№ 53. Aprel

Nurlan MƏMMƏDZADƏ / MƏSCİDLƏRİMİZİN DÜNƏNİ VƏ BUGÜNÜ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.06.13 07:21

Xalqımız tarixən dininə, milli-mənəvi dəyərlərinə bağlı olmuşdur. Azərbaycanı qarış-qarış gəzsək, hər daşında, hər torpağında tarixi abidələrinin, dinimizin simvolu olan məscidlərin mövcudluğu ilə rahatlıqla qarşılaşacağıq. Təkcə paytaxtımız Bakının İçərişəhərində gəzərkən addımbaşı rastımıza çıxan qədimi məscidlər bu xalqın öz dininə bağlılığından xəbər verir. O xalqın ki, milli bayrağının rəngləri arasında İslamın simvolu olan yaşıl rəng öz əksini tapır.

Ardını oxu...

 

Əhməd Niyazov / MƏSCİD ƏDƏBİNƏ RİAYƏT

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.06.13 07:17

Bütün Peyğəmbərlər insanları Allaha iman və ibadətə dəvət etmişlər. Bu ibadətlərin yerinə yetirilməsi üçün də məbədlər inşa etmişlər. Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalam da öz dəvətinə yer üzündə tikilmiş ilk məbəd olan Kəbədə başlamış və öz əlləri ilə inşa etdiyi Quba məscidi ilə Məscidi-Nəbəvidə təbliğinə davam etmişdir.

Ardını oxu...

 

Saleh ŞİRİNOV / Peyğəmbərimizlə Bir Gün

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.06.13 07:16

   Rəsuli-Əkrəm (s.ə.s) gecənin son üçdə birinə doğru, səhər vaxtında, imsakdan əvvəl oyanardı. “Bizi öldükdən sonra dirildən Allaha həmd olsun. Yenidən dirildib hüzurunda toplayacaq da Odur” deyə dua edərdi. Bəzən Mədinənin aydın göy üzünə baxaraq “Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birinin ardınca gəlib-gedişində ağıllı kimsələr üçün ibrətlər olduğunundan” bəhs edən Ali-İmran surəsinin son on bir ayəsini oxuyardı. Sağ tərəfindən başlayaraq paltarını geyinər və ilk iş olaraq inci kimi dişlərini misvaklayardı.

Ardını oxu...

 
 

İbrahim Erol /KİM, NƏYƏ GÖRƏ DİYƏRLİDİR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.06.13 07:14

Dəyər verilən şeylər hər cəmiyyətdə zaman içərisində dəyişir,  yaxşılıq-pislik, gözəllik-çirkinlik, qiymətli-qiymətsiz kimi ölçülər fərqli zaman və cəmiyyətlərdə məna daralmasına, ya da genişləməsinə məruz qalır. İnsan ağlı bu dəyər ölçülərində xəta etməyə uyğun olduğu üçün Uca Allah bəşəriyyəti peyğəmbərliklə başlatmış, hər dövrdə də xeyri şərdən ayıracaq meyarları peyğəmbərlər vasitəsilə insanlara bildirmişdir. Quranda xəbər verildiyinə görə; Lut peyğəmbərin pozğun qövmü Hz. Lutu və ona inananları onları yurdlarınızdan çıxarın, çünki onlar çox təmiz insanlardır (əl-Əraf, 82)  deyərək təmiz olmalarını onları yurdlarından çıxaracaq qədər ayıb bir hal saymışlar.

Ardını oxu...

 

Eldar Kərimov / ADIMIZIN SON ADRESİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.06.13 07:13

İlk dəfə adımız doğum şəhadətnaməsinə yazılmışdı uşaq ikən. Həyatdakı ad olaraq ilk elanımız ordan başlamışdı bir zamanlar. Sonralar bu elanların sayı çoxalacaq və çox yerləri tutaraq, çox qəlblərə iz salacaqdı. Ailə fərdlərimizin biz hələ dünyaya gəlməmişdən böyük bir həyacanla bizim üçün seçib-sonaladıqları adlar, bəlkə də gələcəkdəki şəxsiyyətimizdən xəbər verirdi. Dünyada kimə qibtə etmişlərsə, o kimsənin adını qoymaq istəmişlər ən sevdikləri övladlarına. Gələcəkdə böyüyüb onların ümidlərini doğruldaq deyə.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan