Ülvi MƏMMƏDOV / HƏYAT DƏFTƏRİNDƏN

      Share

      SƏSSİZ DƏRS

      Müdrik bir insanın tələbələrindən biri uzun illər davamlı olaraq getdiyi dərsi tərk etmişdi. Artıq dərslərə gəlmirdi. Bir neçə ay keçsə də onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi.

      Qış mövsümü idi, tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı.

      Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı. Sobanın yanında oturan müdrik adam təqdim olunan ikramı qəbul etdi, lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra maşanı əlinə aldı, qızmar közlərdən birini götürdü və ocağın bir kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı.

      Kənara qoyulmuş közün odu yavaş, yavaş zəiflədi, sonra söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşma xaricində heç kim bir kəlmə də olsun danışmamışdı.

      Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə qoydu. Tezliklə yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı.

      Ayrılmaq üçün qapıya gəldikdə ev sahibi:

      “Ziyarətinizin səbəbini anlayıram. Bir az əvvəl verdiyiniz dərsiniz üçün də minnətdaram. Bundan sonra söhbətlərinizi qətiyyən axsatmayacağam.” -dedi.

       

      İBRƏTAMİZ BİR HADİSƏ

      Ankara Hacəttəpə xəstəxanasının beyin cərrahiyəsi çöbəsində yeddi il xidmət edən T. Əmiralıoğlu təyinatını Trabzona dəyişdirmişdi. Xəstəxanadan ayrılarkən beyin əməliyyatlarında istifadə olunan çox qiymətli bir cihazı oğurlamış və satmışdı. Ancaq bir müddət sonra başlarına gələn hadisə Əmiralioğulu ailəsini çox sarsıtdı. Çünki iki yaşındakı Fərda evlərinin balkonunda oynayarkən müvazinətini itirmiş və başı üstə yıxılmışdı. Koma halında xəstəxanaya çatdırılan kiçik uşağın beynində təcili əməliyyat aparılmalıydı. Bunun üçün Əmiralıoğlu qızını əvvəl işlədiyi Hacəttəpə xəstəxanasına apardı. Amma beynindəki qan laxtasının təmizlənməsi və əməliyyat üçün lazım olan cihaz xəstəxanadan oğurlanmışdı. Etdiyi oğurluğu xatırlayan Əmiralıoğlu çox pis oldu və vicdan əzabı içində “cihazı mən oğurlamışdım, indi onu tapıb gətirəcəyəm. Təki, qızım yaşasın” –deyərək cihazı satdığı yerə qaçdı, onu geri alıb xəstəxanaya qayıtdı. Amma iş-işdən keçmişdi. Cihaz gələnə qədər uşaqcığaz iflic oldu və həyatı boyu şikəst qaldı. Oğurladığı cihaza görə qızının həyatını məhv edən ata əsəb böhranı keçirdi. Məhkəməyə verilən Əmiralıoğlu tutularaq həbsxanaya göndərildi.

       

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info