İsmayil Vəliyev / QORXULARIMIZ

    PDF faylını alÇapE-poçt

      Share

       

      Tez-tez uğursuzluğa düçar oluruq və bunların səbəbi əksər vaxt qorxularımız olur. Risk etmək qorxusu, yeni bir cəhd etmək, indiyə kimi heç olmamış bir hədəf seçmək və etmədiyimiz0 bir şeyi etmək. Bunların hər biri bir az qorxudur və bu qorxu hissi bizi etmək istədiklərimizə laqeyd yanaşmağa və etməmə səbəbi olaraq da özümüzü və ətrafdakıları inandırmaq və vicdanən rahatlamaq üçün saysız-hesabsız açıqlamalar gətirməyimizə səbəb olur, hansılar ki, sadəcə bəhanələrdir.

      Əslində bu da bir vərdişdir. Zamanla bizdə formalaşmış və artıq həyatımızın ayrılmaz bir hissəsi olmuş vərdişlər kimi. Yeni cəhdlər etmək, yeni hədəflər seçmək, daha yüksək zirvələri gözə almaq və gərginlikdən deyil rahatdan qorxmaq, qorxuların üstünə getmək, kariyera və həyatında davamlı inkişaf istəyən hər bir kəs qarşısına məqsəd qoyub bu vərdişləri  də özündə formalaşdıra bilər.

      Hər bir önəmli dəyişiklikdə olduğu kimi, burada da əsas mane olan səbəbləri aradan qaldırmaq lazımdır, əks halda yaşayacağımız dəyişikliyin ömrü çox qısa olacaq. Kökündən həll olunmayan problem yenidən mütləq baş qaldıracaq və bu dəfə onun öhdəsindən gəlmək daha çətin olacaq, həmçinin o problemin bu dəfə ortaya çıxaracağı fəsadlar da çox daha ciddi olacaq mütləq.

      Bəs bu səbəblər nələrdir? Bunlar qısaca ətrafdakıların reaksiyasının nə olacağıdır. Ətrafdakıların haqqımızda nə düşünəcəyi, ən əssası da yaşayacağımız mümkün uğursuzluqdan sonra bizə münasibətlərindəki dəyişikliklər necə olacaq. Əsas olan odur və əgər biz o münasibətin necə olub-olmayacağının önəmini hazırda olduğundan daha aza endirsək, o zaman azad olcağıq və ancaq bu halda həqiqi mənada nələr üçünsə cəhd etməyə və ola biləcəyimizin ən yaxşısı olmağa doğru cəsarətli addımlarla irəliləyəcəyik.  Ətrafınızdakı insanlar şəxsiyyət  və xarakterinə görə deyil, müvəqqəti uğur və ya uğursuzluğa görə səni dəyərli, ya da dəyərsiz biri kimi qəbul edirsə, onların nə düşündükləri, düşünməli və nəzərə almalı olduğun ən son şey olmalıdır. Çünki uğursuzluğa deyil, cəhd etmək üçün göstərilən cəsarətə qiymət verilməli və alqışlanılmalıdır.

      Burada demək istədiyim o deyil ki, heç kimin fikrinə hörmət etməyin və ciddiyə almayın. Ətrafdakı insanların düşüncələrinə hörmətlə yanaşamaq önəmli olduğu kimi, onlara həddindən artıq dəyişilməz reallıqlar olaraq da baxmamalıyıq. İşin əsası budur.

      Ətraf mühitin təsdiqləmələrini və alqışlarını, gözləmədən nələrisə etmə azadlığını özümüzdə şüurlu  olaraq formalaşdırmalıyıq. Çünki bizim üçün önəmli olan digərləri üçün heç də elə olmaya bilər və bu çox normaldır. İndi bu halda əgər sadəcə ətrafın dəstəyi və təqdiri səninçün önəmlidirsə, o zaman sən səninçün önəmli olanın arxasıınca getməyəcək və seçimini ətrafdakıların dəstəklədiyi istiqamətdə edəcəksən və bu yolun sonu sənin istədiyin deyil, əksinə, atacağın hər addım səni səninçün ən önəmli və həyati olandan uzaqlaşdıracaq.

      Nələrisə dəyişmək və hansısa nəticələri əldə etmək istəyiriksə, bunların qarşılığını ödəməliyik. Qarşılıq nədir? Qarşılıq seçimlərimizin məsuliyyətini cəsarətlə öhdəmizə götürməkdir. Yəni nəyisə etməyi seçiriksə artıq bu seçimə görə, həmçinin bu seçimin nəticəsinə görə məsuliyyəti öz üzərimizə götürməliyik. Bu da artıq cəsarətli seçim edib addım atmağımızı göstərir və cəsarətin olduğu yerdə ya qorxu olmur, ya da qorxuya baxmayaraq hərəkət edirsən.

      Hansısa bir amal uğrunda müvəffəq olmadıqda bundan sonra söz verməli və heç kimi, heç nəyi günahlandırmamalı, səbəb kimi göstərməməli və səbəbi özündə axtarmalısan. Səbəblər çoxdur, amma bu məqalənin mövzusu qorxu olduğundan sadəcə bu mövzu üzərində durulur.

      Uğursuz olmaq heç də mənfi bir şey deyil. Əslində ehtiyat edəcəyimiz xüsus cəhdsizlikdir. Uğursuz olduqda ən azından cəhd etdiyin üçün və proses ərzində mübarizə apardığın üçün özünə inamın artır, səndə özünə hörmət formalaşır və yeni nələrsə öyrənirsən. Lakin cəhd etmədikdə etməli olduğun, amma etmədiyin nədirsə o sənin gözündə daha da böyüyür və zaman keçdikcə daha da çətinləşir. Bu da özünə olan inamının zədələnməsinə, özünü zəif biri kimi görməyə və zehnində bu cür bir imic formalaşdırmağa yol açır. Biz də kim oluruqsa, bu, adətən zehnimizdə gördüyümüz xəyali insanın realda təcəssümüdür.

      Amma artıq uğursuzluq qorxusunu kənara atmalısan və uğursuzluq deyilən o hadisəyə yanaşma tərzini dəyişməlisən. Sadəcə bir dəfə deyil, dəfələrlə uğursuz olsan da, yenə də cəsarətini itirməməlisən və davam etməlisən, eynilə tövbəsini pozan adamın yenidən, bir daha tövbə etməsi kimi. Amma bir şərtlə hər uğursuzluğundan da bir professional konsultant kimi öyrənməyə çalışmalısan. Çünki uğursuzluqlarımız ən yaxşı kitab, ən savadlı müaəllim, ən professional konsultantdır. Hansı ki bizə isstədiyimiz anda ən doğruları söyləyirlər həm də biz istədiyimiz anda, ödənişsiz və mükəmməllikllə.

       

      • Hits: 1476 clicks

      Tecox component by www.teglo.info