Hits: 627 clicks

      Tecox component by www.teglo.info