№ 104 İyul

Nurlan MƏMMƏDZADƏ - OXUMAQ MƏDƏNİYYƏTDİR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.08.15 06:03

Yazımızın başlığından da gördüyümüz kimi oxumaq prosesi fərd və cəmiyyət çapında başlı-başına bir mədəniyyətdir. İşin fəlsəfəsinə mədəniyyət sözü üzərindən girsək, mədəni demək şəhərləşmiş, yəni sosiallaşmış deməkdir. Fərd nöqteyi-nəzərindən mədəniləşmə insanın sosial mühitlə ayaqlaşması, ətrafında baş verən prosesləri təqib etmə bacarığı və müəyyən bir toplum içərisində onlardan biri kimi çıxış edə bilmə qabiliyyəti əldə etməsidir. Cəmiyyət və millət bazisində mədəniləşmə isə daha böyük kütlənin, yəni bir millətin öz dəyərləri ilə digər dəyərlərlə yanaşı çıxış etməsidir. 

Ardını oxu...

 

Rufət Şirinov - İslam, elm və tərəqqi deməkdir

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.08.15 06:02

Cahanşümul bir din olan İslam dininin təməl ünsürlərindən birini elm təşkil edir. İslam, bir elm dini olduğu üçün onun meydana gətirdiyi mədəniyyət də elmi mədəniyyətdir. Allah tərəfindən göndərilən ilk əmrin “oxu” olması İslam dininin ilk anından başlayaraq elmə nə qədər dəyər verdiyini göstərir.

Ardını oxu...

 

Eldar Kərimov - KİTAB DİLƏNÇİSİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.08.15 06:01

Ömrü boyu kitablardan uzaq gəzmişdi. Orta məktəbdə oxuduğu illərdə də dərsliklərini çantasında əlavə yük kimi daşıyırdı. Oxuyaraq öyrənməyin yox, yaşayaraq öyrənməyin tərəfdarı idi. Oxumaq üçün ayrılan vaxtı ömrün israfı kimi qiymətləndirirdi. Heç bir əziyyət çəkmədən atasından qalmış mal-mülk və böyük şirkətlər  də onun idarəçiliyinə verilmişdi. Başqalarının illərlə oxuyub arzuladığı hər şey, ona oxumadan nəsib olmuşdu.Belə demək mümkündürsə oxumadan oxuyanların üzərində söz sahibinə çevrilmişdi.

Ardını oxu...

 
 

Fuad QULİYEV - Kitab oxuma (ma) sendromu

PDF faylını alÇapE-poçt

17.08.15 06:01 ərzində olan dəyişikliklər Yazan redaktor 17.08.15 05:59

Müəllim sinifə girib yoxlama apardıqdan sonra dərsinə başlayırdı. Şagirdlər bu il müəllimin yay tətili üçün hansı tapşırıqlar verəcəyini həyəcanla gözləyirdilər. Müəllim: “Bu il sizə tapşırıq verməyəcəm”,- dedi. Sinif bir anda sevinməyə başladı... 

Ardını oxu...

 

Müsahibə - PROF. DR. KAMİL GÜNEŞ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.08.15 05:57

 “KAMİL İNSAN VƏHYLƏ KAİNATI BİRLİKDƏ OXUYA BİLƏNDİR”.

Kamil Güneş kimdir?

1967-ci ildə Konyanın Kadınhanı qəsəbəsində dünyaya gəldi. 1985-ci ildə orada İmam-Xətib liseyini, 1989-cu ildə Səlçuk Universitetinin İlahiyyat fakültəsini bitirdi. 1990-92-ci illərdə Yozgat / Sarıkaya İHL-də müəllim işlədi. 1992-ci ildə oxuduğu fakültədə araşdırmaçı kimi fəaliyyətə başladı.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan