Samir HƏMZƏYEV / İDEAL GƏNCLİYƏ

      Share

      Hər bir  gənc ideallarıyla yaşayır və bu idealları reallığa çevirmək Onun həyat fəlsəfəsi olur. İdeal gənc olmaq təqdirəlayiq bir keyfiyyət məsələsidir.

       Lakin əsas məsələ unudulur...

      Həyat fəlsəfəsi halına gətirdyin və uğrunda ömrünü tükətdiyin bu ideal həqiqətən idealdırmı?

       Buna dəyər, ya yox?!

      HƏ! Cavab bu cürdürsə onda yola davam. Allah yol versin, istiqamətdən ayırmasın, daim etsin!

      YOX! Əgər cavab bu cürdürsə demək, biz çox şey itirmişik, itiririk və ya itirə bilərik.

        Bu, həqiqətdə belədir. Özlüyümüzdə bunu qəbul etməyə bilərik. Bəzən isə bu, bizə görə belə sayılır. Necə? Bizim  üçün getdiyimiz  yolun  uzun  olduğunu zənn etməyimiz, geri dönmək üçün çox şeydən əl çəkmək, bir çox  şeyi itirmək qorxusu və həqiqi mənada fədakar olmaq. Bu kimi amillər bizi bu addımı atmaqdan çəkindirir. Nəticədə əldə edəcəklərimizi də itirmiş oluruq. Artıq gecdir! Geriyə yol yoxdur! və s.  kimi düşüncələr ideal olmaq istəyən bir gənclə qətiyyən üst-üstə düşməyən bir düşüncənin məhsuludur. Ancaq əksinə, bu gün itirdiklərimizə görə təəssüflənmək yerinə, gələcəkdə əldə edəcəklərimiz ümidiylə geri dönmək və  gecikməmək! Doğru olan budur. Gələcəyinə ümidlə baxan hər bir gənc  üçün bu bir düsturdur.

      Ancaq  son illərdə  pozitivist düşüncə, insanı imandan  və axirət düşüncəsindən uzaqlaşdırmaqdadır. Bu gün bir cox dəyər mühakiməsi  dəyişməkdə və əxlaqi erroziya baş verməkdədir. Dünyəviləşən insanın əlindən tutmaq, Rəbbiylə tanışdırmaq ve yenidən axirət düşüncəsini ona aşılamaq  lazımdır. Hər cür pis əməlin əsasında imansızlıq sirri yatmaqdadır. İmandan məhrum  insanlar daha rahat və tez mənfi əməllərə qurşanmaqda, günah işləməkdə və fərqində belə olmadan ucurumun kənarında gəzən bir uşaq kimi ömür sürməkdədirlər. Dünyəviləşmə və materialist ruhsuz düçüncə get-gedə hakim bir düşüncəyə çevilir  və insanı sadəcə zövq arxasınca qaçan bir canlı halına gətirir. Halbuki  nəfsani, yəni sadəcə maddi olan ehtiyacların qarşılanması üçün yaşanacaq bir həyat insan deyilən müqəddəs bir varlığın ana qayəsi və əsas həyat məqsədi ola bilməz və şübhəsiz ki, deyil də. Deməli, belə deyilsə bu cür yaşamaq insan üçün ideal bir həyat sayılmamalıdır. Bu, onun  rifah dolu bir ömür sürməsi üçün lazım olan bir həyat fəlsəfəsi də saya bilməz. İmansızlıq özlüyündə bir fəlsəfə ola bilər. Ancaq bir həyat fəlsəfəsi ola bilməz və olmamalıdır. Təəssüf ki, bu gün bəzi gənclər satanizm ve ateizm kimi mənfi cərəyanların təsiri altına düşməkdə, bu yolda rifah, nəfsani  və mənəvi doyum axtarmaqda, nəticədə mənəvi boşluqla dolu  bir həyat yaşamaqdadırlar.

      Bugünkü gəncliyimizdə ideal yoxdur.Çünki populist düşüncə gəncləri idealsız yetişdirməkdədir. Ancaq gənclərin və gəncliyimizin ideal bir səviyyədə yetişməsi üçün “İDEAL”a sahib olmaları mütləqdir. Əks təqdirdə idealsız və ideal olmayan bir gənclikdən müsbət olan nəticə gözləmək doğru sayılmaz. Getdiyi yolu haqq  olmayan kimsə haqq olduğunu necə iddia edə bilər? Həqiqətdə bu  fəlsəfi cərəyanlar: Onun əsassız və boş olduğunu  bilən, lakin bu cərəyanlardan ümumi məqsədləri üçün istifadə edən, insanlığa və onun göz bəbəyi sayılan gəncliyə nə bir fərd kimi, nə toplum  kimi, nə də cəmiyyət kimi  dəyər verməyən və yalnız öz məqəsdlərinə xidmət üçün bu cərəyanlardan istifadə edən  bir sıra imperialist düçüncə sahiblərinin məhsuludur. Əgər bu gün ideal kimi saydığın dəyərsiz dəyərlər - satanizm, ateizm, deizm  və s. kimi cərəyanlar bizi öz kökümüzdən qoparırsa, bizi həqiqi mənda sevən və dəyər verən insanlardan uzaqlaşdırırsa, insanlığımızdan, mənəvi həssaslığımızdan və bu kimi fitri dəyərlərimizdən məhrum edirsə deməli, bu cəryan, bu fəlsəfə ideal sayıla bilməz. Əgər ideal olmayan bir fəlsəfənin və ya cərəyanın daşıyıcısı olacaqsansa, deməli, sən də ideal olmayacaqsan. Unutmayaq ki, əsas məqsəd mütləq ideal olmaq deyil, ideal yolda olmaqdır. Ən əsası isə bütün bunlarla yanaşı bizi  yoxdan var edən və ən ideal bir qayə  uğrunda bizi bu sınaq dünyasında Onun razılığı üçün qulluq missiyasıyla  vəzifələndirən və nəticədə ən gözəl şəkildə mükafatlandıran Allahdan məhrum edirsə, Ondan uzaqlaşdırırsa,Onun razılığından məhrum edirsə?!

       Bəs onda?...

      Bu xüsrana dəyərmi?

      Yox! Bəs Çıxış yolu nədir?Hər şeyi ehtiva edən tək yolda, Onun yolunda olmaq, şərəflənmək... İslamla, imanla...

      Onun yolunda olmaqla hər şeyi əldə etmək, aləmlərə rəhmət olaraq göndərdiyi Şəfqət Peygəmbərini (s.ə.s)-i ideal seçmək, onun kimi yaşamağa, onun kimi olmağa çalışmaq,ən azı bu yolda olmaq, atdığımız  hər addımın bizi Rəbbimizə bir az daha yaxınlaşdırdığını bilmək, hiss etmək, yaşamaq... Onun qatında yeganə din olan  İslam üzrə və Onun sevdiyi insan profilinə, müsəlman şəxsiyyətinə sahib olaraq yaşamaq və...

      Biz müsəlman bir gəncik. Adımızın haqqı nədirsə onu vermək, o yolda olmaq bizim məqəsdimiz və idealımız olmalıdır. Ya tamamilə  ideal olan bu yolda ideal bir şəkildə yaşayacaq və ideal olmağa çalışacağıq, ya da ideal olmaq sevdasından vaz keçəcəyik...

      Gənc olmaq gözəldir! Ancaq Allahın sevəcəyi ideal bir gənc olmaq ən gözəlidir!!!

      Bu cür bir qayə, bu cür bir İDEAL naminə...

      • Hits: 952 clicks

      Tecox component by www.teglo.info