Ana Vətən / Həzi Aslanov

      Share

      ANA Vətən! Qalmamısan darda sən.

      Qoymarıq ki yadlar baxsın sənə kəm

      Baxan gözlər kor olacaq! Inan sən,

      Qoynunda yaşayıb böyümüşəm mən.

       

      ANA  Vətən! Muqəddəssən, əzizsən

      Mənə həyat, qüvvət gətirən sənsən.

      Ugrunda qanlar tökülən sənsən

      Milləti millət tək yaşadan sənsən.

       

      Ana  Vətən! Bizlər səninlə hər an

      Gələcəyə gedəcəyik hər zaman.

      Bir qarış torpagi verməz hec zaman

      Uğrunda döyüşə başlayan zaman.

       

      AnaVətən! Ayırdılar bizi də

      Simal-Cənub deyilən hissələrə.

      Yazıq olsun zalim olan kəslərə,

      Ayrılıq həsrətin verdilər bizə.

       

      Ana Vətən! Qəlbimə od vurdular,

      Ermənilər böyük hiylə qurdular.

      Bizim deyə Qarabaği aldılar,

      Oğul-qızlarını itkin saldılar.

       

      Yenə qəlbimizdə bir ümid yanır

      O ümid qəlbimdə hər vaxt odlanır.

      Gənclərin səninlə ilhamın alır

      O ilham səndəndir sənə bağlıdır.

       

      • Hits: 1072 clicks

      Tecox component by www.teglo.info