QARABAĞ: Suallar Və Faktlar / Azər İBRAHİMOV

      Share

      Bu dəfəki nömrəmizdə sizə; yenicə işıq üzü görmüş, son illərdə nəşr edilmiş əsərlərin ən samballısı olan, bu mövzuda yazılmış kitablardan öz dəsti xətti ilə seçilən, Azərbaycan və Türkiyə gənclərinin,

       xüsusilə də xanımlarının gərgin əməyi və birgə səyi nəticəsində ərsəyə gələn, Azərbaycanın milli strategiyasına cavab verən, "Qarabağ: Suallar və Faktlar" kitabını  təqdim edirik. 

      Kitabda Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi tarixi, hüquqi və konfliktoloji nöqteyi-nəzərdən işıqlandırılmışdır. Bunlar AMEA Tarix institutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, BDU Azərbaycan Tarixi kafedrasının dossenti, tarix elmləri namizədi Kərim Şükürov, AMEA Tarix institutu Qarabağ Tarixi Şöbəsinin Müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, BDU Hüquq fakültəsi Kriminalistika kafedrasının müdiri Kamil Səlimov, Suraxanı rayon məhkəməsinin hakimi, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının baş müəllimi, hüquq elmləri  namizədi Vəfaddin İbayev, Politoloq Fuad Həsənoğludur.

      Müəlliflər "Qarabağ: Suallar və Faktlar" kitabında Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsini bir neçə aspektdə təhlil edir və oxucularda geniş təsəvvür yaradır. Bu kitab bilavasitə Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və xarici vətəndaşlar üçün nəzərdə tutulduğuna görə müəlliflər konkret faktlara əsaslanaraq, suallar ətrafında problemi tarixi, mədəni, hüquqi və konfliktoloji mövqelərdən analiz etmişlər. Kitabda verilmiş faktların daha da inandırıcı və qənaətbəxş olması üçün hər mövzuya aid şəkillərdən də istifadə edilmişdir.

      Kitabın, Qarabağla bağlı Azərbaycan həqiqətlərini xaricdə təbliğ etmək üçün nəzərdə tutulduğuna baxmayaraq hər bir Azərbaycanlı üçün oxunması zəruri olan, əhəmiyyətli bir kitabdır.

      Kitab haqqında bir başqa sevindirici məlumat da odur ki, bu yaxınlarda Azərbaycan Türkiyə gənclərinin, ələlxüsus da xanımlarının maddi və mənəvi dəstəyi ilə "Qarabağ:Suallar və Faktlar" kitabının dünyanın aparıcı dillərinə tərcümə olunaraq nəşr edilməsi və bir sıra ölkələrdə təqdimat mərasimlərinin keçiriməsi nəzərdə tutulur.

       

      "Son NƏfƏs" kİtabının AzƏrbaycan dİlİnƏ

      uyğunlaşdırılmış nƏşrİnİn tƏqdİmatı keÇİrİldİ

       

      "Son Nəfəs" kitabının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış nəşrinin təqdimat mərasimi 18 may 2005-ci il tarixində, Gəncliyə Yardım Fondunda geniş oxucu kütləsinin iştirakı ilə keçirildi. Daha əvvəllər   "Məsnəvi Dərgahından Əsintilər"  və "Varlıq Nuru" adlı əsərləri də Azərbaycan türkcəsi ilə nəşr olunmuş müəllif  Osman Nuri Topbaş bəy təqdimat mərasimində çıxış edərək, "Son Nəfəs" düşüncəsinin hər bir müsəlmanın təfəkkür dünyasında əsas yeri tutmalı olduğunu vurğuladı.

      Bir saatlıq nitq söyləyən Osman Nuri Topbaş bəy, hər canlının yaşayacağı ölümə hazır olmaq üçün Allahın əmirlərinə riayyət olunmağını və peyğəmbərin sünnəsinin tətbiq edilməsinin ilk şərtlər olduğunu və əsil müsəlmanlığın necə olması lazım gəldiyini qeyd edərək, hər kəsin yaşadığı həyata müvafiq can verəcəyini ifadə etdi. Xüsusiylə tələbə gənclərin rəğbət göstərdiyi konfransda müəllifin bir çox əsərlərini oxumuş müxtəlif peşə sahibi insanlar da iştirak edirdilər.

      Kitabı özünün müəyyənləşdirdiyi ifadə ilə desək; "anadolu türkcəsindən azəri türkcəsinə uyğunlaşdıran" böyük ədib və şair Məmməd Aslan da çıxış edərək, kitabın əsas fəlsəfəsinin, insanın ölümlə üzləşdirilməsinin və ondan qorxmamaqdan ötrü Yaradanına qarşı bütün vəzifələrini yerinə yetirmək olduğunu qeyd etdi. Nəcib Fazil Kısakürək, C.Cabbarlı, Aşıq Ələsgər və.s-dən ölüm haqqında misralar oxuyan Məmməd Aslan, "Son Nəfəs" kitabını oxumağın böyük bəxtiyarlıq olduğunu və bundan sonra da Osman Nuri Topbaş bəyin əsərlərini böyük həvəslə azəri türkcəsinə uyğunlaşdıracağını vurğuladı. Məmməd Aslan öz çıxışında bunları da əlavə etdi:

      "İslam baxımından qiymətli əsərlər ərsəyə gətirən  Osman Nuri Topbaş bəyin "Son Nəfəs", dini və elmi kitabı, insan oğlunun ana bətninə düşdüyü andan başlyaraq qəbir evinə qədər davam edən bir dövrün mənəvi dəyərlərini ehtiva edir. Müəllif  ilk sətirlərdən son səhifəyədək oxucusuna, ilk nəfəsdən son nəfəsə necə bir ömür sürməyin lazım gəldiyini təlqin eyləyir. "Son Nəfəs" kitabı mömün qardaşalarımız üçün bir masaüstü kitabı mahiyyətindədir. Azərbaycan oxucusuna ləzzətinə doyulmayacaq və böyük maraqla oxunacaq kitabı bəxş etmək səadətini nəsib etdiyi üçün Allahıma sonsuz şükürlər olsun!"

      Konfransın yekununda Osman Nuri Topbaş bəy gənclər tərəfində verilən sulları cavablandırdı. Təxminən  beş yüz nəfərin iştirak etdiyi mərasinin sonunda müəllif  kitabları imzaladı.

       

      • Hits: 724 clicks

      Tecox component by www.teglo.info