İsmayil Vəliyev / Beyin Gücü

      Share

      “Yaddaşım zəifdir”, “oxuduqlarım yadımda qalmır”, “oxuyanda fikirlərim dağılır”, “diqqət problemim var” və bənzər şikayətləri eşitmədiyimiz gün demək olar ki, yoxdur.

      Bunlardan əlavə stress, sadə və önəmsiz şeylərə tez əsəbiləşmə, zehni yorğunluq və dağınıqlıq da tez-tez eşitdiyimiz  və ya yaşadığımız problemlərdəndir.

      Yuxarıda sadalanan problemlərdən azad olmaq və daha rahat və xoşbəxt yaşaya bilmək üçün dərman firmaları bir-birinin ardınca bu problemləri həll edəcəklərinə söz verdikləri fərqli dərmanlar təklif edirlər. İnsanlar da reklamların təsiri ilə əziyyət çəkmədən və tez bir zamanda bu problemləri həll etmək və istədikləri kimi yaşaya bilmək üçün bu təklif olunan dərmanları alır və qəbul edirlər. Amma bu təklif olunan “effektli” dərmanlar problemi kökündən həll etmir, edə bilmir, sadəcə olaraq müvəqqəti bir dəyişiklik və gələcək üçün də əlavə problemlərin yaranmasına şərait yaradır.

      Əslində isə beynimizə ən azı mobil telefonumuz, ya da avtomobilimizə verdiyimiz diqqətin az bir hissəsini versək bu problemlərlə üzləşmərik və ya var olan problemlərin həllinə daha sağlam  formada nail ola bilərik.  Bu, çox da çətin olmayan bir şeydir.

      Aşağıda qeyd edəcəyimiz metodlardan istifadə etsək, bir müddət sonra dəyişikliyi özümüz də görəcək və şikayətlərə son verə biləcəyik.

      Bütün bunlara nail olmaq bilmək üçün ilk öncə təyin etməli olduğumuz iki xüsus var:

      ·        Beyin gücünü, beynin aktiv işləməsini zəiflədən (yaddaş zəifliyi, konsantrasiya əskikliyi, aydın düşünə bilmə, stress, tez əsəbiləşmə və.s lərə səbəb) nələrdir?

      ·        Beyni gücləndirmək və potensialından maksimum istifadə edə bilmək üçün nələrə ehtiyacımız var?

      Hər iki suala cavab olaraq bu sahə ilə ciddi məşğul olan mərkəzlər, araşdırmaçılar və ekspertlərin sadə, lakin effektli təklifləri var. Bu təkliflərə riayət olunduğu təqdirdə arzuolunan nəticə qaçınılmazdır.

      Beyin gücünü zəiflədən səbələr əsasən aşağıdakılardır:

      ·        Yuxusuzluq.

      Yuxusuzluq beyinin performansını aşağı salan ən təhlükəli problemlərdən biridir. Həddindən çox yatmaq da beyin üçün zərərlidir. Əsas olan nə qədər çox yatmaq deyil, necə yatmaqdır.

      ·         “Fast Food” qidalar.

      ·        Stress, gərginlik və xəyal qırıqlığı.

      Araşdırmalara görə stress beyni kiçildir. Uzunmüddətli stress yaşayanlarda beyinin effektiv işləmə funksiyası böyük ölçüdə zəifləyir. Uzunmüddətli qorxu, narahatlıq və depressiya beyinə ciddi zərərlər verir.

      ·        Kirli hava, boya və civə

      Beyin oksigenə çox ehtiyacı olduğu üçün, kirli havadan da tez təsirlənir. Civə beyin hüceyrələrini öldürən zərərli kimyəvi maddələrin ən təhlükəlilərindəndir.

      ·        Spirtli içkilər və siqaret

      ·        Xəstəliklər və həddən artıq dərman qəbul etmək.

       Beyinin  sağlamlığı ümumi bədənin sağlamlığı ilə birbaşa əlaqəli olduğundan sağlam beyinin sağlam bədənə ehtiyacı var. Xəstəliklər zamanı qəbul edilən dərmanlar xəstəliyə xeyri olduğu halda beyinə zərər verə bilir. Bunun üçün  dərmanları qəbul etməzdən əvvəl beyinə təsiri ilə bağlı həkimlə məsləhətləşmək vacibdir.

      ·        Cib telefonu.

      Cib telefonunun zərərləri ilə bağllı qəzetlərdə, televiziya verilişlərində yəqin çox oxuyub, eşitmisiniz. İstifadəsi qaçınılmaz olduğundan heç olmasa zərərlərini ən aza endirməyə çalışmalıyıq. Mütəxəssislərin təklifləri bunlardır: telefonla danışığın birinci yarısını sağ qulağınızla həyata keçirirsinizsə, ikinci yarısında üstünlüyü sol qulağınıza verin. Telefonunuzu ilk zəngdə açmayıb, bir neçə saniyə sonra açın. Mümkün mərtəbə qulaqcıqlarla danışın. Siqnal gücü daha da gücləndiyi üçün mümkün olduqca avtomobildə gedərkən danışmayın.

      ·        İfrat dərəcədə səliqəli və ya ifrat dərəcədə səliqəsiz olmaq.

      Beyin bəzi şeylərin müəyyən, bəzilərininsə qeyri-müəyyən olmasını sevir. Hər şey nizam-intizamlı olduqda monotonluqdan, dağınıq olduqda isə stressdən yorular. Bəzi şeylərin sabit, bəzilərinin isə dəyişik olduğu həyat onun üçün idealdır. Monotonluğun beyin gücünü necə yorub zəiflətdiyinin ən güclü isbatı insanların hipnoz edilmədən öncə davamlı olaraq eyni və sabit bir şeyə baxdırılmalarıdır.

      ·        Sarsıdıcı idman növləri və fiziki zərbələr.

      Yumşaq bir tərkibdən olan beynimiz sərt hərəkətlər nəticəsində qafatasının daxili sümüyünə dəyərək zərər görür. Beyinə faydalı idmanlar mütəxəssisi Dr. Daniel Armen bu nəticəyə gəlib :  “Qolf yaxşıdır, tennis möntəşəmdir, stolüstü tennis dünyanın ən yaxşı idmanıdır. Futbol, boks və Amerikan futbolu  beyin üçün zərərlidir. Bəzi araşdırmaçılara görə rock konsertlərində başı sürətli  şəkildə önə-arxaya doğru hərəkət etdirmək də beyinə zərər verir.

      ·        Şəkər

      Beyin qlükoza ilə çalışsa da sənayedə hazırlanmış şəkərlər beyinə zərər verir. Meyvələrdən alınan şəkər beyin üçün daha faydalı olduğu halda emal olunmuş şəkərin çox isteklak edilməsi beyində təxribata yol açır.

      Növbəti yazıda beyin gücünü artırmağin üsullaırndan söz açacağıq.

      Məqalənin hazırlanmasında Mumin Sekmanın “Hər Şey Beyində Başlar” adlı kitabından istifadə olunub.

      • Hits: 735 clicks

      Tecox component by www.teglo.info