GYF Xəbərləri

      Share

      Gəncliyə Yardım fondunun tərtib etdiyi konfransda insanları bu yöndə narahat edən bir sıra problemlərə toxunuldu. Mərasimi giriş sözü ilə Gəncliyə Yardım Fondunun prezdenti Ahmet Tecim

       açaraq gələcəyin düzgün qurulmasının təməlinin  keçmişinin unudulmasından və yaxşı qurulmasından asılı olduğunu bildirdi. Şouların ayaq açıb yeridiyi bir zamanda sabahmızın işıqlı olması naminə gənclərlə mənəvi dəyərlər mövzusunda söhbətlər aparmaq üçün belə konfransların keçirilməsi həqiqətən çox vacibdir.

      Şair Məmməd Asal "Ədəbiyyatımızda söz və məhəbbət" mövzusunda məruzə etdi. O, klassik şair və söz sərraflarının yaradıcılığından nümunələr gətirərək ədəbiyyatımızda sözə olan münasibətdən, qiymətdən danışdı.Məruzədə toxunulan məsələlər olduqca maraqlı idi.

      Uca göylərin mehrabını eşqdə görən ulu Nizami, sözün qüdrətini padışahların hökmündən iti və təsirli sayan Füzulidən üzü bəri Azərbaycan poeziyasında bu iki müdrük qanadın qovuşuğundan neçə-neçə sənət zirvəsi yaranıb. Qəlblərə sığmayan sözün və məhəbbətin ünvan tapdığı dastanlar, poemalar, xalq mahnıları, muğamlar əsrlərin dizini qatlayaraq çağdaş dövrümüzə qədər gəlib. Min cür qadağa, repressiya, ağır quruluş diktəsi bu selin qarşısını ala bilməyib. Təəssüf ki, uzun illərin çək-çevirindən sonra  sahi olduğumuz müstəqillik bəzilərinin ağlını sanki çaşdırıb.Bir çoz sahələrdə bu təzadın şahidi oluruq.Ən çox da təzyiq və zərbələr mənəvi dəyərlərə, milli mantalitetmizə istiqamətlənib. Ekran və efirdən tutmuş mətbuat səhifələrinədək söz adlı varidatın çürüyünü çıxarıb ucuzlaşdıran bəzi cızmaqaraçılar əsl zövq sahiblərində, bütövlükdə millətin işıqlı təbəqəsində narazılıq doğururlar.

      Məmməd Aslan mənəviyyat mövzusunda dəyərli əsərlərin yazılmasının zəruriliyindən danışaraq "Azərbaycan" qəzetində dərc edilmiş bir sıra məqalələrdən söz açdı.

      "Əndazəsindən çıxana, sözünün və özünü ünvanını bilməyənə əsl yerini göstərmək gərəkdir. Biz gəncləri mənasız əyləncələrdən, qeyri-etik şoulardan, əxlaqa zidd tədbirlərdən qorumalı, ei şənliklərmizin, toylarımızın, müsiqimizin gözəlliyini hifz etməliyik. Nə dəyərli sözümüzü, nə də əsl məhhəbəti arxivə verməli deyilik. Az qala bunlar indi keçmiş zamanda qalıb. Bəzi qəzetlərin səhifələrini vərəqləyəndə, telekanallarda gedən bir sıra verlişlərə baxanda mütləq belə düşünməyə məcbursan".

       

       

      GYF-DAN GİDA YARDIMI

      Oruc tutan şəxsin sevinəcəyi iki hal var; biri iftarını açarkən, ikincisi Rəbbinə qovuşarkən. Hz. Peyğəmbərinin bu hədisində göstərilmiş səvaba nail olmaqdan ötrü,  ölkəmizdə xeyriyyəçilik fəaliyyətləri ilə tanınmış və cəmiyyətdə bu mənada özünəməxsus yeri olan Azərbaycan Respublikası Gəncliyə  Yardım Fondunda, hər zaman olduğu kimi bu ilki Ramazan ayında da geniş bir iftar süfrəsi açılmişdı. Gəncliyə Yardım Fondunun əsas binasında və bu binanın üçüncü mərtəbəsində yerləşən konfrans zalında tərtib olunan  iftarlarada, cəmiyyətin bütün təbəqəsindən olan dindarlar, oruc tutan insanlar iştirak etmişdir. Fondda Ramazan ayı boyunca hər axşam 400-ə yaxın adam, açılan bu iftar süfrəsində iştirak edirdi.Bir də qeyd etmək lazımdır ki, bu qəbildən olan tədbirləri Azərbaycanda ilk dəfə məhz Gəncliyə Yardım Fondunda həyata keçirmişdir.

      Gəncliyə Yardım Fondu, diqqət mərkəzində gəncləri tutmaqla ehtiyac sahibi olan hər kəsə imkanlar nisbətində köməklik göstərməyi əsas iş prinsipi kimi mənimsəmiş və bu istiqamətdə fəaliyyət göstərən bir fonddur. Bu mənada təsis edildiyi gündən bəri bu missiasını həyata keçirir. Fond rəhbəriliyinin hər zaman diqqət mərkəzində duran, yardım və qayğıya daha çox ehtiyacı olan başqa bir kütlə isə, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunmasıyla öz dədə-baba yurdlarının tərk etmək məcburiyyətində qalmış qaçqınlar və məcburi köçkünlərdir. Heç şübhəsiz fondun xeyriyyə və yardım kompaniyalarında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və düşmən tapdağından azad edilməsi uğrunda öz şirin canlarından keçmiş şəhidlərimizin ailələri də nəzərə alınır. Bundan əlavə az təminatlı və imkansız ailələrə, körpələr evinə, kimsəsiz və yetim uşaqlara da yardım olunur.

      Elə bu ilki Ramazan bayramı ərəfəsində, onların da bayram edə bilməsi və sevinməsi üçün fond az təminatlı və imkansız ailələrə sovqat paylamışdır. Göstərilmiş bu bayram yardımı, 100 az təminatlı və imkansız  ailəni əhatə etmişdir. 2005-ci il oktyabr ayının 28-ində həyata keçirilən bu yardım çərçivəsində 300 kq düyü, 200 kq qənd, 100 ədəd 250 qr çay və 100 ədəd 1L-lik bitki paylanmışdır. Fond bu qəbil xeyriyyə yardımlarını il içərisində də davam etdirəcəkdir.

       

      • Hits: 719 clicks

      Tecox component by www.teglo.info