155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    HƏYAT MÜCADİLƏSİ / Hasan Enes ÜNLÜ

      Share

       Həyat mücadiləsi adlı yarışa hamınız xoş gəlmişsiniz!..

      -          Salam. Mənim adım Aynurdur. Dünya ilə yeni tanış oldum. Məqsədim bu yarışmada birincilik qazanmaqdır.

      -          Salam. Mənim adım Zeynəbdir. 18 yaşım var. İstanbulda yaşayıram. Orta məktəbin sonuncu sinfində oxuyuram. 

      Həyatımın məqsədini, bu yarışda nə üçün iştirak etdiyimi hələ bilmirəm. Mənə elə gəlir ki, bir az həyəcan, adrenalinli anlar yaşamaq üçün buradayam. Madam ki, gəldim, dik durmağa çalışacağam. Hamınıza bol şanslar arzulayıram. 

      -          Salam. Adım Həsəndir. 23 yaşım var. Bakıda yaşayıram. Jurnalistika fakültəsində oxuyuram. 3-cü kurs tələbəsiyəm. Burada olmağımın səbəbini bilirəm, amma bəzən nəfsimə məğlub olaraq əsas hədəfimi unuduram. Hər kəsə müvəffəqiyyətlər arzulayıram.

      -          Salam. Adım Mustafadır. 30 yaşım var. Ali təhsilliyəm. Ailəliyəm, bir uşağım var. Bu yarışmaya çox yaxşı çalışdım və qalib olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Hamıya nailiyyətlər…

      -          Salam. Adım Məryəmdir. 80 ildir bu yarışmada iştirak edirəm və bu gün ayrılma vaxtım gəldi. Yarışmadan sonra qiymətləndirmədə iştirak edəcəyəm. Məni nə gözlədiyini bilmirəm. Bu illər ərzində əlimdən gələni etsəm də yenə təlaşlıyam. Bütün yeni başlayanlara müvəffəqiyyətlər arzulayıram. Qiymətləndirmədə görüşmək ümidiylə…

      Doğumdan ölümə qədər hər mərhələsində ehtirasla qalib olmağa çalışdığımız həyat yarışmasına xoş gəlmişsiniz. İlk sualımız:

      İçində olduğumuz, bizi kədərləndirən, güldürən, uşaq edən, şagirə çevirən, yaxşı və ya pis adlandıran həyat nədir desək, cavabınız necə olardı? Bu suala körpə bir uşaq “həyat anamdır” deyər. Çünki anası onun qida mənbəyidir, həyatda qala bilməsi üçün yanında olan ən mühüm varlıqdır. Həyat anadır, ana da həyat. Bir şagird həyatın tərifini belə verər: “Həyat oxuyub-yazmağı öyrənməkdir. Sinfi keçməkdir, məktəbi bitirmək, universitetə qəbul olmaq, imtahanlarda müvəffəqiyyət, dissertasiya müdafiəsi, elmi dərəcədir və s.”

      Əslində isə həyat sadəcə bir keçiddir. Nəhəng bir prosesdir. Bir başladığını anlayarsan ilk nəfəsin ciyərlərə dolmasıyla, bir də ruhun bədəndən ayrılma anında bitdiyini görərsən. İlk insanlardan olan Hz. Huhdan bu qədər yaşadın, həyatı şərh edərsənmi deyə soruşmuşlar. O da yaşadığı 1000 ili iki qapılı otağa bənzətmiş, “bir qapısından girdim, digər qapısından çıxdım” cavabını vermiş. Zamanın çoxluğuna baxmayın. Həqiqətən də bir göz qırpımında sona çatır. Geridə qalan isə yalnız miras qoyduqlarımız və axirət üçün hazırladıqlarımızdır.

      Bu yarışda bir-birindən xəbərsiz milyonlarla insan eyni anda yarışmaqdadır. Nə üçün burada olduğunu bilməyən, bu dünyanın kefini çəkən, heç ölməyəcəkmiş kimi yaşayan, həyata dar çərçivədən baxan, öz mənfəətindən başqa heç nəyi düşünməyən insanlar əllərindən gələni edərlər, amma yalnız bir etap üçün hazırlıq görərlər. Digər tərəfdən isə həm bu etapın, həm də ikinci etapın fərqində olan insanlar yarışırlar. Birinci qrupa nəzərən bunların hazırlıqları fərqlidir. Özləri ilə yanaşı digər insanlara da dəyər verirlər. Onlara ikinci etapı xatırladır və ilk etapda bunun üçün az da olsa hazırlıq görmələrinin lüzumunu xəbər verirlər. Gördüyümüz hazırlıq çox azdır. Bizə nə qədər çox gəlsə də etapı keçməmizə kifayət etməyəcəkdir. Bu hazırlıq ikinci bölümdə rahat yaşamaq üçün həqiqətən də kifayət etmir, amma biz bilirik ki, bu yarışmanın sahibi çox mərhəmətli və bağışlayandır. Bizim bu çalışmamızı görərək lütfləndirir, mükafat verir.  Hardan bildiyimizi soruşursunuzsa, cavabı var. Əvvəlki iştirakçılar danışır. Həyatları boyunca bu yarışda fərqli iştirak edən iki qadının etdikləri xəbər verilir. Siz də tanıyırsınız onları. Biri pis yolda olan, bu yarışda nə üçün iştirak etdiyinin fərqində olmadan mübarizə aparan, digəri isə bu yarışın ana qayəsini idrak etmiş, üsuluna görə hərəkət edib, sadəcə yarışı qazanmaq və ikinci etapda ən gözəl şəkildə yaşamaq ümidiylə ömür sürən iki fərqli insan. Oyun sona çatar. Kimin öndə olduğunu öyrənmək üçün toplanırlar. Yarışın sahibi necə mühakimə olmaq istədiklərini soruşar. Yarışda hazırlıq görmüş, öz fikrində daha çox işlədiyini düşünən qadın dərhal cavab verir: “etdiklərimizə görə”. Bu cavaba görə ikinci etapda rahat yaşama haqqını birinci qadın, yəni həyata pis başlayıb, pis bitirən qadın qazanır. Səbəbini soruşurlaq. Günlərin birində o qadın zavallı bir köpəyə ayağındakı ayaqqabısı ilə su verərək susuzluğunu yatırır. Digəri isə pişiyini ac qoyaraq ölməsinə səbəb oldu. Yarışın sahibi “Mən də sırf bu mərhəmətindən ötrü onu seçdim” deyər. Unutmayın ki, mərhəmət sahibi yalnız Odur.

        Biz nə qədər mərhəmətli olduğunu bu qərardan anlayırıq. Əgər sözün həqiqi mənasında bir az cəhd göstərsək, niyyətimizi düzəltsək, kiçik, mənasız, dəyərsiz işlər də görsək qazanma ehtimalımızın olduğunu unutmayaq. Birinci hissədə bunu görməsək də ikinci və əsas olan hissədə bunun nemətlərindən faydalanarıq. Əsas olan ikinci hissə deyimli?

      • Hits: 752 clicks

      Tecox component by www.teglo.info