№ 172 Mart

Nurlan MƏMMƏDZADƏ - MƏSULİYYƏTİMİZ DÜNYA BOYDADIR

Biz fərd olaraq doğulur, kiçik ailə cəmiyyətində böyüyüb tədricən böyük cəmiyyətin bir üzvünə çevrilirik. Fərdin müsbət keyfiyyətlərə yiyələnməsi onun cəmiyyətlə münasibətlərinə birbaşa təsir edən amillərdəndir. İnsanın cəmiyyətlə münasibəti, ətrafdakılarla rəftarı onun şəxsiyyətinin necəliyindən xəbər verən mühüm amillərdəndir. Əlbəttə ki, bir insanın ətrafındakı bütün varlıqlara fayda verərək xoşbəxt cəmiyyət quruluşuna öz töhfələrini verməsi onun kamillik dərəcəsini göstərir. Dinimiz bu məsələ üzərində həssaslıqla dayanmış və müsəlmanları bu xüsusda məsul görmüşdür. 

Ardını oxu...

 

Ramiz MƏMMƏDOV - MƏRHƏMƏT MÜƏSSİSƏSİ VƏQF

İmanın ilk meyvəsi olan mərhəmətin olmadığı qəlb ölüdür. Qurani-Kərimin ilk surəsi, Fatihə surəsinin birinci ayəsi Allahın rəhmət və mərhəmətini tərənnüm edən “Rəhman” və “Rəhim” adları ilə başlayır. Mərhəmətin ən açıq əlaməti də “infaq”dır. Əmin-amanlıq içində yaşayan bir cəmiyyətin qurulması üçün o cəmiyyəti təşkil edən fərdlərin mərhəmətli və şəfqətli bir ürəyə sahib olması lazımdır. İnfaq insanların mərhəmətli olduğunu ölçən tərəzi kimidir.

Ardını oxu...

 
 

Müşfiq NƏCƏFOV - KÜLÜNƏ MÖHTAC OLDUĞUM

Qul haqqına riayət müsəlman üçün əxlaq ölçüsüdür. Haqq sahiblərinin ilki ata-anamız, ailəmiz, sonrakılar isə qonşularımızdır. Onlar bizim əxlaqımız haqqında ölçü vahidi, davranışlarımızın müşahidəçiləridirlər. Bizim qəzəbli-mülayim, kədərli-sevincli, möhtac, yaxud ehtiyacsız hallarımızın ilk şahidləridirlər. İlk köməkçilərimiz, ilk məsləhətgahımızdırlar. Sevincimizə bizimlə sevinir, kədərimizə bizimlə üzülür, yasımızda, toyumuzda birgə ağlayıb birgə gülürük. Haqqımızda müsbət rəy bildirsələr, xeyirlərə nail ola, mənfi rəyləri ilə də nemətlərdən məhrum qala bilərik.

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - AİLƏ QALASI

Dinimiz insana böyük əhəmiyyət vermişdir. İsra surəsinin 70-ci ayəsində: “Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onların (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə gəzməsini təmin etdik. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik”, - buyurulmaqdadır.

Ardını oxu...

 
 

Əziz SULTAN - ZƏİF HALQA

Canavar sürüsü uzun bir səfərə çıxmışdı. Qarşılarındakı qarlı dağı aşaraq daha münbit torpaqlara, qoyun-quzusu, ceyran-cüyürü bol otlaqlara qovuşacaqlarını umurdular. Aralarında, daha doğrusu, cərgənin lap axırında xeyli yaşı olan, qoca bir qurd da vardı. Boz tüklərinin və iti dişlərinin çoxu tökülmüş, necə deyərlər, heyi qalmamışdı. Nə digərləri kimi ovlana bilirdi, nə də qidalana. Amma sürü hara getsə, o da dallarıyca gedirdi. 

Ardını oxu...

 
 

Dr.Eldar KƏRİMOV - ÜNSİYYƏT PSİXOLOGİYASINDA SALAM

Salamatlıq Səndəndir, bəxş et onun tamını,

Şəbnəm kimi toxundur qəlbimə salamını...

Ardını oxu...

 
 

Dr. Abbas QURBANOV - DARÜŞŞƏFA

Maddi bir qarşılıq gözləmədən başqalarına yardım etmək kimi ülvi bir düşüncənin nəticəsi olan xeyriyyəçilik, əsrlərdən bəri İslam ölkələrində böyük bir əhəmiyyət qazanmış, ictimai və iqtisadi həyat üzərində dərin izlər buraxmış olan dini və hüquqi bir müəssisədir. İnsan fitrətində mövcud olan yardım hissi, şübhəsiz ki, insanlıq tarixi qədər qədimdir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - ÖLÜYƏ DƏ EHTİRAM

Müsəlmanın cənazə namazını qılıb, qəbrə qədər daşıyıb torpağa tapşırmaq mənasına gələn dəfn, möminə qarşı ediləcək son vəzifələrdən biridir. Rəsulullah (s.ə.s) bu mənada görüləcək işləri əməli şəkildə tətbiq edərək bizə öyrətmişdir. Məsələn, vəfat edən Əbu Sələmənin yanına getmiş, açıq qalan gözlərini bağlamış və belə buyurmuşdur: “Ruh çıxınca gözlər onu izləyər!” Bu vaxt Əbu Sələmənin ailə üzvlərindən bəziləri fəryad qopararaq ağlamağa başlayanda Rəsulullah (s.ə.s): 

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - HÜZN MƏSULİYYƏTİ

Hər bir sahədə olduğu kimi, sosial münasibətlərimizdə də dinimizin müəyyən etdiyi bəzi qaydalar var ki, bunlar da cəmiyyətin rifahına, nizam-intizamın həyata keçirilməsinə xidmət edir. Ölüm, hər nə qədər insan oğlu bundan xoşlanmasa da, hər bir canlı üçün qaçınılmaz bir sondur. Odur ki, bu xüsusda da cəmiyyət olaraq bir çox məsuliyyətlərimiz vardır.

Ardını oxu...

 
 

İslama susayan torpaqları azan səsi ilə oxşayan hafiz - SADİQ MƏMMƏDOV

İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

S.Məmmədov: Mən, Məmmədov Sadiq Nurməhəmməd oğlu, 1992-ci ildə Ağdaş rayonunda anadan olmuşam. İlk təhsilimi elə Ağdaşda almışam. 2006-2008-ci illərdə Şəki İslam Mədrəsəsində (hazırkı Şəki İslam Kolleci) hafiz oldum. 2010-cu ildə hərbi xidmətə çağırıldım, 2012-ci ilin aprel ayında tərxis olundum. İki il Şəki İslam Kollecində tərbiyəçi müəllim kimi işlədikdən sonra 2014-cü ilin may ayında Müşfiqabad qəsəbə məscidinə təyinat aldım və hazırda bu məsciddə imam köməkçisi kimi fəaliyyət göstərirəm.

Ardını oxu...

 
 

Abbaszadə RƏHMAN - QARABAĞ AZƏRBAYCANDIR!

Dağlıq Qarabağ… Gözəlliyinə doyulmayan, sehrli təbiəti ilə insanı valeh edən Azərbaycanın möhtəşəm bir guşəsi... Mən o torpaqları heç vaxt görməmişəm. Ancaq Dağlıq Qarabağın gözəl təbiətinə bələd olmuş valideynlərim, qohumlarım, hətta digər bölgələrdən olan insanlar o gözəl yerlər haqqında o qədər ağız dolusu  danışırlar ki, bir an öncə bu əsrarəngiz coğrafiyaya sahib topraqlara getmək üçün səbirsizlənirəm. Mənim  əslim Laçın rayonunun Alxaslı kəndindəndir.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ سَلَّمَ : لَا تَدْعُوا عَلَى أَنْفُسِكُمْ، وَلَا تَدْعُوا عَلَى أَوْلَادِكُمْ، وَلَا تَدْعُوا عَلَى أَمْوَالِكُمْ، لَا تُوَافِقُوا مِنَ اللهِ سَاعَةً يُسْأَلُ فِيهَا عَطَاءٌ، فَيَسْتَجِيبُ لَكُمْ

Cabirdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Özünüzə bəddua etməyin, uşaqlarınıza bəddua etməyin, malınıza bəddua etməyin. Diləklərin qəbul edildiyi zamana tuş gələrsə, Allah bədduanızı qəbul edər”. (Müslim, Zöhd, 74)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 15

Yunus Əmrə həzrətləri buyurur:

Şol qəhirlə[1] qazananlar,

Gülə-gülə yedirənlər;

Götürdüm pərdələrini,

Didarıma baxsın demiş.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - QƏBRƏ İNSAN OLARAQ GİRMƏK

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey rahatlıq tapan nəfs! Sən Ondan (Rəbbindən) razı, O da səndən razı olaraq Rəbbinə dön! (Haqqa varmış saleh) qullarımın arasına gir! Cənnətimə daxil ol!” (əl-Fəcr, 27-30)

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - İSRA VƏ MERAC

Lüğətdə “uruc” (yüksəlmək, qalxmaq)  kökündən  törəyən “mirac” sözü “yuxarı qalxma vasitəsi, nərdivan” mənasını verir. Dini terminologiyada bu ifadə Hz. Peyğəmbərin göyə qalxmasını və Allaha yüksəlməsini ifadə edir. Bu hadisənin içərisində Məscidi-Əqsaya getmək və oradan səmalara yüksəlmək şəklində iki mərhələ yer aldığına görə, mənbələrdə daha çox “isra və merac” deyə bəhs edilir.

Ardını oxu...

 
 

İftixar LƏTİF - SƏDƏQƏ

Sədəqə - ehtiyacı olan kəslərə Allah rizası üçün sevgi və mərhəmət hissləri ilə yardım etməkdir. Sədəqə malı təmizləyərək bərəkətləndirər. Sədəqə verdikdə qəlb rahatlıq tapar, verən insan alan insanın xeyir-duasını qazanar.

Ardını oxu...

 
 

Həzi ASLANOV - QURANDA UŞAQ TƏRBİYƏSİ

Təqva sahibi hər bir müsəlman bütün işlərini Quran və Sünnəyə görə müəyyən etməkdə, onun buyruqlarını həyatının mərkəzinə alaraq tətbiq etməkdədir. Çünki Rəbbimiz həyat kitabımız olan Qurani-Kərimdə hər işimizdə bizə doğru yolu və metodu göstərmişdir.

Ardını oxu...

 
 

Adəm ŞAHİN - FƏSÜBHANALLAH

Dünyanın gündəmində hər zaman müsibət və sıxıntılar olmuşdur. Torpaqdan xəlq edilən Adəm əleyhissalam hələ palçıq halında ikən 39 gün hüzn, bir gün də sevinc yağışı yağıbmış. Bu səbəbdən insan oğlunun kədəri hər zaman sevincindən çox olurmuş. “Fəsübhanallah” adlı mahnının sözləri içində olduğumuz xaotik vəziyyətin illər əvvəl də var olduğundan xəbər verir:

Ardını oxu...

 
 

İlham SOVQATOV - DİNSİZ TƏSƏVVÜR

Dünya yaranandan bəri “din” bəşəriyyət ilə birgə günümüzə qədər gəlib çıxmışdır. Tarix səhnəsində müxtəlif dinlərin və inanışların olduğunu bilirik. Elə bir tayfa, elə bir millət yoxdur ki, onun dini və ya müxtəlif inamları olmasın. Bu onu göstərir ki, insan inanan varlıqdır; din onun həyatında mühüm yer tutur. İnsanların münasibətlərində, davranışlarında dinin təsiri böyükdür. İnsan həyatı dinin əmr və qadağalarına görə şəkillənir, dinin əxlaqı və ədəbinə görə insanlar tərbiyələndirilir. Tarix boyu din insanların düşüncəsində, təfəkküründə və təsəvvüründə mərkəzi yerdə idi.

Ardını oxu...

 
 

Alpay ƏHMƏD - C.BAYDEN XARİCİ SİYASƏTİ

Bəlli olduğu kimi, ABŞ prezidenti seçilmiş Cozef Bayden artıq xarici siyasət proqramı ilə çıxış etmişdir. Bu proqramın bəzi tezisləri ilə onun seçkiqabağı kampaniyası dövründən tanışıq. “Amerika qayıdır!” (America is back!) şüarı ilə çıxış edən Bayden yenidən ABŞ-ın qlobal liderlik iddiasında olduğunu göstərir, hərçənd, ekskurs edərək bildirmək istərdik ki, D.Tramp dövründə də bu ölkə qlobal liderlik arzusundan tam imtina etməmişdi.

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - Haqqı axtarmaq

Bir dəfə xanla qoca abid görüşdü. Xanın əhvalı yaxşı idi, odur ki, rəiyyəti ilə söhbət etmək qərarına gəldi.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Rəcəb və Şaban aylarında oruc necə tutulmalıdır?

Cavab: Qeyd edək ki, xalq arasında “üç aylar” deyə bilinən Rəcəb, Şaban və Ramazan ayları dinimizdə mübarək aylar hesab olunur. 

Ardını oxu...