№ 84 Noyabr

Nurlan MƏMMƏDZADƏ / AİLƏ SƏADƏTİ ÜÇÜN ƏHLİ-BEYT NÜMUNƏSİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:09 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 09:32

       Həzrət Peyğəmbərin həyatına baxdığımız zaman cəmiyyətin bütün təbəqələrinə mənsub olan insanların ondan alacağı ibrət və nümunəvi davranışlarla qarşılaşırıq. Allah-Təala onu cəmiyyətin ən zəif təbəqəsi olan yetimlikdən dövlət başçısı kimi ən yüksək təbəqəyə qədər addım-addım, pillə-pillə yüksəltmişdir. Qurani-Kərimin Əhzab surəsində Uca Yaradan: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”,- buyurur (əl-Əhzab, 21). Şübhə yoxdur ki, hər bir insan gününün əsas hissəsini evdə, ailəsi ilə birlikdə keçirir. 

Ardını oxu...

 

Rüfət ŞİRİNOV / ƏHLİ-BEYTİ SEVMƏK

PDF faylını alÇapE-poçt

20.11.13 07:10 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:41

      Bütün möminlər Allah tərəfindən rəhmət timsalı olaraq göndərilən Hz. Muhammədin (s.ə.s) ümmətidir. Mömin şəxs Allahın əmrlərini və Peyğəmbərin (s.ə.s) həyat fəlsəfəsini özünə rəhbər seçən kimsədir. Bu mənada həyatın hər mərhələsində həm sevgi və nifrətdə, həm də dostluq və düşmənçilikdə Allah və Rəsulunun göstərdiyi yol bizim üçün meyar olmalıdır. Əks təqdirdə bağlılıqda qüsur yaranar və qaşı düzəltmək əvəzinə göz çıxartmış olarıq. Məhərrəm ayı ərəfəsindəyik. Buna görə də yazımızı O mübarəkin (s.ə.s) əhli-beytinin sevgisinə həsr etmək istəyirik. Bu yazımızda əhli-beyt sevgimiz necə olmalı, məqsədin xaricinə çıxılarsa, hansı təhlükələrlə üzləşə bilərik kimi suallara cavab axtarmaq istəyirik.

Ardını oxu...

 

İlham SOVQATOV / KƏRBƏLA FACİƏSİ

PDF faylını alÇapE-poçt

20.11.13 10:55 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:39

    Aşura, məhərrəmlik, Kərbəla deyiləndə ağla, birinci olaraq, İmam Hüseynin şəhid edilməsi gəlir. 1400 ildən çoxdur ki, bu acı həqiqət müsəlmanların ürəklərində ağır iz qoymuşdur. Tarix səhifələrində qəmli iz buraxan bu faciə bütün dünya müsəlmanları üçün ağır bir nisgildir. Hər il məhərrrəmlik ayı gələndə, aşura günü yaxınlaşanda ürəklərdə qabar bağlamış yaralar təzədən qövr edir, qanamağa başlayır. Vaxtilə başqa mahiyyət kəsb edən Aşura indi başqa məna ifadə edir. Aşura (Məhərrəm ayının 10-cu günü) İslam aləmində xüsusi yer tutur.

Ardını oxu...

 
 

Prof. Dr. Hüseyin ALGÜL / HƏZRƏT HÜSEYN ƏDALƏT NAMİNƏ MÜBARİZƏNİN SİMVOLUDUR!

PDF faylını alÇapE-poçt

20.11.13 07:15 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:36

     İrfan: Əvvəlcə özünüz haqda oxuculara məlumat verərdiniz mümkünsə.

     Prof. Dr. Hüseyin Algül: 1945-ci ildə Konyada dünyaya gəlmişəm. İbtidai təhsilimi aldıqdan sonra Konya Topraklık Məscidinin imamı Mərhum Mustafa Asim əfəndinin yanında hafizliyimi bitirərək Konya İmam Xətib məktəbinə daxil olmuşam. Buradan məzun olduqdan sonra 1964-cü ildən etibarən İstanbul Yüksək İslam İnstitutunda ali təhsilə başlamışam və 1968-ci ildə buradan məzun olmuşam.  Bir müddət İmam Xətib Məktəblərində müəllimlik etdikdən sonra 1975-ci ildən etibarən Bursa Yüksək İslam İnstitutunda “Siyəri Nəbi və İslam Tarixi” müəllimi olaraq işə başladım. 

Ardını oxu...

 

D.r Abbas QURBANOV / NƏQİBÜL ƏŞRAFLIQ

PDF faylını alÇapE-poçt

20.11.13 07:18 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 08:31

            Peyğəmbər (s.ə.s) buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm! Hüseyni sevəni Allah sevər”.[1]

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan