№ 34. Sentyaber

Sədat DƏMİR / ELMDƏN MURAD

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.06.13 12:54

İslam dininin, xüsusilə də Quranın elmə nə qədər dəyər verdiyini hər birimiz bilirik. “Heç bilənlərlə bilməyənlər bir olarmı?” və “Rəbbim, elmimi artır de!” kimi ayələrdən elmin və alimin dəyərinin böyüklüyünü anlayırıq. Hz. Peyğəmbərin də elmi, alimi və biliyi öyən bir çox hədisi vardır. O gözəl davranışında olduğu kimi bu mövzuda da elə bir addım atmışdır ki, dünya tarixində tayı-bərabəri yoxdur. Biliyə və elmə verilən qiymət mövzusunda tarixdən bir çox nümunə vermək mümkündür. Lakin aşağıda verəcəyimiz misal tamamilə fərqlidir.

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ / BİLƏNLƏRLƏ BİLMƏYƏNLƏR BİR OLARMI?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.06.13 12:52

İlk əmri oxu olan dinizmizin mənsubları tarix boyu elmin bütün sahələrində öz sözlərini demişlər. Mədəniyyətimizin, dinimizin elə bir mərhələsi yoxdur ki, orada oxumağa, elmə qarşı çıxılsın. Orta əsrlərdə Avropa ölkələrində kilsə sxolastikası elm sahəsində monopoliya yaratdığı dövrlərdə Şərq aləmi islamın təşviqi ilə elmi yöndən çox-çox irəlidə idi. İlk növbədə diqqətə almaq lazımdır ki, elm, bilik sahibi olmaq Uca Yaradanın hər bir müsəlmandan istədiyi ən başlıca amillərdən biridir.

Ardını oxu...

 

Elşən RZAYEV / ELMİ İRFANA ÇEVİRMƏK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.06.13 12:50

Bərəkətli bir həyatın yaşandığı, nail olduğumuz saysız nemətlərin qədrini xatırladan, fani ləzzətlərdən uzaqlaşıb əbədi ləzzətlərə nail olmağın sirrinə qovuşulan müqəddəs Ramazan ayı içərisindəyik. Ramazan ayı eyni zamanda min aydan daha xeyirli olan Qədr gecəsinin də olduğu bir aydır. Bu gecəni digər gecələrdən fərqləndirən, onların qaranlığından sanki aydınlığa çıxaran və uzunömürlü bir insan ömründən daha xeyirli edən o gecədə Qurani-Kərimin nazil olmasıdır. Bu gecədə ilk enən ayənin “Oxu” olması diqqəti cəlb edir. Bəlkə “Oxu” əmri ilə elmin də eynilə bu gecə kimi insanı qaranlıqdan aydınlığa çıxaracağına diqqət çəkilmişdir.

Ardını oxu...

 
 

Hacı Arif Heydəroğlu / NECƏ GÖZƏL XƏSTƏLİK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.06.13 12:48

İkisinin də canlı varlıq olmasına baxmayaraq, insanla heyvan arasında xeyli fərq vardır. Ən birincisi də budur ki, insan danışan bir varlıqdır. Məhz elə bu üstünlük onun hər bir cəhətdən kainatdakı canlıların ən mükəmməli olduğunu göstərir. Uca Yaradanımız Qurani-Kərimdə buna işarə edərək belə buyurur:  “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (ət-Tin, 4) 

Ardını oxu...

 

Eldar Kərimov / Elm, yoxsa Pul?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 12.06.13 12:47

İçərisində yaşamaq məcburiyyətində olduğumuz bu dünyada nəyin faydalı, nəyin zərərli, nəyin vacib, nəyin lazımsız olması hər zaman bütün insanlar tərəfindən düşünülən mövzulardan biri olmuşdur. Bütün bəşəriyyət arasında ortaq məxrəcə gəlinən bir nöqtə vadır ki, həyatda yaşayarkən insan övladına lazım olan əsas ünsürlər can sağlığı, elm və puldur. Bildiyimiz kimi can sağlığı olmadan həyatda heç bir şey əldə etmək mümkün deyildir. Elə burada can sağlığını həyatın əsas predmenti kimi qəbul edib əsas mövzumuza keçid almaq istəyirəm.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan