155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV / NİZAMİ GƏNCƏVİNİN KAMİLLİK ARAYIŞI

      Share

      İnsanların  hörmət və məhəbbətlə qoruyub saxladığı və özündən sonrakı nəsillərə də təbliğ etdiyi mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi olan, Şərqi və Qərbi əsrlər boyu məftun edən Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur. 

      Dahi şairin yazmış olduğu gözəl, hikmətli və ibrətli əsərlərini oxuduqda, bir-biri ilə bağlı üç istiqamət və üç məqsədin izləndiyini görürük. Bu üç məqsədi belə sıralamaq mümkündür:

      İnsan ağlının, zəkasının və bununla əlaqədar elmin, fəlsəfənin tərənnümü və təbliği;

      İnsanın yüksək əxlaqi keyfiyyətlərinin tərənnümü və təbliği;

      İnsanın xoşbəxtliyini təmin edən, zülm və bədxahlığa son qoyan ədalətin, azad, bərabər və dost insanların cəmiyyətinin tərənnümü və təbliği.  

      Nizaminin “Xəmsə”sinin özəyini təşkil edən ünsür bu ayrılmaz xətlərdir.

      Bunlardan əlavə şair Allaha inamın, İslamın bir din kimi qəbul edilməsini, Xatəmul-Ənbiya olan Hz. Məhəmməd (s.ə.s)-in şərəfli bir peyğəmbər olduğunu öz əsərlərində geniş bir şəkildə təbliğ etməkdədir.

      Əsərlərinə başlayarkən öncə Uca Yaradanı mədh etməsi, hər şeyə Allahın adıyla başlamaq lazım gəldiyini, bütün yaxşılıq və gözəlliklərin yalnız Onun əsəri olduğu fikrini nümayiş etdrməkdədir. Hər zaman olduğu kimi “İqbalnamə” yə də bu ənənəyə sadiq qalaraq başlayır:

      Harda ki, ağıl bir xəzinə tapar,

      Allahın adını eyləyər açar.

      Allah ağıllıya nəvazişkardır,

      Ağılsızlara da əlacı vardır.

      -----------------------------------

      Bəndəyə əl tutan sənsən, ilahi,

      Yoxdur səndən başqa onun pənahı.

      Olmuş, olacağı sənsən yaradan,

      Sənin kərəminə möhtacdır insan.

       

      Dahi şair eyni zamanda Allah-Təalaya  necə etiqad ediləcəyini də əsərlərində yeri gəldikcə açıqlayır:

       

      Əsli pak, zatı pak, təkdir vücudu,

      Nə oddur, nə torpaq, nə yel, nə də su.

      Varlıqlar hamısı onun möhtacı,

      Onunsa heç kəsə yox ehtiyacı.

      Yeddi qat içində nə var binadan,

      Min alqış Ona ki, Odur yaradan.

       

      Bundan əlavə etiqadımızın ikinci əsasını təşkil edən Rəsulullah (s.ə.s)-ə inamı da özünə məxsus gözəl bir üslubla təbliğ etməkdədir:

       

      Mələk simalıydı, Allahtanıyan,

      Bizə də Allahı o verdi nişan.

      Bizləri cənnətə odur aparan,

      Cəhənnəm odundan odur qurtaran.

      ------------------------------------------

      Yolunun torpağı olan başımız,

      Dəyməz başındakı bir tükə yalnız.

      Bizim halımıza qəlbdən yanaraq,

      Gündüz günəş oldu, gecələr çıraq.

                             

      Nizaminin əsərlərində önə çıxan insanpərvər fkirlərdən biri də kamillik və ideal cəmiyyət fikridir. Qeyd  etmək lazımdır ki, orta əsrlərdə ideal cəmiyyət fikri bir çox şair və filosoflar tərəfindən işlənmişdir. Ancaq Nizaminin yaradıcılığında oduğu kimi öz əksini tapmamışdır. “İsgəndərnaməəsərinin “İqbalnamə” bölümü, İsgəndərin belə bir ideal cəmiyyətə malik şəhərə gəlişi ilə sona çatır. Buradan da görünür ki, mütəfəkkirə görə din bərabərlik, ədalət və kamillikdir. Bu əsərdə ideal cəmiyyətin sakinləri İsgəndərə bunun sirrini belə açıqlayırlar:

       

      Fağır bir tayfayıq, həm də dinpərvər,

      Düzlükdən keçmərik əsla tük qədər.

      Əyri dolanmaqla yoxdur işimiz,

      Düzlükdən başqa yol tanımırıq biz.

      Əyrilik yoluna çəkmişik hasar,

      Düzlükdə olmuşuq əzabdan kənar.

      Yalan gətirmərik biz dilimizə,

      Əyri yuxular da görünməz gözə.

      Faydasız etmərik heç sorğu-sual,

      Çünki Allaha da xoş getməz bu hal.

      -------------------------------------------

      Allaha təvəkkül edərik ancaq,

      Bizi hifz eyləyən Allahdır, Allah.

      Biz yalnız Allaha gətirrik pənah,

      -------------------------------------------

      Ölüyə biz əsla saxlamarıq yas,

      Bilirik bu, dərdə bir çarə olmaz.

      Üzə deyilməyən bir sözü heç kəs,

      Bizlərdə qaydadır, dalda da deməz.

      Kim nə cür dolanır danışmarıq biz,

      Kimsənin işinə qarışmarıq biz.  

       

      Bütün bunlara diqqətlə qulaq asan İsgəndər, özünün bir peyğəmbər olduunu açıqlamadan oradan ayrılır. Çünki Allah-Təala tərəfindən göndərilən hər bir peyğəmbərin təbliğ etdiyi din yüksək insani dəyərlərə sahib kamil insan və ideal bir cəmiyyət yetişdirməyi hədəfləyən bir dindir. İsgəndərin də hədəfi bu olduğu üçün artıq hədəfinə çatmış sayılırdı.  

      • Hits: 852 clicks

      Tecox component by www.teglo.info